Şənbə günü, 2024-04-20, 7:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Təbiətin insan ruhuna təsiri
2013-02-12, 6:41 AM
Təbiətin insan ruhuna təsiri
(Tebyan saytına istinadən)

Təbiətin insan ruhuna və psixologiyasına birbaşa təsiri vardır. Təmiz və səfalı mühit insan həyatına sevinc bəxş edər. Quşların avazını eşitmək, bulağın ürək oxşayan səsi, düzənliyin yaşıllığı, dağlardan gələn sərin meh, ağacların rəqsi, şəhərlərin və diyarın gözəlliyi insan ruhuna qəribə təsir qoyar. Hər kəs bu mənzərləri müşahidə edən zaman rahatlıq və sevinc hiss edər. Əksinə, təbiətə ziyan vurmaq və onu viran etmək bəşəriyyətə zərər vurar.

İmam Əli (ə) buyurur: "Həqiqətən, Allah Muhəmmədi (s) məbus etdi ki, insanları hidayət etsin və Allahın əmrini lazım olduğu kimi çatdırsın. Bu zaman siz, ey ərəblər! Siz ən pis imanı seçmişdiniz. Mənziliniz hamar olmayan daşlıqlar, oturub-durdunuz isə zəhərli ilanlar idi. Suyunuz qara və dadsız və yeməyiniz boğazı incidən. Bir-birinizin qanını tökürdünüz, qohumluq əlaqəsini kəsmişdiniz”.

Şübhəsiz ki, o mühitdə ki, müharibə və kobudluq hakimdir, insanın ruhiyyəsini kobudluğa tərəf çəkər. Cahil ərəblər qanun və qaydalara riayət etməzdilər. Mədəni yaşamağa isə rişxəndlə baxırdılar.

İmam Əli (ə) ərəblərin təbiətini və coğrafiyasını ən pis mühit kimi tanıtmışdır. Onlar dağlarda və səhralarda ilanlarla bir yerdə yaşayırdılar. İçəcək suları o qədər qara və dadsız idi ki, hətta susuz insan onu içməyə meyl etmirdi. Onlar köçəri olduqları üçün özlərinə yararlı həyat şəraiti düzəltmirdilər. Bu sabitsizlik onların ruhiyyəsinə də təsir edirdi. Onlar hər qaçan və sürünəni yeyərdilər.

İmam (ə) Bəsrə camaatı haqqında belə buyurur: "Sizin divarınız suya yaxın, səmadan uzaqdır. Bəla oxuna nişanəsiniz, oğruların loğması, hücumedənlərin şikarısınız”.

İmam (ə) bu nurani sözləri ilə Bəsrə camaatının nə qədər tənbəl olduğunu və öz vəziyyətlərini dəyişmək üçün heç bir səy etmədiklərini bildirmək istəyir. Təbiətin bu vəziyyəti insan ruhiyyəsinə də təsir qoyur. İmam Əli (ə) buyurur: "Sizin xasiyyətiniz alçaq, peymanlarınız pozulmuş, ikiüzlülüyünüz şüar, suyunuz acıdır. Günahın küfrünə giriftar”.

Allah buyurur: "Pak torpağın bitkisi öz Rəbbinin (əzəli) izni ilə (firavan və bol) çıxır. Pis olan (torpağın bitkisi isə) yalnız az və xeyirsiz çıxar (pak insanın təbiətindən gözəl əqidələr, adətlər və işlər, pis təbiətdən isə pis əqidə, sifət və əməllər baş qaldırır). Biz (Öz tovhid) ayələrimizi şükür edən bir dəstə üçün beləcə müxtəlif (şəkillərdə) gətiririk”. ("Əraf” 58).

Bu ayədən görmək olur ki, necə ki, pak torpaqlarda bol nemətlər bitər, eləcə də bu cür təbiət insan təkamülünə də müsbət təsir qoyar. Necə ki, şor torpaqlardan dəyərsiz bitkilərdən başqası bitməz, insan tərbiyəsinə də çox mənfi təsir qoyar.

Su insan ruhuna çox qəribə bir təsir qoyur. Quranın buyurduğu kimi, su - həyat mənbəyidir. İmam Sadiqin (ə) buyurduğu kimi suyun tamı - həyatın tamıdır. Əllamə Məclisi bu haqda belə buyurur: "(Həyat tamında) məqsəd budur ki, suyun dadı başqa mənzələrlə müqayisə edilə bilməz. Həyatın davamlı olması üçün ən üstün vasitədir. Ona görə də suyun dadı həyatın dadıdır”.

Bir müsəlmanın suya baxışı paklığa və əzəmətə olan baxışı kimidir. Su elə bir vasitədir ki, insanın Məbudu ilə rabitəsi üçün zəminə yaradır. İslam dinində heç kim suda özünü yumadan və ya su ilə dəstəmaz almadan Allaha ibadət edib, namaz qıla bilməz.

Quran buyurur: "Biz göydən (yağış, qar və dolu şəklində özü) pak (olan) və pak edən bir su nazil etdik”. ("Furqan” 48). Hədislərdə müsəlmanlara tövsiyə edilir ki, nə zaman pak olmaq üçün suya nəzər salırsınız, deyin: "Allaha şükür olsun ki, suyu (pak edən) qərar vermişdir. Onu çirkli qərar verməmişdir”.

Su həm pakdır və həm də pak edəndir. Suya tamaşa etmək İlahi şükür tələb edir. Hədislərdə oxuyuruq ki, axan suya baxmaq gözü cilalayar, ona nur bəxş edər. İmam Sadiq (ə) buyurur: "Dörd şey üzü nurani və aydın edər. Onlardan biri axan suya tamaşa etməkdir”.

Axar suya baxmaq ruha sevinc və şadlıq bəxş edər, insanın bəsirətini artırar. İmam Əli (ə) buyurur: "(Xəzan fəslinin) əvvəlində soyuqdan çəkinin. Sonunda isə (baharda) onu qarşılamağa tələsin. Çünki soyuğun bədənə və ağaca qoyduğu təsir eynidir. Soyuğun əvvəli ağacları yandırar” Yəni, payızda özünüzə qalın paltar geyinin, baharda isə paltarlarınızı azaldın. Ağaclar payızda yarpaqlarını tökər, baharda isə yarpaqlar bitər, meyvə verər.

Beləliklə deyə bilərik ki, təbiət insan ruhuna birbaşa təsir edən amillərdəndir. İnsan hər səhər gözünü açan kimi təbiətə baxmağa meyl edər. Axı onun özü də bu təbiətin bir parçasıdır. Əgər ətraf mühiti səfalı və təmizdirsə, istər-istəməz sevincli və xoş əhvallı olar. Əksinə olan zaman isə bədbin və qəmgin olar. Çalışaq ki, mühitimizi təmiz və səfalı saxlayaq. Çünki ona vurduğumuz ziyan ilk növbədə bizim özümüzə qayıdar.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 768 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]