Cümə axşamı, 2024-04-25, 10:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Səninlə əlaqəni kəsənlə sən özün əlaqə yarat
2013-04-15, 2:10 AM
Səninlə əlaqəni kəsənlə sən özün əlaqə yarat

İslam dinində sileyi-rəhmin əhəmiyyəti o qədər böyükdür ki, onu İslam dininin zərurətlərindən hesab etmək olar. Qohumluq əlaqəsini kəsən insan üçün heç bir zaman nicat yolu olmaz. Siley-rəhm edən üçün isə çoxlu müjdələr vardır. İslam dini sileyi-rəhmi ruzinin arma, ömrün uzunma, rəftar və əməli pak etmək, ölümün çətinliyini asan edən, axirət savabına səbəb olan vasitə kimi tanıtmışdır. Sileyi-rəhm haqqında həm Quranda və həm də hədislərdə çox söz açılmışdır.

Quran buyurur: "Və o kəslər ki, Allahın, birləşilməsinə əmr etdiyi şeyə (Allaha, peyğəmbərlərə, qohumlara, əmr sahiblərinə və cəmiyyətə) birləşir, özlərinin Rəbbindən çəkinir və (Qiyamətdəki) hesabın çətinliyindən qorxurlar”. ("Rəd” 21).

"Həmin kəsləri ki, Allahla əhd-peyman bağladıqdan sonra onu pozur (Allahın hökmləri əqli və nəqli cəhətdən sübuta yetirildikdən sonra onlarla müxalifət edir), Allahın, birləşdirilməsini əmr etdiyi şeyləri (qohum-əqrəba, məsumlar və din kimi şeylərlə əlaqəni) kəsir və yer üzündə fitnə-fəsad törədirlər. Ziyana uğrayanlar da onlardır”. ("Bəqərə” 27).

İmam Sadiq (ə) buyurur: "Sileyi-rəhm Qiyamət günü hesabı asan edər, ömrü uzadar, pis ölümdən hifz edər”.

Bir nəfər Peyğəmbərə (s) deyir: "Mənim elə qohumlarım var ki, onlara ehsan edərəm. Ancaq onlar mənə əziyyət edərlər. İstəyirəm ki, onlarla bir daha əlaqə saxlamayım”. Həzrət (s) buyurur: "Bu zaman Allah sizin hamınızı boş buraxar”. Dedi: "Bəs nə edim?” Həzrət (s) buyurdu: "Səni məhrum edənə bəxşiş et. O kəs ki, səninlə rabitəsini kəsmiş, sənə zülm etmişdir, onu bağışla. Əgər belə etsən Allah sənin dayağın olar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Sədəqənin on əcri, borc verməyin 17, (din) qardaşlarını görməyə getməyin 20 və sileyi-rəhmin 24 əcri vardır”.

Bəs sileyi-rəhm sözünün mənası nədir? "Siley” sözünün mənası birləşdirmək və ehsan etmək deməkdir. Yəni, qohumlar arasında rabitə yaratmaq və onlara yaxşılıq etməkdir. "Rəhm” sözünün mənası uşağın inkişaf etdiyi ana bətnidir. Ancaq sileyi-rəhmlə birləşib qohum mənasını verir. Bəs qohumlar kimlərdir? Bəzilərinin nəzərinə görə o kəslər ki, soy və şəcərə baxımından yaxındırlar və bir-birindən irs aparırlar.

Bəzilərinin nəzərinə görə isə bir anadan doğulmuş insanlar nəzərdə tutulur. Bura dayı, xala, əmi, bibi və başqaları daxildir.

Beləliklə deyə bilərik ki, sileyi-rəhm qohumlara qovuşmaq və onlara ehsan etmək deməkdir. Ehsanın miqdarı haqqında isə hədislərdə deyilir ki, hətta şərbət suyu qədər ehsan edin. Həzrət Peyğəmbər (s) isə buyurur: "Öz qohumlarınızla siley edin, hətta bir salamla olsa belə”.

Şübhəsiz ki, o qohumlar ki, maddi cəhətdən başqalarından üstündürlər, yoxsul qohumlarına maddi yardım etməlidirlər. İlk növbədə valideynlərinə və ya övladlarına. Bu yardım - vacib yardımdır. Ondan sonra gələn qohumlara maddi yardım etmək müstəhəbdir.

Sileyi-rəhm zamanı hədiyyə aparmaq ürfdəndir. Ancaq gərək həddini aşmasın və özününümayiş hesab edilməsin.

Beləliklə deyə bilərik ki, sileyi-rəhm elə bir əməldir ki, həm qohumlar arasındakı rabitəni gücləndirir və həm də Allahın razılığına səbəb olur.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 651 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]