Cümə axşamı, 2024-04-18, 4:11 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qürur və ümidsizlik nəyin nəticəsidir?
2013-04-07, 5:06 AM
Qürur və ümidsizlik nəyin nəticəsidir?
 Müjdə və təhdid insanın iradə sahibi və ixtiyar sahibi olmasının nişanəsidir. Quranda dəfələrlə deyilir ki, Allahın göndərdiyi məsum peyğəmbərlər (ə) müjdə və təhdidlə insanları düz yola hidayət edərdilər. Bu insanların seçimi idi ki, azad halda haqq yolunu qəbul etsinlər, yoxsa tərslik etsinlər.

"Şübhəsiz, Biz səni haqq və doğru olaraq müjdə verən və qorxudan kimi göndərdik və sən (risaləti çatdırdıqdan və dəlil gətirərək bəhanəyə yer qoymadıqdan sonra) Cəhənnəm əhli üçün (onların vəziyyətləri barəsində) qətiyyən məsuliyyət daşımırsan”. ("Bəqərə” 119).

"(Onların işləri yalnız üz döndərmək deyildir,) əslində onların hər biri istəyir ki, (Allah tərəfindən) ona açıq məktublar verilsin (ki; «Bu Peyğəmbəri qəbul et»)”. ("Muddəssir” 52).



Allah bütün peyğəmbərlərinə həm müjdə verməyi və həm də qorxutmağı əmr etmişdir. Bu yolla insanlara səadət yolunu nişan versin. Əgər kimsə bəhanə gətirsə, Haqqı qəbul etməkdən boyun qaçırdarsa, peyğəmbərlər buna görə məsuliyyət daşımırlar. Peyğəmbərlərin vəzifəsi ancaq müjdə vermək və qorxutmaqdır. İnsanların qəbul edib etməməsinə görə məsul deyildirlər.

Müjdə və təhdid, tərbiyənin və ictimai hərəkətin mühüm stimulunu təşkil edir. İnsan gördüyü yaxşı əməl qarşısında həvəsləndirilməli və pis iş gördüyünə görə cəzalandırılmalıdır.

İnsan tək təşviq və həvəsləndirmə ilə kamala çata bilməz. Çünki bu zaman insan çox rahatdır və əmindir. Günahı işlətmək onun üçün rahat olar.

Məsələn bu gün görürük ki, xristian dininin davamçıları İsa (ə) peyğəmbərin özünü fəda etməsi əqidəsinə inanırlar. Onlar belə düşünür ki, Həzrət İsa (ə) onların günahlarına görə özünü fəda etmişdir. Belə bir cəmiyyət şübhəsiz ki, asanlıqla günah işlədə bilir.

"Qamus” kitabında oxuyuruq: "Fəda İsanin (ə) dəyərli qanın kəffarəsinə işarədir. Bizim hamımızın günahlarının cəmi onun üzərinə qoyulmuşdur. Bizim günahlarımıza, çarmıxa çəkilən zaman cəsədi ilə dözmüşdür”.

Şübhəsiz ki, bu əqidə insanları günah işlətmək üçün cəsarətləndirir. Ona görə də uşaq və böyüklərin tərbiyəsi ilə məşğul olan tərbiyəçilər bilmədilər ki, təşviq və həvəsləndirmə kifayət deyildir. Eyni zamanda, tərbiyəni cəza və qorxu üzərində qurmaq da yanlışdır. Tərbiyədə hər ikisi eyni səviyyədə olmalıdır. Yəni həm təşviq olmalıdır, həm də təhdid və cəza.

Çünki insan ümid və qorxunun cəmindən yaranmışdır. Haqqa sevgi, həyata əlaqə göstərmək, fənaya nifrət etmək elə şeylərdir ki, insanda mənfəətə cəzb olunma və zərərdən qaçmaq üçün yaranmışdır.

Qorxu ilə ümidin arasında mötədillik olmalıdır. Əgər hər ikisi həddini aşarsa, cürət və qəflətə gətirib çıxardar. Əgər həddən artıq çox olarsa, ümidsizliyə və sevgi şöləsinin sönməsinə gətirib çıxardar.

Elə ona görə də Quran ayərlənin bir çoxunda ümid ilə qorxu bir yerdə işlənmişdir. Bəzən müjdə təhdidi üstələyir və bəzən də əksinə olur. "Mən iman gətirən dəstə üçün yalnız bir qorxudan və müjdə verənəm”. ("Əraf” 188).

Ancaq əksər ayələrdə müjdə, qorxudan əvvəl gəlir. Bunun səbibi isə ona görədir ki, İlahi rəhmət, Onun əzab və qəzəbindən öndə gələr.

Ona görə də deyə bilərik ki, müjdə və təhdid tərəzinin hər iki tərəfinə qoyulmuş eyni çəkidə olan tərəzi daşlarını xatırladır. Əks halda insan qürura və ümidsizliyə düçar olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 767 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]