Şənbə günü, 2024-04-20, 5:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ümidli olmağın insan həyatına təsiri - ARAŞDIRMA
2013-04-10, 5:31 AM
Ümidli olmağın insan həyatına təsiri - ARAŞDIRMA

Ümid - arzulara çatmaqla bağlı inamdır. Ancaq uzun arzular həmişə insanın düşməni olmuşdur. O kəsin ki, uzun arzuları və əlçatmaz istəkləri vardır, deməli ruhi cəhətdən sağlam bir insan deyildir.

Ümid - gələcəyi gözəl görmək inamıdır. İnsanın arzularına çatmaq istəyidir. Ümidvar insan hesab-kitabını bilir. Allaha təvəkkül edir və öz qabiliyyətinə və Allahın köməyinə etimad edir. Ona görə də ümidvar insanın əksi bədbinlikdir.

Ümid - insanın hərəkət mənbəyi və amilidir. Ancaq uzun arzular insanı xəyallara daldırar və ona çatmayan zaman ümidsiz və bədbin olar.

Ümid, yəni məntiqi arzulara çatmaqdır. Ona görə də ümiddə inanmaq çox mühüm amildir. Yəni, insanın həqiqi inamı olmalıdır, həm özünə və həm də İlahi yardıma. O kəsin ki, özünə etimadı yoxdur, ondan ümidvar olmağı gözləmək olmaz. O kəskin ki, nəfsi zəifdir, ümidi az və dəyərsiz olar. O kəsin ki, özünə etimadı yoxdur, daha çox stess keçirmək təhlükəsi altındadır.

Ümidin ruha qoyduğu təsir təkcə mənəvi amil deyildir. Bəlkə ümidvar olmaq insanın əsəb sisteminin fəaliyyətinə birbaşa təsir qoyur. Tibb elmi sübut etmişdir ki, əsəbləri və psixologiyanı qorumaq bədən sağlamlığı üçün zəruridir.

Beynin dərinliyində amiqdal adlı beynin kiçik bir hissəsi yerləşir ki, hissləri idarə edir. İnsan hər nə qədər ümidvar olarsa, amiqdalın fəaliyyəti çox olar. O insanlar ki, stress keçirirlər, beynin bu hissəsi çox az fəaliyyət göstərir.

Ona görə də arzularımızı məntiqli edək və ona çatmaq üçün yaxşı proqram təşkil edək. Özünüzü həmişə gələcəkdə nə halda görmək istəyirsinizsə, o halda təsəvvür edin. Səy etməkdən və çalışmaqdan əl çəkməyin. Gələcək o şeydir ki, istəyirsiniz.

Əgər ətrafımızda xəstə varsa və onun sağalmasına görə çoxları qəm və qüssəyə düçar olubsa, insan gələcəyini parlaq görə bilmir. Həyatdan ləzzət ala bilmir. Bütün insanlar gələcəyi indi olduqları haldan daha yaxşı görmək istəyirlər. O kəs ki, belə düşünməyi əldən verər, qəm-qüssəyə düçar olar. Gələcəyimizi keçmiş təcrübələrimizə söykənərək qura bilərik.

O kəsin ki, sağalmaz xəstəsi var və ya əzizini əldən vermişdir, onun belə gələcəyə görə yaxşı arzuları olmalıdır. Dağ görmüş insan zaman keçdikcə təssəlli tapar. Əldən verdiyi insanın sevgisinin yerinə başqa əzizlərini qoyar. Bəzən insan ən yaxınını itirən zaman daha müdrik olur. Əlacsız xəstə də belə, gələcəyə ümidvar olmalıdır, bir gün şəfa tapmaq imkanı hər bir xəstə üçün vardır. Mətbuatda bu haqda çox sayda əhvalatlar nəql edilir.

Beləliklə deyə bilərik ki, insan hər bir halda gələcəyə ümidvar olmalıdır. Çünki ümid onun fəaliyyət göstərməsi və yaşaması üçün zəruri amildir. Ona görə də ümidi əldən verməyək. Allahın yardımına və öz qabiliyyətlərimizə etimad edək və gələcəyimizi gözəl təsəvvür edək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 681 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]