Cümə günü, 2024-03-29, 8:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Sağlam ruh və psixologiyaya malik olmağın yolları
2013-03-15, 9:37 PM
Sağlam ruh və psixologiyaya malik olmağın yolları

İslam təlimlərində həyatımızı islah etməyin bir çox yolları təqdim edilir. Belə ki, İslam dini bizə günəş çıxan və batan zaman yatmağı məsləhət görmür. Bu məsələni tədqiq edən zaman aşkar olub ki, bu vaxt insanda olan stress hormonları ən çox həddə çatırlar. Ona görə də ölməyə səbəb olan bir çox ürək infaktı bu zamanlarda baş verir. Ona görə də əgər bu zamanda insan oyaq olarsa, bu streslərə qələbə çala bilər. Həmçinin gecəni tez yatmağımızı ona görə tövsiyə edir ki, inkişaf hormonunun miqdarı gecənin əvvəlində daha çox olur. Ona görə də insan gündüz itirdiyi enerjini bu yolla tez bir zamanda bərpa edə bilir.

Ruhi sağlamlığımız birbaşa bədənimizə təsir qoyduğu üçün ruhumuzu sağlam saxlamalıyıq. Ruhumuzun sağlam olması üçün də ruhi rahatlıq lazımdır. Bəs bu rahatlığa necə çata bilərik?

O kəslər ki, bilimirlər bu dünyada nə üçün yaşayırlar, heç hədəf də axtarmırlar, onların həyatı puç həyatdır. Bu cür insanlarda ruhi süqut özünü göstərər. İmam (ə) həyatın mənalı olması üçün buyurur: "Elə insan olun ki, çağıran kimi ayılasınız. Biləsiniz ki, dünya cavidan deyildir. Onu axirətə dəyişirlər. Sübhan Allah sizi boş yerə xəlq etməmişdir”.

Allah Quranda insanı öz xəlifəsi və canişini elan etmişdir. Ona görə də mömin olmaq üçün sağlam ruhiyyəyə malik olmaq lazımdır. Mömin o kəsdir ki, ruhunda bəzən çətinliklər yaransa da, Allahı yada salaraq və həyatında Onun hüzurunu hiss edərək, İlahi vacibatları yerinə yetirərək, özünə nəzər edər, özünü islah edər.

İnsan qəlbi Allahı yada salaraq rahatlıq tapar. İmam (ə) buyurur: "Bəla, çətinliklər dalğasını dua edərək özünüzdən uzaqlaşdırın”. Dua etmək insandan qəm-qüssəni aparar. Ruhi qüvvətləndirər və qəlbin etimadını artırar. O kəs ki, Allahı daha yaxşı tanıyır, ruhu daha sağlam olar. Ona görə də insan nə zaman Allahı unudarsa, varlıq aləmindəki istiqamətini itirər. Allah ibadətini unudarsa, başqalarına ibadət etməyə başlayar. Elə bu zaman iztirab və təşviş onun sorağına gələr.

Təvəkkül

Təvəkkül, yəni işlərini Allaha tapşırmaq və eyni zamanda bu sahədə çalışmaqdır. Əgər dini təlimlər düzgün dərk edilməsə düzgün nəticə də verməz. Məsələn əgər təvəkkül etməyi bütün işimizi Allaha tapırmaq kimi dərk etsək, bu zaman elə hesab edəcəyik ki, belə olan halda insanın heç br vəzifəsi yoxdur. Bu, təvəkkül deyildir. Bəlkə tənbəllik üçün bəhanədir. Ona görə də təvəkkül gərək səy və çalışma ilə bir yerdə olsun. Yəni Allaha işini tapşırırsan, ancaq üzərinə düşən vəzifəni də axsatmırsan, bu, həqiqi təvəkkül olar. Belə olan halda insan müsbət nəticə alacaqdır. Əgər bir insan bilsə ki, gördüyü və səy etdiyi işin yaxşı nəticə verməsi Allahın iradəsindən asılıdır, bu zaman ruhi rahatlıq tapar və bu işin nəticəsinə görə nigaran qalmaz. Ona görə də İmam (ə) buyurur: "Mən gücüm çatan qədər iradəmi islah etdim və mənim üçün tofiq ancaq Allah tərəfindəndir. Ona etimad edirəm”.



Sileyi-rəhm

Müsəlmanların bir yerə yığışması və ünsiyyət bağlaması sevgi bağlarını möhkəmləndirər, kin və küdurəti aradan aparar. Bir çox ruhi xəstəliklərin səbəbi sui-zənn və bədgümanlardır. Bütün bunlar rabitə quraraq aradan gedər və insan ruhu bu xəstəliklərdən nicat tapar.

İmam Əli (ə) buyurur: "Qonşularınızla xoş rəftar edin. Çünki onlar Peyğəmbərin (s) sizə tövsiyə etdikləridir”.

Qohumların evinə gedib-gəlmək insan ruhuna mənəvi rahatlıq gətirər. Sevgi göstərmək ehtiyacını təmin edər. İmam (ə) buyurur: "Ey insanlar! İnsan hər nə qədər zəngin olsa da, qohumlarına ehtiyacsız deyildir. İnsanın qohumları onu himayə edən böyük dəstədir. Onun iztirabını və narahatlığını aradan aparar. Müsibət zamanı ona qarşı daha çox sevgi göstərən insanlardır”.

Başqa yerdə buyurur: "Qonşulara yaxşılıq etmək ruzini artırar. Sənin evindən hər tərəfə 40 evin sakini qonşun sayılır. Əgər kimsə tox qarınla yatar, qonşusu ac olar, mömin deyildir. Sileyi-rəhm cismin sağlam olmasına səbəb olar. Nəticədə ömrü uzanar”.

İmam (ə) buyurur: "Qohumlarla rabitə qurmaq ölümü təxirə salar və ömrü uzadar”.

Ruhun sağlam olmağın başqa bir amili dünyaya bağlanmamaqdır. İmam (ə) buyurur: "Ey insanlar! Dünya həyatı qurumuş bitkidir, vəba yetişdirər. Ona görə onun çırağından uzaq olun. Çünki ona bağlanmamaq daha asandır, nəinki onda qalmaq. O kəs ki, dünya sərvətini toplayar, yoxsulluğa düçar olar. O kəs ki, dünyada ehtiyacsızlıq hiss edər, rahatlığa çatar. Hər kim dünya zinətinə məftun olar, həqiqətləri görməkdən kor olar. O kəs ki, dünyaya hərisliyi öz şüarı qərar verər, dünya onun qəlbini qəm-qüssə ilə doldurar. Bu qəm-qüssə həmişə qəlbinin mərkəzində inqilab və iztirabda olar. Onu məşğul edən fikir nəfəsi kəsilən günə qədər davam edər. Qəbir evinə gedər. Bu, o halda baş verər ki, damarları kəsilər, fani olması Allah üçün asan və onu qəbrə daxil etmək dost və qardaşları üçün asan olar. Bəli, mömin insan bu dünyaya ibrət gözü ilə baxar”.

Ona görə də deyə bilərik ki, insan Allaha söykənərək, Onun rəhmətinə ümidvar olaraq dünyanın bir çox çətinliklərinə qalib gələr, nəticədə sağlam ruh və psixologiyaya malik olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 827 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]