Cümə axşamı, 2024-03-28, 11:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təkəbbürün 6 təhlükəli nəticəsi. Təkəbbürü necə müalicə etmək?
2013-03-15, 10:44 AM

Təkəbbürün 6 təhlükəli nəticəsi. Təkəbbürü necə müalicə etmək?

(Tebyan saytına istinadən)




İnsan nəfsi onu daima çirkinliklərə tərəf təhrik edər. Əgər Allahın rəhməti ona şamil olmazsa, zillətə süqut edər. Şeytan həmişə qüdrət sahiblərini vəsvəsə etmiş və fəsada tərəf sövq etmişdir. Çünki onların fəsad törətməyə zəminələri başqalarından daha çoxdur.

İmam Əli (ə) buyurur: "Bil ki, xudbinlik və təkəbbür haqqa ziddir, ağlın bəlasıdır”.

Təkəbbür elə bir haldır ki, insan əməli və ibadəti nəticəsində meydana gələr. Şübhəsiz, o şəxs ki, təkəbbürə düçar olar, əməlləri məhv olar. Təkəbbür nəticəsində insan məqsədinə çatmaz, təkəbbür ağlın bəlasıdır. Çünki xudbin insan başqalarının nəzərlərinə diqqət etməyə hazır olmaz. Heç bir zaman özünü islah etməyə müvəffəq ola bilməz. Bu cür insan başqalarının yol göstərməsindən məhrum olar.

Təkəbbürüm gətirdiyi nəticələr.

1. İlahi rəhmətdən məhrum olmaq.

İmam (ə) buyurur: "Heç bir tənhalıq təkəbbür kimi qorxulu deyildir”. Ayətullah Məclisi bu kəlamın şərhində buyurur: "Təkəbbür odur ki, insan özünü, xüsusiyyət və işlərini başqalarından üstün görər. Bu da başqalarından üstün olmağa gətirib çıxardar. Nəticədə insanlar həmin şəxsdən uzaq olarlar. Həmçinin bu şəxs öz eyblərini aradan qaldıra bilməyəcəkdir. İlahi rəhmət və lütfdən məhrum olar, Allahdan və xəlqdən uzaq olar. Heç bir tənhalıq təkəbbürdən daha pis deyildir”.



2. Allaha minnət qoymaq.

Əli ibni Səvid deyir: "İmamdan (ə) əməlin məhvinə səbəb olan təkəbbür haqqında soruşdum və Həzrət (ə) buyurdu: "Təkəbbürün mərtəbələri vardır. Təkəbbürün mərtəbələrindən biri budur ki, insan pis işini yaxşı görər. Xəyal edər ki, işi yaxşı işdir. O biri mərtəbəsi budur ki, şəxs imanına görə Allah Təalaya minnət qoyar. Həqiqətdə isə Allah ona minnət qoyar””.

3.Yaxşılıqları aradan aparar.

İmam Əli (ə) buyurur: "Təkəbbürdən və səni təkəbbürə vadar edən şeylərdən çəkin. Həmçinin başqalarının səni çox tərifləməsindən. Çünki bu halət şeytanın ən mühüm fürsətlərindəndir ki, yaxşı insanların yaxşılığını aradan aparar”.

4. Gizli şirk.

Əgər insan təkəbbür edərsə, özünü qüdrət sahibi hesab edərsə, özünü Allah qarşısında böyük hesab edər. Ona görə də ona gizli şirk deyərlər. Elə bu yerdə insanın məğrurluğu üzə çıxar. Allah buyurur: "Təkəbbür Mənə məxsusdur”.

5. Əməlləri qəbul olmaz.

İmam Sadiq (ə) buyurur: "Bir alim abidin yanına gedir və ona deyir: "Namaz qılmağın necədir?” Abid cavab verir: "Mənim kimilərdən namaz qılmağı soruşurlar? Mən filan vaxtdan filan vaxta qədər Allaha ibadət edirəm.” Alim soruşur: "Ağlamağın necədir?” Deyir: "Göz yaşlarım axar”. Alim ona deyir: "Həqiqətən, əgər gülsən və Allahdan qorxsan, ağlamağından və özünlə lovğalanmaqdan daha yaxşıdır. Hər kim özü ilə lovğalanar, özündən razı olar, əməllərindən heç bir şey qəbul olmaz””.

6. Qəlbində və dində fəsad yaranar.

Təkəbbürün gətirdiyi başqa bir ziyan isə din və qəlbdə yaranan fəsaddır. İmam Əli (ə) buyurur: "İnsanlara deməyin ki, mənə əmr verilib və mən də əmr verirəm. Ona görə də itaət edin ki, təkəbbür qəlbini məhv edər, dinini soldurar və nemətin məhv olmasına səbəb olar. O insanın ki, qəlbi xəstə olar, heç bir zaman nicat yolunu getməz. Çünki dini solar və o, da dindən və onun mahiyyətindən bəhrəsiz olar ki, bunun özü nemətin aradan getməsidir”.



İmam Əlinin (ə) nəzərində təkəbbürün amili.

Qüdrət insanı təkəbbürə tərəf sövq edər. İmam Əli (ə) buyurur: "Elə düz və saleh insanlara qoşul və onlara öyrət ki, səni çoxlu tərifləməsinlər. Səni düçar olmadığın pis əməllərə təşviq etməsinlər. Həddən artıq tərif təkəbbür gətirər, insanı üsyana vadar edər”.



Təkəbbürün qarşısını almağın yolları.

İmam Əli (ə) təkəbbürlü insanın müalicəsi üçün buyurur: "Əgər malik olduğun qüdrət və məqamla təkəbbürə düçar olsan, səndən üstün olan Pərvərdigarın hökumətinin böyüklüyünə nəzər sal ki, sənə o üsyandan nicat verər. Ağıl və düşüncəni öz yerinə qaytarar”.

İmam Əli (ə) insanı düşünməyə dəvət edir. Çünki insan düşünərək həqiqətlərə çata bilər. Yəni o zaman ki, insan təkəbbürə düçar olar, ondan tək nicat yolu - düşünməkdir. Əgər insan Allahın böyüklüyünü təsəvvür edərsə, özünün Allah qarşısında zəif olduğunu qəbul edərsə, bu xəstəlikdən nicat tapar.

Təkəbbürdən başqa çıxış yolu Qiyaməti və ölümü xatırlamaqdır. İmam Əli (ə) buyurur: "Əgər Allah bəndəsi ömrünün sonuna və həyatın nəhayətinə nəzər salarsa, yalan arzuları və qüruru düşmən hesab edər”.

Nəticədə demək olar ki, insan özünü sevir və öz əməllərini də sevərsə və bu halı davamlı olarsa, təkəbbürə düçar olar. Əgər bu hissi dəyişməzsə, məğrur və təkəbbürlü bir insana çevrilər. Heç kimin məsləhətini qəbul etməz, ona görə də saədət yolunu üzünə bağlamış olar. Təkəbbürün qarşısını almağın ən yaxşı yolu - təqva və mənəviyyatdır.



Hazırladı: Məşhədi Xanım,

Deyerler.org
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]