Şənbə günü, 2024-04-20, 2:18 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Pul nə vaxt xoşbəxtlik gətirər?
2013-03-22, 4:52 PM
Pul nə vaxt xoşbəxtlik gətirər?


Bəziləri belə düşünür ki, səadət və xoşbəxtliyin tək amili - sərmayə və sərvətdir. İnsan heç bir sərvəti olmadan xoşbəxt ola bilməz. Xülasə, bu puldur ki, bütün problemlərin açarıdır.

Quran ayələrinə nəzər salan zaman görmək olur ki, pul insana həm xoşbəxtlik gətirə bilər və həm də onun xar və zəlil olamsına səbəb ola bilər. Bir tərəfdən elə zəngin insanları müşahidə edirik ki, daima sevinc içindədirlər və o biri tərəfdən isə elə zənginlər vardır ki, pullarının sayı-hesabı yoxdur. Ancaq xoşbəxt deyildirlər və nə zaman sevincin onların qapılarını da döyməsini gözləyərlər. Mühüm olan odur ki, biz bu pula hansı niyyət və məqsədlə baxırıq.

Sərvətin xoşbəxtlik gətirdiyi kəslər.

Bu qrup insanlar pula və sərvətə düzgün baxışlarla baxırlar. Onlar rahatlıq və sevinc anlayışını kamilən dərk etmiş insanlardır. Zənginlik həyatlarının xoşbəxt olmasının yalnız bir amilini təşkil edir. Onların sərvətlə rabitəsinə aid bir neçə məsələyə nəzər salaq: «Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz». ("Qəsəs” 77).

Bu cür zəngin insanlar dörd sahədə sərmayə qoyarlar:

1. Onların qoyduğu ilk sərmayə axirətdir. Onlar bu sərvətdən axirətlərini abad etmək üçün istifadə edərlər.

2. Qoyduqları ikinci sərmayə özləri və ailələri üçündür. Hədislərdə bu məsələyə cihad deyirlər.

3. Üçüncü sərmayə isə insanlara kömək məqsədilə olur.

4. Dördüncü sərmayə isə cəmiyyətin islahı yolunda qoyulan sərmayədir.



Bu zəngin insanların özlərini xoşbəxt hiss etməsinin səbəblərindən biri də budur ki, əllərində olan sərvətin vacib haqqını ödəyərlər. Bu xüms və zəkata aiddir. Əgər ona əməl etsələr, Həzrət Peyğəmbərin (s) xüsusi duasına layiq olarlar. Əgər bu dua onlara aid olarsa, dünya və axirətdə xoşbəxt olarlar. Allah buyurur: "(Ey ümmətin işlərinin sahibi,) onların mallarından zəkat al ki, bununla onları(n can və mallarını) təmizləyir və paklaşdırır (və artırır)san. Və onlara dua et və salam göndər ki, həqiqətən, sənin duan və salamın onlar üçün rahatlıq və xatircəmlik amilidir. Allah eşidən və biləndir”. ("Tövbə” 103).

Sərvət o zaman insana xoşbəxtlik gətirər ki. Allah yolunda xərclənər. Yoxsullara və kasıblara xərclənər. Əgər pul bu sahədə xərclənərsə, sahibinə hüzur və rahatlıq gətirər. Çünki bu, Allah Təalanın vədəsidir. "Mallarını Allah yolunda xərcləyib, sonra etdikləri xərcin arxasınca minnət qoymayan və əziyyət etməyənlərin (dil yarası vurmayanların) Rəbbi yanında özlərinə layiq mükafatları vardır. (O dünyada da) onlar üçün nə bir qorxu var və nə də qəmgin olarlar”. ("Bəqərə” 262).

Xülasə, demək olar ki, əgər ixtiyarınızda olan sərvətə görə rahatlıq hiss etmək istəyirsinizsə, həyatınızdan ən yaxşı şəkildə bəhrələnmək istəyirsinizsə, İlahi ayələr sizə tövsiyə edir ki, sərvətinizi bu deyilən sahələrdə istifadə edəsiniz. Çünki bu zaman həm başqalarını, həm özünüzü və həm də Allahı razı salmış olarsınız.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 790 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]