Cümə axşamı, 2024-04-25, 7:40 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sehr və cadudan müdafiə üçün effektiv yollar
2013-11-06, 7:01 PM

Sehr və cadudan müdafiə üçün effektiv yollar

 

  "(Ya Peyğəmbər!) De: «Pənah aparıram sübhün Rəbbinə, (bulaqların və bitkilərin çıxması ilə yarılan yerin, övladların doğulması ilə əmələ gələn qohumluq əlaqələrinin və ölülərin dirilməsi üçün yarılan qəbirlərin Rəbbinə)! Yaratdıqlarının şərindən (şər sahib olan – şeytanlar, xəbis cinlər və maddi şərlərdən). Və (zülmətə) bürünməkdə olan qaranlıq gecənin şərindən və hücum edən hər hansı bir şər mövcudun şərindən. Və düyünlərə üfürən (cadugər) qadınların şərindən. Və paxıllıq etdiyi zaman paxılın şərindən»”. ("Fələq” 1-5).

 

Allah Təala bu surədə buyurur ki, Mənim xəlq etdiyim hər şey - xeyirdir. Ancaq xəlq olmuş bu xeyirlər bəzən özündən şər icad edər. Allah da insana ixtiyar və iradə verdiyi üçün seçimi onun öhdəsinə buraxmışdır. Ancaq bizlərə elə yollar göstərir ki, bu şər qüvvələrlə mübarizə apara bilək. Bu yol - Xaliqə pənah aparmaqdır. Çünki tək Xaliq onların bu şərini dəf edə bilər. (Tebyan)

 

Allah insanı şərdən qorumaq üçün çox sayda vasitə xəlq etmişdir. Misal üçün ev - biz orada yaşayır və ətrafdakıların ziyanından qorunuruq. Ev əşyaları, bizləri çox sayda təhlükədən qoruyur. Bəzən bu vasitələrin özü bizi özümüzü qoruya biıcəyimizdən qafil edir. Quran ayələri bizə buyurur ki, insan hər nə qədər inkişaf etsə də, yenə də ən kiçik şəri özündən uzaqlaşdırmaq üçün Allaha möhtacdır.

 

Allah yuxarıdakı surədə üç şərin adını çəkir: cinlərin, cadigərlərin və paxılların şəri. Bu üç şər bizim görmə qabiliyyətimizdən gizli olduğu üçün qəflət halında sorağımıza gələrlər. Əgər vəhşi heyvanla və ya qəzəblənmiş insanla rastlaşsaq, özümüzü qorumağa çalışarıq. Çünki onları görürük.

 

Ancaq o zaman ki, cadugərlər bizi sehrləmək istəyirlər, biz onların bu sehrindən qafil və xəbərsiz oluruq. Ya da bəzi insanlar bizə paxıllıq edirlər və bizə ziyan vurmaq istəyirlər. Ancaq biz onların bu hiyləsindən xəbərdar deyilik ki, özümüzü qoruyaq. Ona görə də hər bir halda Həqiqi Pənah sahibindən yardım istəməliyik.

 

Allah Təala başqa bir ayədə buyurur: "Lakin onlar o iki mələkdən vasitəsilə ərlə arvad arasında ayrılıq saldıqları şey öyrənirdilər, halbuki Allahın (əzəli) izni olmadan kiməsə zərər vurmaq qüdrətinə malik deyildilər”. ("Bəqərə” 102).

 

Sehr, cadu, bəxt bağlamaq elə işlərdəndir ki, prinsipcə mövcuddur. Onu öyrənmək haramdır, ancaq bir halda mütəxəssisə icazə verilir ki, niyyətin həmin sehiri aradan aparmaq olsun. İnsanların arasında şeytan sifətlilər olduğu kimi, cinlərin də arasında əziyyət verən və şər olanları vardır.

 

Allah Təala bəzi insanlara elə qabiliyyətlər vermişdir ki, onların vasitəsilə qeyri-adi işlər görə bilirlər. Allah Övliyaları bu qabiliyyətdən münasib fürsətlərdə istifadə edirlər. Ancaq bəziləri isə münasib olmayan işlərdə onlardan faydalanırlar. Əslində bu qüvvə Allahın əmri ilə olar. Lakin ondan bəhrələnmək insanın öz öhdəsinə qoyulmuşdur. Allah hər bir məqsədə çatmaq üçün müxtəlif yollar qərar vermişdir. Sehri batil etmək üçün də yollar göstərmişdir.

 

1. Allaha pənah apararaq.

 

"Fələq” və "Nas” surələrini və "اعوذ بالله من الشیطان الرجیم”

 

("Əuzu billəhi minəş-şeytanir-racim”) tez-tez təkrar etmək.

 

2. "Qələm” surəsinin 51-və 52-ci ayələrini oxumaq. Həmçinin "Ayətül-kürsü”nü oxumaq.

