Cümə günü, 2024-03-29, 3:38 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəbul olunan və geri qayıdan namazlar
2013-02-27, 12:49 PM
Qəbul olunan və geri qayıdan namazlar
(Tebyan saytına istinadən)

Bəzi namazların yarısı və bəzilərinin də üçdə biri qəbul olunar. Bəzilərinin isə beşdə biri və bəzilərinin də onda biri.

İslam dinində namazın əhəmiyyəti çox böyükdür. Yerlə göy arasında olan möhkəm bağların əzəmətini özündə nümayiş etdirir. Namaz nərdivanı insanı meraca aparar və səadətə qovuşdurar. Bu nərdivan insanın başqa əməllərinin ağırlığına dözmək qabiliyyətinə malikdir.

Ancaq bütün namazlar eyni olmur. Onların bəzisi qəbul olunan və bəzisi isə geri qayıdan namazlardır.

Qəbul olunan namazlar

Qəbul olunan namaz o namazdır ki, təvazökarlıqla yerinə yetirilər. Onun zahiri və batini qaydalarına əməl edilər. Bu cür namaz nəfsi islah edər, ruhu paklayar, əxlaqi təsirə və tərbiyəyə malik olar. Ona görə də bu cür namazı əxlaq namazı da adlandırırlar. Bu, elə bir namazdır ki, mələklər onu xüsusi parlaqlığı ilə Allahın xidmətinə apararlar. Allah Təala bu cür namazı qəbul edər.

Düzgün qılınan namaz sayəsində insan axirətdə sorgu-sual olunmaz. Bu cür namazı fiqh namazı da adlandırırlar. O namaz ki, parlaqlığı olmadan Allaha təqdim edilər, Allah tərəfindən qəbul olunmaz.

Həzrət Peyğəmbər (s) buyurur: "Bəzi namazların yarısı qəbul olunar. Bəzilərinin üçdə biri, bəzisinin dördə biri, bəzisinin beşdə biri və o yerə qədər ki, onda biri qəbul olunar. Bəzi namazlar isə köhnə paltar kimi sahibinin üzünə çırpılar. Namazqılan bu namazdan bəhrələnməz. Məgər o qədər ki, namaz qılan zaman Allaha o qədər diqqət edibdir”.

O namaz ki, qəlb hüzuru ilə qılınar - çox dəyərlidir. Ola bilsin ki, bir insan bəzi namazlarında qəlb hüzuruna malik olmamışdır. Belə olan halda namazqılan namazın zahiri qaydalarına riayət edərək, müstəhəbləri yerinə yetirərək, namazını qəbul olma ehtimalını artıra bilər. Məsələn, namazdan əvvəl azan və iqamə oxuyar. Namazqılan namazdan sonra da salavat göndərərək və namazdan sonrakı əməlləri yerinə yetirərək, namazının çatışmamazlığını aradan qaldıra bilər. Nə zaman bu cür namazı Allaha təqdim etsələr, Allah öz fəzl və kərəmi ilə onu qəbul edər.

Namazdan sonra edəcəyimiz əməllərdən biri Həzrət Fatimeyi-Zəhranın (s.ə) zikridir. İmam Sadiq (ə) buyurur: "Gündəlik namazdan sonra nənəm Fatimənin (s.ə) zikri, mənim üçün hər gün qılınan min rükət namazdan daha üstün və sevimlidir”.

Namazın qəbul olmasının öz şərtləri vardır. Hədislərə və Quran ayələrində namazın qəbul olmasının 6 şərti zikr edilmişdir:

1. Etiqad şərti.

2. Vilayət şərti.

3. Əxlaq şərti.

4. İqtisadi şərt.

5. İctimai şərt.

6. Gigiyena şərti.



Etiqad şərti.

Namazqılanın gərək Allaha imanı olsun. "Hər kim - kişi yaxud qadın, imanı olan halda yaxşı iş görsə, onu şübhəsiz, (dünyada) pak bir həyatla yaşadacaq və (axirətdə) mükafatlarını çox gözəl olan əməllərinin müqabilində verəcəyik”. ("Nəhl” 97). "Allah yaxşıları və yaxşı iş görənləri sevir” ("Maidə” 93).



Vilayət şərti.

Yəni, İmam Əlinin (ə), onun övladlarının vilayətinə daxil olmaqdır. İmam Baqir (ə) buyurur: "O kəsin ki, Allaha imanı vardır və ibadətləri yerinə yetirir, ancaq Allah tərəfindən İmamı yoxdur, səyləri faydasızdır”.



Əxlaq şərti.

Allah ancaq təqva əhlinin ibadətini qəbul edər. Həzrət Adəmin (ə) iki övladının əhvalatı kimi. Hər ikisi qurban verirlər, ancaq birinii qurbanı qəbul olur, o biri isə yox.



İqtisadi şərt: insanların haqqını əda etmək.

Məzlumların hüququnu əda etmək elə məsələlərdəndir ki, ibadətin qəbul olması ondan asılıdır. Zəkat vermək bu cür vacibatlardandır. İmam Rza (ə) buyurur: "Hər kəs namaz qılar, ancaq zəkat verməz, namazı qəbul olmaz”.



İctimai şərt.

Başqalarına qarşı xeyirxah olmaq, ictimai bağları qorumaq, İslam davamçılarına yaxşılıq etmək - böyük əhəmiyyətə malik olan məsələlərdəndir.



Ailə şərti.

Ailədə xoş rəftar olmaq, ərlə aravadın bir-birinə qarşı olan haqlarını qoruması və ona əməl etməsi, övladların və valideynlərin öz haqlarına riayət etməsi və qonşu haqqını tapdalamamaq - ibadətin qəbul olmasına təsir edən amillərdəndir.

İmam Sadiq (ə) buyurur: "Ata və anasına qəzəblənən övladın namazı qəbul olmaz. Baxmayaraq ki, valideyn ona qarşı zülm etsə belə”.

Həmçinin Həzrət Peyğəmbər (s) buyurur: "O kəsin ki, əziyyət verən və pis rəftara malik olan arvadı var, Allah həmin qadının namazını və yaxşı əməlini qəbul etməz. Kişi də bu cürdür”.

O zaman ki, biz namaz nərdivanında qalxırıq, meraca o zaman gedərik ki, bu nərdivanın ayaqları yerə möhkəm basırlmış olsun. Ancaq əgər buzun üzərində və ya yumşaq torpaq üzərində olarsa, yuxarı qalxmağa çətinlik törədər və onu qeyri-mümkün edər. Ona görə də namazın şərtlərinə riayət edilməli və əməl edilməlidir ki, namazımız qəbul olsun.

İmam Sadiq (ə) buyurur: "Hər kim namazının qəbul olub-olmadığını bilmək istəyirsə, baxsın görsün bu namaz onu günahdan saxlayır, yoxsa yox. Hər nə qədər namazı onu günahdan saxlayıbsa, deməli o qədəri qəbul olmuşdur”.



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 799 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]