Çərşənbə axşamı, 2024-04-16, 6:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Nicat yolunu tapmaq üçün 4 əməli tövsiyə
2013-04-10, 5:37 AM

Nicat yolunu tapmaq üçün 4 əməli tövsiyə

 Əgər insan nicat yolunu tapmağa çalışarsa, həqiqi kamala çatmaq istəyərsə, gərək dörd şeyi yerinə yetirsin:

1. Daimi qəlb hüzuru.

2. Əhli-beytə (ə) təvəssül.

3. Gecə ibadəti.

4. Xəlqə yaxşılıq etmək.



Qəlb hüzuru.

Qəlb hüzuru dedikdə özünü İlahi dərgahda hiss etmək nəzərdə tutulur. İnsan hər bir halda həm ibadətində, həm gündəlik işlərində özünü İlahi dərgahda hiss edər. Əgər insan hər bir sahədə və hər bir işdə qəlb hüzuruna malik olarsa, ilk mərhələdə günah işlətməz. Bu, yolun ilk səmərəsidir.

İnsanın ibadətdə qəlb hüzuru daimi olarsa, namazı Cəfər Təyyarın, Həzrət Əmirəl-möminin (ə), Həzrət Rəsulun (s), Həzrət Fatimənin (s.ə) namazı kimi olar. İnsan belə bir ibadətin bərəkəti sayəsində İlahi yolun yolçusuna çevrilər. Öz nəfsinə hakim olar və nəfsinin sultanı olar.



Əhli-beytə (ə) təvəssül etmək.

Həzrət Peyğəmbərə (s) və Əhli-beytə (ə) təvəssül etmək və eşq bəsləmək - insana İlahi feyz verər və Allah Məsumlara (ə) xatir həmin insana bərəkət nazil edər. Ona görə də bu pak nurlara təvəssül etmək - bu dünyada çətinliklərini həll edər və Qiyamət günü şəfaətlərinə səbəb olar. Hər kim onların göstərişlərini yerinə yetirər, xilas olmuşlardan olar.

İmam Hadi (ə) buyurur: "Hər kim sizin yanınıza gələr, nicat tapar. Hər kim sizdən fasilədə olar, həlak olar. Hər kim sizi sevər, Allahı sevər. Hər kim sizinlə düşmənçilik edər, Allahla düşmənçilik etmiş olar. Allah sizinlə başlayar və sizinlə də bitirər. Sizin vasitəsilə yağış göndərər, sizin vasitəsilə səmanı saxlayar. Hər kim Allahı istəyər, sizin vasitəsilə başlayar və Allaha yaxınlaşar”. "Ey iman gətirənlər, Allahdan qorxun, Ona (yaxınlaşmaq üçün dərgahına yaxın olanlardan və saleh əməllərdən Ona) tərəf vasitə axtarın və Onun yolunda cihad edin, bəlkə nicat tapdınız”. ("Maidə” 35).



Gecə ibadəti.

Mərhum Şeyx Cəfər Kəbir 13-cü əsrin məşhur alimlərindəndir. Bir gecə oğlunu yuxudan oyadır və deyir: "Qalx, pak hərəmə gedək və orada namaz qılaq”. Oğlu üçün gecə yarısı yuxudan oyanmaq çətin olduğu üçün deyir: "Mən indi hazır deyiləm, siz gedin və məni gözləməyin. Mən sonra gələcəyəm”. Buyurur: "Mən burada dayanmışam. Hazır ol, bir yerdə gedək”. Oğlu çarəsiz ayağa qalxır, dəstəmaz alır və yola düşürlər. Hərəmə yaxınlaşanda bir nəfəri görürlər ki, yerdə oturub, ehtiyac əlini insanlara tərəf uzadıb. Alim dayanır və oğluna deyir: "Bu insan gecənin bu saatı nə üçün burada əyləşib?” Deyir: "İnsanlardan dilənmək üçün”. Deyir: "Sənin nəzərinə görə insanlar ona nə qədər pul verirlər?” Deyir: "Yəqin ki, bir tümən”. Alim deyir: "Oğlum! Bir qədər fikirləş və gör ki, bu insan az miqdar pul üçün gecənin bu saatında rahatlığını pozaraq gəlib bu küncdə oturub, dilənçilik edir. Bəs sən niyə bu insan qədər Allahın gecə xeyri haqqında verdiyi vədəyə etimad etmirsən? Necə ki, Allah buyurub: "Etdikləri işlərin mükafatı olaraq onlar üçün gözlərə işıq gətirən nələrin gizlədildiyini heç kəs bilməz!””. ("Səcdə” 17).

Cavan atasının bu sözlərindən o qədər təsirlənir ki, ömrünün axırına qədər gecə ibadətini tərk etmir”.



Xəlqə yaxşılıq etmək.

İnsan bunu bilməlidir ki, ixtiyarında olan hər bir şey Allahın iradəsi ilə olar. Ondan deyildir, Allahdandır. "Və Allahın ruzi olaraq sizə verdiklərinin halal və pak olanlarından yeyin (və şəriətin haram buyurduqlarından və zatən murdar olan şeylərdən çəkinin) və iman gətirdiyiniz Allahdan qorxun”. ("Maidə” 88).

Həzrət Süleyman deyir: "Bu Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, ya nankorluq (naşükürlük)?” ("Nəml” 40).

"Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz və əgər pislik etsəniz, özünüzə aiddir”. ("İsra” 7).

"Və Allahın sənə vermiş olduğundan axirət evini qazan, dünyadakı (ömür və maldan olan) nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də (başqalarına) yaxşılıq et və yer üzündə fəsad dalınca düşmə. Çünki Allah fəsad törədənləri sevməz”. ("Qəsəs” 77).



Başqasına ehsan etmək - çətinliklərin düyününü açar. "Amma kim (öz malından və var-yoxundan Allah yolunda) bəxş etsə və təqvalı olsa, və Allahın vədlərini təsdiq etsə, Biz onu tezliklə asan olan yola (iman və itaətə) hazırlayarıq (elə bir ruh yüksəlişi verərik ki, təqva yolunu getmək onun üçün rahat olar)”. ("Ləyl” 5-7).

"Deyərlər: «(Başdan-başa) xeyir və yaxşılıq (gözəl hökmlər və gözəl savablar)»! (Bəli) yaxşılıq edənlər üçün bu dünyada gözəl mükafat (pak və gözəl həyat) vardır və şübhəsiz, (onlar üçün) axirət evi daha yaxşıdır. Təqvalıların evi necə də gözəldir!” ("Nəhl” 30).

İnfaq insanı bəladan qoruyar. "Hər kəs yaxşı əməllə gəlsə, (əvəzində) daha yaxşı (mükafat) onundur (onu gözləyir). Onlar həmin gün qorxu və dəhşətdən amandadırlar”. ("Nəml” 89).

"Kim yaxşı bir iş görsə, həmin şəxs üçün onun on qat savabı vardır (əməlin özü üçün ilkin dəyər kimi Allah tərəfindən müəyyənləşdirilmiş mükafat ən azı on qat artıqdır. Onun daha artıq ola biləcək qiyməti isə hüdudsuzdur)”. (Ənam” 160).



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 764 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]