Cümə günü, 2024-03-29, 5:07 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

QURANIN İNSAN TƏFƏKKÜRÜNDƏ YARANAN SƏHVLƏRƏ OLAN MÜNASİBƏTİ
2013-01-31, 3:11 PM
QURANIN İNSAN TƏFƏKKÜRÜNDƏ YARANAN SƏHVLƏRƏ OLAN MÜNASİBƏTİ
Qurani-kərim insanları düşüncə və təfəkkürə dəvət edir, bunu onun üçün ibadət sayır və eyni zamanda əqidəvi məsələlərdə də məntiqi təfəkkürdən savayı başqa bir yol görməyir. Quran çox incə bir məsələyə diqqət yetirmişdir. O da onların təfəkkür və düşüncədə buraxdığı səhvlər və onun yaranma səbəblərini araşdırmaqdan ibarətdir. Yəni insan səhvə yol verdikdən sonra dərhal onun yaranma səbəblərini aramalı və həlli üçün müxtəlif tədbirlərə əl atmalıdır.
Bu haqda bir neçə Quran ayəsinə işarə etmək daha məqsədə uyğun olardı.
«Və in tuti əksərə mən fil ərzi yuzillukə ənsəbilillahi inyəttəbiunə illəz-zənnə.»
(Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allahın yolundan azdırarlar. Onlar (yəqinə deyil), yalnız zənnə uyarlar.) (Ənam-116.)
Qurani-kərim bir çox ayələrdə zənn və gümana əsaslanaraq hərəkət etməyə qarşı çıxmış və buyurmuşdur:
«Vəla təqfu ma leysə ləkə bihi elmun».
([Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacardığın bir işi görmə, bilmədiyin bir sözü demə]). (İsra-36).
Bu günlər filosoflar belə bir qənaətə gəlmişlər ki, insanların gündəlik həyatlarında düçar olduqları xəta və günahların bir çoxu məhz bu amillərdən (məlumatsızlıqlardan) irəli gəlir. Dekart Quran nazil olduqdan min il sonra öz nəzəriyyəsini verərək bildirmişdir: «Aradığım bir şey mənə məlum olmayınca mən onu qəbul etmirəm. Yəqinlik hasil etdiyim məsələlərdə tələsməməyi üstün tuturam. Mətləbi yalnız o zaman qəbul edirəm ki, şəkk və şübhə tamamilə aradan getmiş olsun».
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 695 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
+1  
1 GADİR   (2013-02-02 0:08 AM) [Daxil et]
Salam aleykum.
 sitat-1. (Səhv edən ağilli sayilmir, ağilli, səhvini vaxtinda düzəldən,onu aradan götürməyi çalişandir!) 2.(çalişmayanin səhvi olmaz, .... )
sual cavablabla müzakirə etməklə səhvi və ya səhvə dücar olan səbəbi yada ibadəd əhlinə olan müəyyən böhtanlari, yaxud hansisa millətə qrşi atilan səhv yanqiş fikirləri  aradan götürmək olar.
Sizin bütün mövzular düşünməyə məcbur edir, lakin, əffüslar olsun ki müzakirə olunmur səhvlərə yol verilən zaman onlar aradan götürülsün, İslam elmi  hədsizdir və bu elmin açari yalniz sualdir və suallara cavabi bilib biliyi gizlətməyi qadağan edir!
Allah haminizdan razi olsun, haminizin bu kimi tayi bərabəri olmayan gözəl İslam elmində dəyəriniz var!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]