Çərşənbə axşamı, 2024-04-16, 6:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Namazda qəlb hüzuru əldə etmək üçün əməli tövsiyələr
2013-03-08, 7:47 PM
Namazda qəlb hüzuru əldə etmək üçün əməli tövsiyələr
 İbadət zamanı Allah Təalaya diqqət etməyin mərtəbələri vardır. Namazda diqqətli olmaq, dilinin dediklərini qəlbin etiraf edərsə və onun qayda və qanunlarına əməl edərsənsə, qəlb hüzuru adlanar.

İnsan əgər namazını qəlb hüzüru ilə qılarsa, elə bir mərətəbəyə çatar ki, Allahı dərk edər. O, namaz zamanı özünü tək hiss etməz, Allahı həqiqətən dərk edər. Susuz insanın misalı kimidir ki, su tapan zaman onu içməyə hazırlaşar. O, özünün suya olan meyl və istəyini sözlərlə izah edə bilməz. Ancaq özündə bu halı hiss edər. Dərk etmək bilməkdən daha üstün mərtəbədir. Allah bəndəsi namaz zamanı Allahını dərk edər.

Əgər həqiqətən bəndə ilə Allah arasında ünsiyyət olarsa, bu namaz - dərk namazı olar. Necə ki, İmam Hüseyn (ə) "Ərəfə” duasında buyurmuşdu: "Allah dərk ediləsidir, kor olsun o göz ki, Allahı görmür”.

İnsan gərək özünü həmişə Allahın hüzurunda hiss etsin. İbadət edən zaman da, qeyri zaman da. Ancaq ibadət zamanı qəlb hüzuruna malik olarsa, dəyəri daha çox olar.

Qəlb hüzurunun ilk mərtəbəsində insan namaza diqqət edər. Məsələn namaz qılan "Fatihə”ni və ikinci surəni oxuyur, əgər dediklərinə diqqət etsə və bilsə ki, nə deyir, dilində dediklərini qəlbi də etiraf edərsə, namazın təsirini artırar. Həmçinin namazqılan diqqət etməlidir ki, "Həmd” və "surə” - Allahın kəlamıdır. Bu, elə kəlmələrdir ki, Allah onun vasitəsilə bizimlə danışır.

Qarşınızda olan bir vəzifə sahibi olarsa, siz onun sözlərinə diqqət etməyə və ona dediyiniz sözlərə diqqət etməyə çalışacaqsınız. Belə isə, vəzifəli şəxs hara, Sübhan Allah hara! Namaz qılan zaman, "Həmd” və "surə” oxuyan zaman diqqətimizi Sübhan Allaha verməliyik.

Alimlərdən biri deyir: "Mən indiyə qədər iki rükət namazı qəlb hüzuru ilə qılmamışam. Həqiqətən çətindir, ancaq qeyri-mümkün deyildir. Əgər davamlı olarsa, asan olar. Gecə namazını davamlı qılmaq çətindir, ancaq əgər kimsə ona adət edərsə, hətta yorğun olan zaman belə onu tərk etməz. Bu çətin iş onun üçün get-gedə asan olar”.

Qəlb hüzurunu əldə etmək üçün çalışmaq lazımdır. Onun zəminələrini hazırlamaq - insanın öz əlindədir. Əgər kimsə həqiqətən qəlb əhli olarsa, nalə və yalvarışla Allahdan qəlb hüzuru istəyərsə, onu əldə etmək üçün çalışarsa, Allah Təala inayət edər. Bu nemət elə bir şeydir ki, hamıya verilə bilməz. Əgər kimsə qəlb hüzuruna malikdirsə, deməli xüsusi insanlardandır. Allah Təalanın ona xüsusi inayəti vardır.

Bu ali məqama çatmaq üçün insanın səbir və hövsələyə ehtiyacı vardır. Əgər insanın namazda qəlb hüzuru olmazsa, dilinin tərpənməyindən başqa bir fayda verməz. İnsan namaz zamanı özünü Allahın hüzurunda hiss etməlidir.

Alimlərdən biri buyurur: "O zaman ki, namazın ilk salamını verirəm, Peyğəmbər (s) mənə cavab verməyincə o biri salama keçmirəm”.

Xoş olsun bu insanların halına! Namazları Allahla mükalimədir. Elə bir mərtəbəyə çatıblar ki, Allah Təalanı dərk edərlər. Qəlb gözü ilə Allahın camal sifətlərini görərlər.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 765 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]