Cümə günü, 2024-03-29, 5:34 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Yəhudi dinində axərəz-zamana baxış
2013-10-23, 7:32 PM
Yəhudi dinində axərəz-zamana baxış

Yəhudi milləti Sami qövmündəndir. Bu qövm Nuhun (ə) oğlu Saminin nəslindəndir. Yəhudi nəsli Həzrət Yəqubdan (ə) başlayaraq, Həzrət İbrahimə (ə) çatır. Bu millət Babəli, Aşuri, Kənani qəbilələri ilə bir yerdə 4 min Miladi ilindən əvvəl Ərəbistanda bir yerdə yaşamışdılar.
Onlardan ən qədim qəbilə - əbru və ya əbrani qəbiləsidir. Yəhudi adı da Həzrət Yəqubun (ə) övladlarından olan Yəhudanın adını daşıyır. Bəni-İsrail dedikdə isə Həzrət Yəqubun (ə) ləqəbi İsrail olmuşdur və bu söz də oradan götürülmüşdür. (Tebyan)
"Axərəz-zaman” kəlməsi yəhudi dinində bir çox dəyişikliklər etmişdir. Axərəz-zaman haqqında gələn kitablarda elə mətləblərdən bəhs edilmişdir ki, bunlar Babəli, Misri, Kənani, Yunani və İrani mədəniyyətindən qaynaqlanmışdır. Bəni-İsrailin bəzi qrupları ölümdən sonra qəbirdəki həyata inam bəsləyirdilər. Ona görə də onlar ölünün yanına ərzaq və lazımlı əşyaları qoyurdular ki, o biri dünyada onlardan istifadə edə bilsin. Bəzi tədqiqatçılar belə fikirdədirlər ki, yəhudilərin bu əqidəsi qədim iranlılardan onlara keçmişdir. Onların dediyinə görə, bu əqidə onlarda Babildan qayıdandan sonra yaranmışdır. İranlılar bu fikirdə idilər ki, gələcək zamanlarda Xeyr tanrısı Şər tanrısına qalib gələndən sonra ölülər diriləcəklər.
Axərəz-zaman məsələsi yəhudi alimlərinin nəzərini cəlb edən bir məsələdir. Ona inanmaq etiqadlarının bir hissəsini təşkil edir. Talmud hakimlərindən biri deyir: "Dövrü başa vur, ancaq icazə ver mən o zamanı görməyim”. Çünki bu dövrdə çox sayda münaqişələr, çaxnaşmalar olacaqdır.
Tövrat - yəhudilərin müqəddəs kitabıdır. Tövrat yəhudi etiqadının əsasını təşkil edir. İlk bölməsində varlıq aləminin, insanın yaradılışından, peyğəmbərlərin tarixindən sonra axərəz-zaman aid xəbərdarlıqlar verilir. Bu xəbərlərin çoxu nigarnedici və dəhşətli xəbərlərdir. Peyğəmbərlər (ə) bu haqda çox təşvişlə danışmışdılar. Yuilin qabaqdan görmüşlüyü və dözülməz bəlaların nazil olması, qalmışların bir yerə yığışması buna misal ola bilər. "Günəş zülmətə və Ay qana çevriləcəkdir. Allahın böyük gününün zühurundan sonra bu cür olacaqdır. Hər kim Allahın adını çəkərsə, nicat tapacaqdır”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 758 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]