Cümə axşamı, 2024-04-25, 11:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əxlaq elminin təməli nə zaman qoyulmuşdur?
2013-04-18, 5:17 AM
Əxlaq elminin təməli nə zaman qoyulmuşdur?


Şübhəsiz ki, əxlaq dərsləri insanın bu dünyaya qədəm qoyduğu gündən başlanmışdır. Biz bu fikirdəyik ki, Həzrət Adəm (ə) Allahın peyğəmbəridir. O zaman ki, Allah Təala Həzrət Adəmi (ə) xəlq edəndə, onu behiştdə sakin edir, əxlaq məsələlərini ona öyrədir.

İlahi peyğəmbərlər (ə) bir-birinin ardınca insanların əxlaqını islah edir və nəfslərini tərbiyə edirdilər. Bu yolla səadət qapısını üzlərinə açırdılar. Növbə Həzrət İsaya (ə) çatır ki, risalətinin əsas hissəsini əxlaq təşkil edir. Onun davamçıları onu böyük əxlaq müəllimi kimi tanıyırlar.

Ancaq ən böyük əxlaq müəllimi İslam Peyğəmbəridir (s). Allah Təala onun haqqında buyurur: "Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. ("Qələm” 4).

Yunan filsoflarının əksəriyyəti də əxlaq müəllimi hesab edilir. Aristotel, Platon kimi.

İslam Peyğəmbərindən (s) sonra isə Məsum İmamlar (ə) böyük əxlaq müəllimləri hesab edilir. Bu əxlaq məktəbində çox sayda görkəmli şəxsiyyətlər tərbiyə almışdır. Onları əsrin müəlimləri adlandırmaq lazımdır.

Məsumların (ə) həyatı - gözəl əxlaq nümunəsidir. Bəs İslam dinində əxlaq elmi nə zamandan başlamışdır? Ayətullah Sədr bu haqda geniş məlumat vermişdir.

1. Əxlaq elmini ilk təsis edən şəxs İmam Əli (ə) olmuşdur. İmam Həsənə (ə) yazdığı məşhur məktubunda əxlaq elminin əsasını və kökünü qoyur. Əbu Əhməd Həsən ibni Abdullah əhli-təsənnün alimlərindəndir ki, "Əl-zəvacir vəl-məvaiz” kitabında yazır: "Əgər nəsihət kəlamlarından nəyisə qızıl su ilə yazmaq lazım olsaydı, bu məktub yazılardı”.

2. Əxlaq elmi haqqında ilk kitab yazan insan İsmayil ibni Mehran olmuşdur. İkinci əsrdə yaşayırdı.

3. Səlman Farsidir ki, İmam Əli (ə) onun haqqında buyurur: "Səlman Farsi Loğman kimi müdrikdir. İlk və son elmə malik idi. O, sonsuz dəniz idi. O, biz Əhli-beytdəndir (ə)”.

4. Əbuzər Ğəffari ömrünü İslam əxlaqını yaymağa sərf etmişdi. Özü əxlaqın kamil nümunəsi idi. Onun Müaviyyə və digər zalımlarla əxlaqa görə mübarizəsi məşhurdur. Nəhayət canını da bu yolda qurban verir.

5. Əmmar Yasir haqqında İmam Əli (ə) buyurur: "Haradadır, mənim qardaşlarım! O kəslər ki, haqq yolunda addım atdılar, haradadır, Əmmar Yasir!”. Sonra əlini şərəfli saqqalına çəkdi və uzun müddət ağladı. Sonra buyurdu: "Ah o qardaşlarıma ki, Quran tilavət edər, ona əməl edərdilər. Vacibatlara əməl edərdilər. Sünnətləri dirçəldərdilər, bidətləri aradan aparardılar”.

Bu qədər dahi insanların adını çəkməklə bitməz. Onlar əxlaq elminin kamil nümunələri idilər. Onların əxlaqına nəzər salaq və ibrət dərsi alaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]