Çərşənbə axşamı, 2024-04-16, 3:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Övlad tərbiyəsində diqqət edilməli mühüm nöqtələr
2013-08-22, 6:56 PM
Övlad tərbiyəsində diqqət edilməli mühüm nöqtələr


İmam Musa Kazımdan (ə) bizə çatan hədislər içərisində tərbiyəyə aid çox sayda hədis vardır. İmam (ə) biz valideynlərə uşaqlarımızı necə tərbiyə etməyimiz haqqında tövsiyələr verir.
Bir müsəlman başqasına verdiyi sözə əməl etməli olduğu kimi, bir valideyn də övladına verdiyi vədə vəfa etməlidir. Valideyn belə düşünməməlidir ki, övladı ona verdiyi sözü tezliklə undacaqdır.
İmam (ə) buyurur: "Uşaqlarınıza vədə verən zaman ona əməl edin. Çünki onlar sizi ruzi verən kimi tanıyır”.
Uşaqlar elə yaşdadırlar ki, ruzi verənin Allah olduğunu dərk edə bilmirlər. Uşaqlar zahiri nəzərləri ilə ruzi verənin valideynlərinin olduğunu güman edirlər. İmamın (ə) nəzərinə görə ruzi verən əgər vədə verirsə, gərək ona əməl etsin. Belə olan halda uşaq böyüyən zaman əvvəl Allahın verdiyi vədələrə iman gətirəcəkdir.
 
Övladınıza yaxşı ad qoyun.
Hər bir adın mənası vardır. Ona görə də valideyn övladına elə ad qoymaq istəyir ki, həm onun mənasından ləzzət alsın və həm də öz mədəniyyətinin nişanəsi olsun. İnsana qoyulan ad onun tərbiyəsinə və etiqadına birbaşa təsir qoyar. İmam Kazım (ə) bu haqda buyurur: "Valideynin övladına görə etdiyi ilk xeyir iş - ona yaxşı ad qoymaqdır. Ona görə də sizlərdən hər biriniz gərək övladlarınıza yaxşı ad qoyasınız”. Belə görünür ki, gözəl ad dedikdə, elə ad nəzərdə tutulur ki, insanlığın kamalına işarə etsin və mədəniyyət baxımından da İlahi mədəniyyəti yada salmış olsun. İmam (ə) buyurur: "O evdə ki, Muhəmməd, Əhməd, Əli, Həsən, Hüseyn, Cəfər, Talib, Abdullah, Fatimə adını daşıyan uşaq olarsa, o evə yoxsulluq daxil olmaz”.
 
Övlada sevgi bəsləmək.
Bir övladı sağlam ruhiyyə ilə tərbiyə etmək üçün valideyn ona olan sevgisini büruzə verməlidir. Övladını sevgisinə əsir etməlidir. Məfzəl ibni Ömər deyir: "Həzrət Musanın (ə) xidmətinə getdim və Əli (İmam Rza (ə)) ətəyinin üstündə əyləşmişdi, onu öpürdü. Çiyninə qoyur və qucaqlayırdı”.
 
İmamın (ə) tövsiyələrinə qulaq asaq və övladlarımızı yaxşı tərbiyə edək.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 723 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]