 

3. İmam Əlidən (ə) nəql olunur ki, sehri batil etmək üçün bu duanı yazıb özünlə gəzdirmək lazımdır:

 

" «بِسمِ الله وَ بِالله، بِسمِ الله وَ ما شاءَالله، بِسم الله لاحَولَ ولاقُوّه الا بالله، قالَ موسی ما جِئتُم بِه السِّحرُ اِنَّ اللهَ سَیُبطِلُهُ اِنَّ اللهَ لا یُصلِحُ عَملَ المُفسِدینَ، فَوَقَعَ الحَقُّ و بَطَلَ ما كانُوا یَعمَلونَ فَغُلِبوا هُنالِكَ وَانقَلَبُوا صاغِرینَ»

 

4. Həzrətdən (ə) nəql edilir ki, axşam namazlarından sonra və səhər namazlarından əvvəl bu duanı 7 dəfə oxumaq faydalıdır: «بِسمِ الله وَ بِالله سَنشُدُّ عَضُدَكَ بِأخیك وَ نَجعَلَ لَكُما سُلطاناً فَلا یَصِلونَ إلَیكُما بِآیاتِنا أنتُما وَ مَن اتَّبَعَكُما الغالِبون».

 

5. İmam Sadiqdən (ə) nəql edilir ki, bu duanı yazıb özünlə gəzdirmək sehri batil edər.

 

"«قالَ موسی ما جِئتُم بِهِ السِّحر إنَّ الله سَیُبطِلُه إنّ الله لا یُصلِحُ عَملَ المُفسِدین و یَحِقّ الله الحَقّ بِكلِماتِه و لَو كَرِهَ المُجرِمون اَأنتم أشَدُّ خَلقاً أمِ السماءَ بناها رَفعَ سَمكَها فَسوّاها

 

" Naziat” surəsini axıra qədər yazmaq və sonra:

 

«فَوَقَعَ الحَقُّ و بَطَلَ ما كانُوا یَعمَلونَ فَغُلِبوا هُنالِكَ وَانقَلَبُوا صاغِرینَ و أُلقی السَّحرةُ ساجدین، قالوا آمَنّا بِربِّ العالَمین رَبِّ موسی وَ هارون

 

6. Bu ayəni oxumaq sehri zərərsizləşdirər.

 

"«إنَّ ربّكم اللهُ الَذی خَلقَ السَموات وَ الأرض فی سِتةِ أیّام ثُمَّ استوی عَلی العَرش یُغشِی اللیل النَهار یَطْلبه حثیثاً و الشَّمْس وَ القَمر و النُجوم مُسخّرات بِأمره ألاَ لَه الخَلق و الأمر تَباركَ اللهُ رَبّ العالَمین». «ادْعُوا رَبَّكُمْ تَضَرُّعاً وَ خُفْیَةً إِنَّهُ لا یُحِبُّ الْمُعْتَدِینَ وَ لا تُفْسِدُوا فِی الْأَرْضِ بَعْدَ إِصْلاحِها وَ ادْعُوهُ خَوْفاً وَ طَمَعاً إِنَّ رَحْمَتَ اللَّهِ قَرِیبٌ مِنَ الْمُحْسِنِین»

 

7. İmam Rzadan (ə) nəql edilir ki, sehri batil etmək üçün əlini üzünün önünə gətir və de:

 

بِسمِ الله الْعَظیم رَبّ الْعرشِ الْعظیم إلاّ ذَهبت و انْقرضت»

 

8. Həzrət Peyğəmbər (s) buyurur ki, hər kim sehrdən amanda qalmaq istəyirsə, bu duanı oxusun:

 

«اللَّهُمَّ رَبَّ مُوسَی وَ خَاصَّهُ بِكَلَامِهِ وَ هَازِمَ مَنْ كَادَهُ بِسِحْرِهِ بِعَصَاهُ وَ مُعِیدَهَا بَعْدَ الْعَوْدِ ثُعْبَاناً وَ مُلَقِّفَهَا إِفْكَ أَهْلِ الْإِفْكِ وَ مُفْسِدَ عَمَلِ السَّاحِرِینَ وَ مُبْطِلَ كَیْدِ أَهْلِ الْفَسَادِ مَنْ كَادَنِی بِسِحْرٍ أَوْ بِضُرٍّ عَامِداً أَوْ غَیْرَ عَامِدٍ أَعْلَمُهُ أَوْ لَا أَعْلَمُهُ وَ أَخَافُهُ أَوْ لَا أَخَافُهُ فَاقْطَعْ مِنْ أَسْبَابِ السَّمَاوَاتِ عَمَلَهُ حَتَّی تُرْجِعَهُ عَنِّی غَیْرَ نَافِذٍ وَ لَا ضَارٍّ لِی وَ لَا شَامِتٍ بِی إِنِّی أَدْرَأُ بِعَظَمَتِكَ فِی نُحُورِ الْأَعْدَاءِ فَكُنْ لِی مِنْهُمْ مُدَافِعاً أَحْسَنَ مُدَافَعَةٍ وَ أَتَمَّهَا یَا كَرِیم‏»

 

9. Sədəqə vermək.

 

10. "Yasin” surəsini hər gün oxumaq.

 

 

/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1001 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]