Cümə günü, 2024-04-19, 7:19 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şəxsiyyətin anomaliyası və bununla mübarizə yolları
2013-02-10, 7:07 AM
Şəxsiyyətin anomaliyası və bununla mübarizə yolları


(Tebyan saytına istinadən)



Şəxsiyyət anomaliyası psixoloji bir xəstəlikdir. İnsan üçün çox sayda çətinlik yaradır. Şəxsiyyət anomaliyasına malik olan insanların düşüncəsi sağlam olmaz.



Bu psixoloji xəstəlik nəticəsində insanın ictimai, ailə və təhsil rabitələrində problemlər yaranar. Ola bilsin ki, insan bu xəstəliyə düçar olduğunu bilməsin. Çünki sizin nəzərinizə görə rəftarınız başqalarından fərqlənmir.



Şəxsiyyət anomaliyasının nişanələri:



- xasiyyəti tez- tez dəyişər.



- ictimai rabitələri gərgin olar.



- ictimai inziva.



- qəfildən əsəbləşər.



- başqalarına bədgüman olar.



- dost tapmaqda çətinlik çəkər.





Şəxsiyyət anomaliyasının üç növü vardır:



1. Qəribə təfəkkürə malik olar.



a) Bədbinlik.



Başqalarına bədgüman olmaq, başqalarının sizə ancaq zərər vuracağını düşünmək, başqalarına qarşı düşmənçilik etmək - bədbinliyin əlamətidir.



b) Qeyri-adekvatlıq.



Qəribə paltarlar geyinmək, qəribə təfəkkürə malik olmaq, yersiz həyəcanla cavablar vermək, başqalarına qarşı laqeyd olmaq – qeyri-adekvatlığın əlamətlərindəndir.





2. Həddən artıq həyəcanlı olmaq.



a) Ziddi-ictimai anomaliya.



Başqalarına laqeyd olmaq, daima yalan danışmaq, qanunla daima problemdə olmaq, başqalarının hüququnu tapdalamaq, kobudcasına rəftar etmək, özünün və başqalarının təhlükəsizliyini düşünməmək.



b). Sərhədləri keçmək.



Təhlükəli rəftara malik olmaq, rabitə qurmaqdan qaçmaq, təklikdən qorxmaq.



c) Nümayişi sevmək.



Başqalarının diqqət mərkəzində olmaq istəyi, həddən artıq həssas olmaq, zahirinə görə həddən artıq narahat olmaq.



d) Özünə vurğun olmaq.



Özünü başqalarından üstün hesab edər, özünü cazibəli hesab edər, istedadlarına görə mübaliğə edər, başqaları tərəfindən təriflənməsini gözləyər, başqalarının hisslərinə əhəmiyyət verməz.





3. Fikirləri vahiməli olar.



a) İnsanlardan qaçmaq.



Danlamağa qarşı həssas olar, ictimai inziva, xəcalətli olmaq, utancaqlıq.



b) Bağlılıq.



Başqalarına həddən artıq bağlı olmaq, başqalarına təslim olmaq, başqalarının himayəsinə möhtac olmaq.



c) Vasvasılıq.



İfratçılıq, şəraiti kontrol etməyə meyl etmək, dəyərsiz əşyaları tullaya bilməmək.



Hər bir insanın şəxsiyyətini onun fikirləri, rəftarları formalaşdırır. Uşaq olan zaman iki amil vasitəsilə formalaşır: irsi zəminələr, həyat mühiti.



İrsi zəminələr valideyn vasitəsilə insana keçmiş olur.



Ətraf mühit isə böyüdüyü mühitdir, yəni ailə üzvləri ilə və başqaları ilə rabitə qurmağın keyfiyyəti. Yəni validenləriniz hansı şeyləri xoşlayır və hansı şeyləri bəyənmir, sizin rəftarınıza təsir edər.



Şəxsiyyət anomaliyasının gətirdiyi fəsadlar:



- iztirab.



- yemək yeyən zaman ifrat etmək.



- intihar hissi.



- özünü əzməyə meyllik.



- rabitələrdə problemli olmaq.



- ictimai inziva.



- işdə və məktəbdə problemlə üzləşmək.





Bəs bu cür xəstələr necə müalicə oluna bilər?



Özünüzdə müalicə üçün stimul yaradın. İdman edin, davamlı olaraq mütəxəssisə müraciət edin, məsuliyyətlərinizi azaldın, bir dəftərə öz hisslərinizi yazın və onu təhlil edin. Ümumi tədbirlərdə iştirak edin, düzgün yemək proqramı təşkil edin və kifayət qədər yatmağa çalışın. Hədəfinizə diqqət edin, stressinizi azaltmaq üçün sakit mühitlərdə olmağa çalışın. Gündəlik işlərinizi yaddaş edin.





Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 677 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]