Çərşənbə axşamı, 2024-04-23, 4:06 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şeytanın fitnələrindən necə qorunmaq?
2013-05-18, 5:50 AM
Şeytanın fitnələrindən necə qorunmaq?

İnsan daim şeytanın hədəfindədir. Allaha doğru hərəkətdə olan insan bir an özünü unutduqda şeytan öz oxunu atır. Bəs bu zəhərləri oxlardan qorunmaq üçün Allah-taala öz bəndəsinə hansı müdafiə imkanları verib?
Aşağıdakı ayəni oxuyan hər bir insan şeytanın fitnələrindən amanda qalar:
"Rəbbi əuzu bikə min həməzatiş-şəyatini və əuzu bikə rəbbi ən yəhzurun” – "Ey Rəbbim! Mən şeytanların vəsvəsələrindən Sənə sığınıram! Sənə sığınıram ya Rəbb, onların qarşımda hüzurundan.”

Mömin şəxs hər zaman şeytandan qorunmalıdır. Elə bir məqam yoxdur ki, onun hücumlarından arxayın ola bilək. Amma şeytan bəzi məqamlarda daha cəsarətlidir. Bu məqamlara diqqətli olaq.
Şeytanın fitnələrindən Allaha sığınmağın mühüm məqamları:
1. Ayaqyoluda olarkən;
2. Evə daxil olarkən;
3. Dəlilik qorxusu yarandıqda;
4. Qəbir və cəhənnəm əzabı yad edildikdə;
5. Qəm-qüssəyə düçar olduqda;
6. Qonşu narahat etdikdə;
7. Neməti əldən çıxardıqda;
8. Dəccalın (yolunu azmışların) fitnələri zamanı;
9. Borclu olduqda;
10. Düşmənə qalib gələrkən;
11. Ulaq anqıran zaman;
12. Övladların hifz olunması üçün;
13. Quran oxumağa başlarkən;
14. Naməhrəmlə xəlvətdə qaldıqda;
15. Gəmirici heyvanlardan qorxduqda;
16. Həvəsbazlarla ünsiyyətdə olduqda;
17. Tamah güc gəldikdə;
18. Qəzəb alovu şölələnən vaxt;
19. Paxıllıq hissinə qalib gəldikdə;
20. Səbrin tükəndiyi zaman;
21. Qənaətə riayət etmədikdə;
22. Fərqli fikir və kobudluq görəndə;
23. Şəhvət hissi insana üzlü dilənçi tək yapışanda;
24. Yersiz təəssüb zamanı;
25. Nəfs istəklərinə tabe olduqda;
26. Haqla müxalifətçilik etdikdə;
27. Qəflətə düçar olduqda;
28. Yersiz əziyyətlər və insanın həyatda əl-ayağını bağlayan dəbdəbə zamanı;
29. Günahı davam etdirdikdə;
30. Günahı kiçik saydıqda;
31. Öz ibadətini böyük saydıqda;
32. Varlılarla üz-üzə gəldikdə;
33. Yoxsulları alçaq saydıqda;
34. Tabeçilikdə olanlarla pis rəftar etdikdə;
35. Haqqı boynumuzda olanlara qarşı nankorluq etdikdə;
36. Zalımlara yardımçı olduqda;
37. Zülm olunmuşları alçaltdıqda;
38. Layiq olmadığın bir şeyi istəyəndə;
39. Elmi səlahiyyətin çatmayan mövzulara rəy bildirdikdə;
40. Xalq haqqında çirkin düşüncələr, onlara xəyanət məqsidi olan zaman;
41. Özünü böyük saydıqda;
42. Uzun-uzadı arzular zamanı;
43. Daxilən çirkin olduqda;
44. Şeytan ordusunun hücumu zamanı;
45. Acı dövran beli qırdıqda;
46. Əyyaşlar qüdrəti səbəbindən əzildikdə;
47. İsrafa yol verdikdə;
48. Müdiriyyət gücü olmadıqda (gündəlik həyatımızda hesab-kitab olmadıqda);
49. Düşmən şadlandıqda;
50. Dolanışıq çətin olduqda;
51. Hazır olmadığımız zaman ölümün nişanələri göründükdə;
52. İlahi yardımlardan, tövfiqlərdən məhrum olduqda.

HaqqYolu üçün hazırladı: Miqdad Eyvazov

Mənbə: "Quran və həyat”
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 632 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]