Cümə axşamı, 2024-03-28, 1:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sehr və cadunu öyrətmək – nə səbəbdən küfrdür
2013-05-18, 5:49 AM
Sehr və cadunu öyrətmək – nə səbəbdən küfrdür


Sehr və cadunu öyrətmək - küfr əməllərinin sırasındadır. Ancaq bu zərərli elmlə mübarizə aparmaq üçün alimlər bu haqda bəzi agahlıqları əldə edə bilərlər. Hər bir müəllim bu təlimi verən zaman bu elmin mənfiliklərini deməlidir. Çünki bu elmi öyrənən zaman insan iki tərəfdən təsir görə bilər: həm şeytanın vəsvəsələri və həm İlahi ilham.



Allah Təala buyurur: "(Yəhudilər) Süleymanın zamanında şeytanların (özlərinin tərtib etdikləri cadu kitabından) oxuduqlarına tabe oldular. Süleyman kafir olmadı (həmin dövrdə küfrə səbəb olan və ya küfr hesab olunan sehr günahına batmadı), lakin şeytanlar camaata sehr öyrətməklə və həmçinin Babil diyarına nazil olmuş iki mələyə - Harut və Maruta nazil olanla (onlara tabe olmaqla) kafir oldular. Halbuki o ikisi «biz yalnız imtahan vasitəsiyik (və sehri sənə yalnız sehrbazlarla mübarizə və onların sehrini batil etmək üçün öyrədirik)» deməkdən başqa heç kəsə (bir şey) öyrətmirdilər. Odur ki, amandır, küfr etmə (və sehri qadağan olunmuş yerlərdə istifadə etmə)!» Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!” ("Bəqərə” 102).



Bu ayədən başa düşmək olur ki, Həzrət Süleyman (ə) sui-istifadənin qarşısını almaq üçün əmr edir ki, sehr vərəqlərini toplasınlar və saxlasınlar. Ancaq o, vəfat edəndən sonra bəziləri həmin vərəqləri ələ keçirtdilər. Sehr yaymağa və təlim etməyə başladılar. Onlar hətta Süleymanın (ə) möcüzələrini belə sehr adlandırmışdılar. Bəni-İsrayıl Tövratın ardınca getmək əvəzinə sehrin ardınca düşmüşdülər. Bu iş o qədər şöhrət tapır ki, Həzrət Peyğəmbərin (s) zamanında yaşayan yəhudilər Süleymanı sehrbaz hesab edirdlər. Onu peyğəmbər kimi tanımırdılar.



Yəhudilər başqa mənbələrdən də sehri ələ keçirmişdilər. Allah Təala Harut və Marut adlı iki mələk göndərir və onlar insanlara sehri və onu necə aradan qaldırmağın yollarını öyrədirdilər. Ancaq ilk növbədə onları sehrlə tanış etmək lazım idi. Çünki insan bir maddənin tərkibini bilmədən, onu məhv edə bilməz. Ona görə də mələklər əvvəl sehri öyrətdilər və sonra da onu necə aradan qaldırmağın yollarını göstərdilər. Təlimdən əvvəl şagirdlərinə şərt qoyurdular ki, bundan sui-istifadə etməyəcəklər. Onlar deyirdilər: bu iş fitnə və imtahan vasitəsidir. Məbada mübarizə yolundan başqa bir yerdə bundan istifadə edəsiniz. Ancaq yəhudilər qulaq asmadılar. Bu işdən nalayiq əməlləri üçün istifadə etdilər. Bu işdən ərlə arvadı ayırmaq üçün istifadə etdilər.



Maraqlı olan yeri budur ki, Allah buyurur: "Halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər. Və onlar daim özlərinə zərər vuran və faydası olmayan şeylər öyrənirdilər. Həqiqətən, (yəhudi tayfası) belə bir əməli satın alanın axirətdə bir nəsibinin olmayacağının qətiliyini bilirdilər. Özlərini satdıqları şey olduqca pisdir, əgər bilsəydilər!”.



Yəni, sehrbazlar Allahın izni olmadan heç bir insana ziyan vura bilməzlər. Yəni, bu dünyadakı bütün qüdrətlər Allahın qüdrətinə tabedir.



Beləliklə deyə bilərik ki, sehr və cadu həqiqətdir, ancaq ziyan gətirən bir elmdir. Bu elmin insan həyatına təsiri vardır. Ancaq bu təsirlər Allahın izni olmadan baş verməz. İnsan Allaha pənah apararaq, dua və təvəkkül edərək, sədəqə verərək, sehrdən amanda ola bilər.



Ancaq sehrbazların aqibəti heç də yaxşı olmaz. Ola iblər ki, bu dünyada şöhrəti olsun, pulu olsun, ancaq axirətdə ziyankarlardan və küfr edənlərdən olar. Hər kim bu yola gedərsə, insanlığını əldən vermiş deməkdir.




(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 635 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]