Çərşənbə günü, 2019-08-21, 1:31 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Öz eyblərimizi necə görə bilərik?
2013-02-18, 9:36 PM
Öz eyblərimizi necə görə bilərik?
 Özünü islah etmək - hər bir kəsin ilk vəzifəsidir. İmam Əlinin (ə) nəzərinə görə, ən aciz insan o insandır ki, özünü islah etməkdən gücsüz və aciz olar. O kəs ki, öz eyblərini görər, ancaq onu aradan qaldırmaq üçün heç bir iş görməzsə, özünə qarşı xeyirxah olmaz. O kəs ki, öz eyblərini görən kimi onları aradan qaldırmağa çalışır, öz nicatına ümidvar ola bilər.

İnsan öz eyblərini necə görə bilər?



1. Mühasibə. Əgər insan öz rəftarına nəzarət edər və onun mühasibəsini edərsə, xüsusilıə də özünü saleh insanlarla müqayisə edərsə, öz eybini açıq-aydın görə bilər.

2. Saleh əməl sahiblərindən, eyni zamanda, nə qədər qəribə də olsa, fasiq insanlardan ibrət almaq. Loğmandan soruşurlar ki, ədəbi kimdən öyrənmisən? Buyurdu ki, ədəbsizlərdən. Yəni insan əxlaqsız insanların yanlışlarını görərsə, onları həyatında təkrar etmək istəməz.

3. Nəsihəti əsirgəməyən saleh insanlarla oturub-durmaq. Onlar bizə öz eyblərimizi söyləyərlər.



İnsan xəstə olan zaman həkimə müraciət etdiyi kimi, əxlaqi xəstəliklərin müalicəsi üçün də əxlaq müəlliminə müraciət etməlidir. Həqiqi dostlar bu yolda insana düzgün yolu göstərə bilər. Onu xəstəliklərindən agah edər. Nə qədər tez bacarırsa, özünü müalicə etməyə çalışar.

İmam Musa Kazım (ə) buyurur: "Çalışın gününüzü dörd hissəyə böləsiniz: 1. bir hissəsi Allaha ibadət və xəlvət üçün; 2. bir hissəsi ruzi qazanmaq üçün; 3. sizə eyblərinizi deyə biləcək dostlarla oturub-durmaq üçün; 4. bir hissəsini isə gəzmək və dini çərçivədə olan ləzzətlər üçün”.

İmam Sadiq (ə) buyurur: "Mənim yanımda ən sevimli qardaşım o kəsdir ki, eyblərimi mənə bağışlayar”.

O kəs ki, sizinlə dost olduğunu iddia edir, eyblərinizi sizə demirsə, həqiqi dost deyildir.

Ayətullah Behcət tövsiyələrinin birində buyurur: "Özümüzü fikirləşək. Özümüzü islah edək. Əgər özümüzü islah etməsək, başqalarını da islah edə bilmərik. Biz gərək mühasibə əhli olaq. Hər nə qədər tövbə əhli olmasaq da, özümüzü mühasibə etmək daha yaxşıdır. Əgər bilsək ki, filan gün Hüseyn kimiyik və filah günü Yezid kimi - özümüzü islah edərik”.

Ən üstün kəslər o kəslərdir ki, öz eyblərini görmək onu başqalarının eyblərini görməkdən saxlayar. Özümüzə diqqət edək. Özümüzü islah edək. Əgər özümüzü islah etməsək, başqalarını da islah edə bilmərik.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 472 | Downloads: 0 | Rating: 1.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]