Şənbə günü, 2024-04-20, 5:00 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Əsas səhifə » 2012 » Fevral » 12 » Allahım! Mənə yoldaşsız yol getmək və silahsız cihad etmək iradəsi ver!
1:51 PM
Allahım! Mənə yoldaşsız yol getmək və silahsız cihad etmək iradəsi ver!
Allahım! Mənə yoldaşsız yol getmək və silahsız cihad etmək iradəsi ver!

Allahım! Mənə bir aramlıq əta et ki, dəyişə bilməyəcəyimi qəbul edim! Mənə bir şücaət ver ki, bacaracağımı dəyişim! Mənə bir ağıl ver ki, bu iki şeyi (dəyişə bilməyəcəyimi dəyişə biləcəyimdən) fərqləndirə bilim! Allahım! Məni insan qalmağa mane olacaq şey qarşısına "malik olmamaq” və "istəməməklə” çıxar! İnsanın bütün bədbəxtlikləri bu iki şeydəndir: "Malik olmaq” insanı mühafizəkar və qorxaq edir. "İstəmək” insanı yaltaqlığa və yalana aparır! Allahım! Mənə məğlubiyyət qarşısında təlaş tövfiqi, ümidsizlikdə səbir, yoldaşsız yol getmək və silahsız cihad etmək iradəsi, dünyasız din, avamlıqsız məzhəb, ad-sansız əzəmət, çörəksiz xidmət, riyasız iman, nümayişsiz yaxşılıq, naşılıqdan uzaq cəsarət, lovğalıqsız gözütoxluq, həvəsdən uzaq eşq, toplumda tənhalıq, sevgi ummadan sevmək ruzi et! Allahım! Mərhəmət göstər ki, öləndə adını həyat qoyub tələf etdiyim mənasız anlara əzadar olmayım! (Doktor Əli Şəriəti)
haqyolu.com

Category: Diger me'lumatlar | Baxış: 755 | Added by: Ənfal | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş şəxslər şərh əlavə edə bilər.
[ Qeydiyyat | Giriş ]