Şənbə günü, 2019-08-24, 1:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

”Vay din vasitəsilə dünya qazananların halına!”
2013-03-26, 5:48 AM
”Vay din vasitəsilə dünya qazananların halına!”


(Mərhum Ayətullah Müctehidinin əxlaq dərslərindən)

Din alimləri iki qisimdir: biri həqiqi, rəbbani alimlərdir, o biri ruhaninüma, saray mollası. Saray mollası yalnız pul və rəyasət sorağıncadır. Onu nə tədris, nə minbər, nə moizə, nə təbliğat maraqlandırır. Belələri üçün əsas odur ki, imam-camaat olsun. Onlar namazdan sonra bir şəri məsələ, hədis deməyə də həvəs göstərməz.
Belələrinə ruhani demək düzgün deyil, onlar sadəcə pul qazanan fəhlələrdir. Belə ruhanilər Fəhlə Günü nümayişçilərə qatılsalar düz olar.
İmam-camaat olmaq nə vaxtdan iş sayılır?! Kim deyir ki, məsciddə imamlıq işdir?! Soruşursan ki, işin nədir, dərs keçirsən, moizə edirsən, tərcümə ilə məşğulsan? Cavab verir ki, imam-camaatam!.. İmam-camaat olmaq da işdir?! Əgər namazda qabaqda dayanmaq işsə, onda arxada namaz qılmaq da işdir. Onda bu xalq nə üçün işləməlidir, elə namazda iqtida etmək iş sayılsın da!
Bəli, camaat namazında öndə dayanmağı iş sayanlar - axundçudur. Axundçuluq da dəmirçilik, süpürgəçilik kimi bir işdir. Belələri üçün məscid qazanc yeridir. İslam bu tip ruhaniləri qəbul etmir, rəbbani alimləri təsdiqləyir. Əgər bir insan Allahın dinini, İslamı, Əhli-Beyt (ə) maarifini yayırsa və bunun kənarında maddi ehtiyacı təmin olunursa, eybi yoxdur. Amma ruhani libası geyinəndə məqsəd şöhrət, rəyasət, pul qazanmaqdırsa - vay belələrinin halına!
İmam Baqir (ə) buyurur: "Həzrət Peyğəmbər (s) lənətləyib o insanı ki, xalq dini işlərdə ona ehtiyaclıdır, o isə xalqdan pul tələb edir!”.
Həzrət Peyğmbər (s) buyurur: "Vay din vasitəsilə dünya qazananların halına. Onlar xalqa qoyun libası biçir, dilləri baldan şirindir. Qəlbləri isə canavar qəlbidir”.
Allah Taala buyurur: "Onlar Mənim adımla xalqı aldadır, yoxsa Mənə qarşı cəsarətlidir?!”.
İmam Baqir buyurur (ə): "Bizim vasitəmizlə və bizim adımızla xalqı yesən, Allah səni yoxsul və möhtac edər”. Əgər axundçuluqdan, saray mollalığından əl çəksək, müşküllərimiz həll olar. Əks-təqdirdə məscidlər ticarət nazirliyinin tabeçiliyinə keçməlidir. Məscidləri qeydiyyata götürsünlər, vergi təyin etsinlər və məscidin qapısına yazsınlar ki, filan mollanın dükanı! Qoymayaq məscdlər dükana çevirilsin, ruhaniyyət axundçu olsun. Həzrət Peyğəmbər (s) buyurur: "Pis alimlərinin əlindən vay halına ümmətimin! Bu alimnümalar elmi ticarət, qazanc vasitəsinə çeviriblər”. Bəzi mollalardan soruşanda məsciddə vəziyyət necədir, dodağını sallayıb cavab verir ki, pisdir. Pisdir, yəni pul çıxmır!
İmam Kazim (ə) buyurur: "Allah Taala Həzrət Davuda buyurdu ki, dünyapərəst, pulpərəst, rəyasətpərəst alimi mənimlə öz aralarından götürsünlər. Belə alim xalqı Allahın zikrindən, ibadətdən ayırar. Bu alimlər bəndələrimin yolunda yolkəsən quldurlardır. Onlara ən kiçik cəzam budur ki, öz sevgimi qəlblərindən çıxararam”.
Rəbbani alim isə dünya, pul, məqam barədə düşünmür. O, Allahın razılığı, İmam Zamana (ə.f) kömək üçün çalışır. Belə alimlər tədrisdən, minbərdən ayrılmır, din yolunda əlindən gələni əsirgəmir. Nümunə olaraq Elm Hövzəsinin ustadlarını göstərə bilərəm. Onlar əsl ruhanidirlər. Ən aşağı səviyyədə dolanışıqları olduqda belə, dindən pul götürməzlər. Onların arasında heç bir təmənnasız, erkən sübhdən tədrisə məşğul olan Ayətullah Ziyaabadi kimiləri az deyil.
Bir gün mərhum Hacı Müqəddəsə minbərdən sonra 150 tümən pul verirlər. Şeyx yüz tüməni geri qaytarıb deyir: "Bu mənim dolanışığım üçün bəs edir”. Rəbbani alim belə olur, xalqın qəpik-qəpik toplayıb təqdim etdiyi pula az demir.
Həzrət Peyğəmbərə (s) iki yəhudi haqqında danışdılar. Dedilər ki, biri xalqa din öyrədir, o biri gecə-gündüz ibadətə məşğuldur. Həzrət (s) birinci şəxsin daha faydalı işlə məşğul olduğunu bildirdi.
İndi bəzi pişnamazlar namazı bitirən kimi məsciddən çıxır. Mən belələrinə iqtida etmirəm. Mərhum Mütəhhəridən soruşdum ki, mənim bu adamlara iqtida etməməyim şeytan vəsvəsəsidir? Buyurdu ki, vəsvəsə deyil. Mərhum İmam Xomeynidən soruşdum ki, belə pişnamazlara iqtida etmək olar? İmam buyurdu ki, təkcə namazı qılıb gedən və axırda haqq alan ruhaninin aldığı pul haramdır!
Keçmişdə rəbbani alimlər daha çox idi. Şeyx Məhəmməd Hüseynzadə, Hacı Şeyx Mürtəza Zahid, Ayətullah Şahabadi, Şeyx Əbdülvəhav Xorasani, Hacı Müqəddəs və qeyriləri.
Ey ruhanilər! Allahdan istəyin ki, sizi rəbbahi alim qərar versin. Rəbbani alim olmaq üçün əvvəlcə nəfsini tərbiyə etməlisən. Əgər pişnamaz olsan, əvvəlcə namazı düzgün qıl. Hüzuri-qəlbsiz (qəlbin iştirakı olmadan, qəlbin ölü halında) mehrabda dayanma. (HaqqYolu)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 412 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]