Cümə günü, 2024-04-19, 1:48 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2011 » Mart » 12 » SAHİBƏZZAMAN ƏLEYLİSSALAMLA GÖRÜŞMƏK ÜÇÜN QƏRİBƏ SİRLƏRDƏN BİRİ
2:48 PM
SAHİBƏZZAMAN ƏLEYLİSSALAMLA GÖRÜŞMƏK ÜÇÜN QƏRİBƏ SİRLƏRDƏN BİRİ
Hər kəs bu duanı 40 gün sübh çağı oxuyarsa, Allah taala Həzrət Mehdi Əleyhissalamla görüşü ona nəsib edər, İnşallah. Belə ki, 40 gün müddətində aşağıdakı tərzdə 17488 dəfə və hər gün 360 dəfə onu oxusun. Amma 10-cu, 20-ci, 30-cu və 40-cı günlərdə hər birində onu 1132 dəfə oxumalıdır. Onun şərtləri isə aşağıdakılardır:
1. Dəstəmazlı olsun;
2. Üzü qibləyə tərəf və pak bir yerdə əyləşsin;
3. Əvvəl salavat göndərsin;
4. Günahlardan istiğfar etsin;
5. Bu duanı bir dəfə oxusun;
"Ya mən huvə əqrəbu iləyyə min həblil-vərid. Ya mən huvə fə’alun lima yurid. Ya mən yəhulu bəynəl-mər’i və qəlbih. Ya mən huvə bil –muntəzəril-ə’la. Ya mən ləysə kəmislihi şəy’un və huvə əla kulli şəy’in qədir.”
6. Duanın özünü oxusun:
"Ya Əllahu ya Muhəmmədu ya Əliyyu ya Fatimətu və bənihi ya Sahibəz-zəmanu ədrikni ya farisəl- Hicazi ədrikni ya Əba Salihil-Məhdi ədrikni və la muhlikni.”
7. 10 dəfə salavat göndərsin;
8. "Fatihə” və "İxlas” surələrini oxusun;
9. "İxlas” surəsini çox oxusa daha yaxşıdır. Çünki bu surədə Allahın "İsmi ə’zəmi” (ən böyük adı) mövcuddur.
Qeyd etmək lazımdır ki, bu duanı oxumağın qəribə təsir və nəticələri vardır.
Allah dualarımızı qəbul etsin, hər kəsin hacətini versin .Amin ,İnşallah.

Mənbə: "Mənəvi xəzinələr” (Rza Cahid)

Xəbəri əlavə etdi: Narxanım


Category: Diger me'lumatlar | Baxış: 1534 | Added by: Narxanım | Rating: 5.0/2
Total comments: 2
+1  
2 Narxanım   (2011-03-14 9:18 AM) [Daxil et]
Allah sizdən razı olsun. Oxuduqlarımı paylaşmaq daha çox insanın oxumasına səbəb olmaq niyyəti ilə. Mən sizin məlumatları da paylaşıram İnşallah ki, halallıq verərsiniz.

0  
1 Ənfal   (2011-03-12 5:54 PM) [Daxil et]
Narxanım Allah əcrin versin xanım

Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]