Cümə axşamı, 2024-04-25, 7:16 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ən gözəl ictimai həyat üslubu - düzlük və sədaqətdir
2013-08-22, 6:50 PM
Ən gözəl ictimai həyat üslubu - düzlük və sədaqətdir

  Adətən hamı deyir ki, danışmaq asandır, ancaq əməl etmək çətindir. Ancaq əgər diqqət etsək görərik ki, heç danışmaq da o qədər asan deyildir. Lakin bizim üçün adət halına düşmüşdür. Misal üçün insanın özünün deməsi ki, mən düz danışanam, bu, kifayət etməz. Bəlkə həyatı düzgün sütunlar üzərində qurulmuş olmalıdır. Düz yaşamaq - düz danışmağın göstəricisidir. İnsan bununla öz həqiqətini başqalarına göstərmək istəyir, xalis olduğunu və riyakar olmadığını təsdiq edir. Bu insanın həm danışığını və həm də əməlini əhatə edər. Düz danışmaq o qədər ali bir məqama malikdir ki, insanın həyatının düzgün yolla irəliləməsinə yardım edər.
 
İnsanın həyatında sadiq olması nəticəsində danışığı, düşüncəsi və rəftarı hər cür qəm və qüssədən uzaq olar. İmam Əli (ə) buyurur: "Əgər insanlar onlara bəla gələn zaman, nemətləri zay olan zaman Allaha düzgün niyyət və qəmli qəlbləri ilə fəryad çəksələr, hər hürkmüşü onlara qaytarar və hər fəsadı islah edər”.
İbni Meysəm İmamın (ə) bu nurani kəlamının izahında yazır: "Bu sözlərin mənası sanki budur ki, Allaha xalis niyyət və müştaq qəlblə pənah aparmaq, Ondan başqa hər şeydən qırılmaq, insanı Allahın onun istəklərini yerinə yetirməsi üçün hazır edər. İstər bu mövzu əlindən getdiyi nemətlər olsun, istərsə də təzə nemətlərin istənilməsi olsun. Ya bəla və çətinliyin uzaq olmasını istəyər, ya istəyər ki, bunların hamısı düşməninin başına gəlsin”.
 
Düz danışmaq və düzgün rəftar etmək insanın çətinliklərini islah edər. Uca Allah bu cür insanları sevir və həyatlarına genişlik bəxş edər. İmam Əli (ə) buyurur: "Biz döyüş meydanında Peyğəmbər (s) ilə bir yerdə idik, qana bulaşmış halda idik. Qohumları öldürmək bizi narahat etmirdi, bəlkə imanımızı artırırdı. Düz yolda dəyanət göstərmişdik. Çətinlikdə səbirli, düşmənlə cihadda səy edən idik. Gah bizdən və gah da düşmənin ordusundan olanlar bir-biri ilə buynuzlaşırdı. Necə ki, iki erkək öküz bir-biri ilə buynuzlaşırdı. Hər biri o birisinə ölüm şərbətini içizdirmək istəyirdi. Bəzən bəsirət bizdən olurdu, bəzən də düşmən sanki qələbə çalırdı. Çünki Allah bizi imtahana çəkirdi. Bizim sadiq olmağımızı müşahidə edirdi. Bizim düşmənimizi xar etdi və bizim qələbə bayrağımızı qaldırdı. Belə ki, İslam hər bir şəhər və diyara çatdı və hökuməti möhkəm oldu”.
 
İlahi sünnət belədir ki, hər kim bütün əməllərində sadiq olarsa, Allah onun yar və yardımçısı olar. Daima bütün nemətlərdən faydalanmış olar. Çünki İlahi bəxşişdə heç bir paxıllıq yoxdur. İlahi bəxşiş bu cür insanlara şamil olar. Düz danışan insana başqa insanlar etimad edər, ona ehtiram göstərərlər.
 
 İmam Əli (ə) buyurur: "Düz danışan insan düz danışmağı ilə üç şey əldə edər: insanların ona qarşı etimadını, özünə məhəbbəti, insanların ona ehtitram göstərməsini”.
 
İnsanın bu dünyadakı müvəffəqiyyəti düz danışmağından asılıdır. Bu əməl həm də axirətdə onun başını uca edər. Düz danışmaq insanı qələbəyə tərəf hidayət edər.
İmam Musa Kazım (ə) buyurur: "İmam Əlinin (ə) davamçısı o kəsdir ki, rəftarı dediklərini təsdiq edər”.
İmam Əli (ə) buyurur: "Ən gözəl və ən yaxşı ictimai həyat üslubu - düzlük və sədaqətdir”.
 
Düz danışaq və ona uyğun da əməl edək ki, Allah bizim yar və yardımçımış olsun, həm bu dünyada və həm də axirətdə.
 
(Tebyan/ Deyerler.org)

 
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 745 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]