Bazar günü, 2019-08-18, 11:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Tənqid necə edilməlidir? Tənqidin növləri
2013-04-16, 9:15 PM
Tənqid necə edilməlidir? Tənqidin növləri

Tənqid - insanın kamala çatmasına yardım edən amillərdəndir. Tənqidin özünün növləri vardır ki, onlara nəzər salaq.

Tənqid ümumi halda iki cür olur: qurucu və dağıdıcı.



1. Qurucu tənqid.

Bu tənqid - elə bir tənqiddir ki, insanı irəli aparar və inkişaf etdirər. Bu tənqid insanın şəxsiyyətinə hörmət edərək edilən bir tənqiddir. Bu tənqiddə təzəkkür ədəbinə və nəsihətə kamil şəkildə riayət olunur.



2. Dağıdıcı tənqid.

Bu tənqid növüdə şəxsiyyət alçaldılır və təzəkkür həddini keçir, təhqirə çevrilir. İnsanlar arasında təfriqə yaradır və fəsada tərəf çəkir. Bu da insanların qəlbində kin toxumunu səpər.



Tənqidləri bir-birindən ayırmaq üçün onu araşdırmaq lazımdır.

Tənqidin yolları.

1. Birbaşa dil tənqidi.

Tənqid edən birbaşa və şəffaf şəkildə öz nəzərini bildirir. Bu gün cəmiyyətdə ən çox yayılan tənqid bu növ tənqiddir. Peyğəmbərin (s) bəzi səhabələri yanında əyləşmiş və söhbət edirdilər. Bir müsəlman haqqında danışırdılar. Peyğəmbər (s) onları tənqid edir və buyurur: "Siz onun qeybətini etdiniz”. Dedilər: "Biz ondan olan şeyləri bəyan etmişik”. Həzrət (s) buyurur: O şey ki, qardaşınızda var deyirsiniz, elə kifayətdir”.



2. Birbaşa olmayan dil tənqid.

Bu gün ən az istifadə olunan tənqid növlərindəndir, ancaq çox işə yarayır. Quran və Məsumlarımız (ə) daha çox bu tənqid növündən istifadə edərək, insanları tərbiyə etməyə çalışmışdılar. İmam Sadiqin (ə) buyurduğu kimi, Quran bu cür nazil olmuşdur. Baxmayaraq ki, Quran Peyğəmbərə (s) xitab edər, ancaq əslində möminləri nəzərdə tutur.



3. Dillə olmayan tənqid.

Bəzən tənqid simada dəyişklik ilə baş verir. Bu tənqid o zaman olur ki, insanlar arasında səmimi münasibət olur. Qarşı tərəfi incitmək istəmir. Misal üçün, Həzrət Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) ilə rabitəsini göstərə bilərik. Peyğəmbərimiz (s) səfərdən qayıdandan sonra adəti üzrə ilk olaraq, qızının evinə gedərdi. Ancaq bir dəfə o Həzrət (s) bir qədər dayandıqdan sonra qızının evini tərk edir. Xanım (s.ə) pəncərəsindən asılan pərdəyə diqqət edir və başa düşür ki, atasının nigaranlığı bu pərdəyə görə olmuşdur. Ona görə tez bir zamanda bu pərdəni pəncərədən çıxardır. Həmin pərdəni və bir xəbəri nökərlə bir yerdə Peyğəmbərə (s) göndərir və Həzrət bu xəbəri eşidəndən sonra buyurur: "Atan sənə fəda olsun”. İkinci dəfə qızı Fatiməni (s.ə) görməyə gedir.

Beləliklə, deyə bilərik ki, əgər qarşı tərəfi tənqid etmək istəyiriksə, onu tənqidin ədəb və qaydalarına riayət edərək yerinə yetirək ki, müsbət nəticə versin.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 487 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]