Cümə günü, 2024-03-29, 3:57 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Səbir nədir? Niyə səbirli olmalıyıq?
2013-03-31, 5:56 AM
Səbir nədir? Niyə səbirli olmalıyıq?

Səbir mövzusuna dərindən diqqət etsək, görərik ki, dinimizin zərurətlərindəndir. Səbrin lüğəti mənası - çətinlikdə və məhdudiyyətdə olmaqdır. Dində mənası isə nəfsin ağıl və dinin buyurduqlarından özünü saxlamasıdır.


İmam Əli (ə) səbri imanın başına bənzətmiş və buyurmuşdur: "Səbir və hövsələnin imana nisbəti - bədənin başa nisbəti kimidir. Necə ki, başsız bədən fayda verməz, o imanda ki, səbir və hövsələ olmaz, fayda verməz”.

İman dörd sütunda möhkəmlənər: səbir, yəqin, ədalət və cihad. Səbir də dörd sütunda möhkəmlənər: şövq, qorxu, zöhd və intizar.

Quran əhvalatları başdan-ayağa hikmət və təlimdir. "Kəhf” surəsində Həzrət Musa (ə) ilə Həzrət Xızrın (ə) əhvalatı bəyan edilmişdir. Bu əhvalatda şagird və müəllim - İlahi peyğəmbərlərdir. "Musa ona dedi: «(İcazə verirsən) öyrədildiyin həqiqətə istiqamətləndirmə elmlərindən mənə (də) öyrətməyin məqsədi ilə sənə tabe olum?»("Kəhf” 66). "Dedi: «Şübhəsiz, sən mənim yanımda səbir edə bilməyəcəksən. (Axı sən batin və həqiqətini) bilmədiyin (zahiri çirkin və ağıla zidd görünən) bir şeyə necə səbir edə bilərsən?»”. ("Kəhf” 67-68).

Səbrin kökü - elm və agahlıqdır.

Heç bir məlul illətsiz yaranmaz. Səbirin dəlili - elm və agahlıqdır. Heç kim elmi olmadığı bir şeyə səbir edə bilməz. Hətta əgər peyğəmbər olsa belə. Ona görə də səbir etdiyimiz şeyə elmimiz olmalıdır.

Səbrin mərhələləri.

Səbir - çətinliklərə dözməkdir. İnsan əgər dözümsüz və hövsələsiz olarsa, ziyana düşər və zərər görər. Peyğəmbər (s) buyurur: "Səbir üç dəstədir: müsibətə səbir etmək, itaətə səbir etmək və günaha səbir etmək”.

Ayətullah Hairi Şirazinin dili ilə desək: "Allah Təala buyurur: "Sən güclü bir şir kimisən ki, əl və ayaqlarını meyl zəncirləri ilə bağlayıblar. Mən bu zəncirlərə ox vuraram. Yaxşı vuraram, düz hədəfə dəyər ki, sən xilas və azad olasan. Ancaq Mən nə zəncirləri vururam, nə də səni. Bəs sən niyə "ax” deyirsən?”. Allah buyurur: "Möminlər o kəslərdir ki, Məndən başqa heç kimə aid deyil və bağlı deyildirlər. Onlara müsibət üz verən zaman deyərlər: Biz Allahınıq, qayıdışımız da Ona tərəfdir”. "O kəslərə ki, onlara hər hansı bir müsibət gəldikdə «həqiqətən biz Allahınıq (bizim yaradılışımız, qorunmağımız, işlərimizin idarə edilməsi və yox edilməyimiz Onun əlində olduğu üçün Onun həqiqi malı, mülküyük) və həqiqətən Ona tərəf qayıdacağıq» deyərlər”. ("Bəqərə” 156).

Ona görə də insan səbir etmək üçün elmli və agahlı olmalıdır. Nəyə səbir edəcəyini bilməlidir. İmam Əli (ə) buyurur: "Səbir dörd sütunda qərar tutur: şövq, qorxu, zöhd və intizar. O kəsin ki, behiştə meyli var, şəhvəti azalar. O kəs ki, cəhənnəm atəşindən qorxar, haramdan uzaq olar. O kəs ki, dünyada zahidlik edər, müsibətləri sadə hesab edər. O kəs ki, ölümün intizarını çəkər, yaxşılıqlarda tələsər”.

Nəql edilir ki, İblis həqiqi bəndə qarşısında zahir olur. Bu ayıq bəndə ondan soruşur: "İnsan əxlaqından hansı şey sənə daha çox onu bədbəxt etmək üçün kömək edər?” Deyir: "Qəzəb. O zaman ki, insan qəzəblənər, onu oyuna alaram. Necə ki, uşaq topu götürər”.

Səbir - imanın zərurətlərindəndir. Əgər həqiqi bəndə olmaq istəyiriksə, gərək səbirli və hövsələli olaq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 549 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]