Şənbə günü, 2024-04-20, 6:19 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Müvəffəqiyyət qazanmaq üçün həyatın düsturu
2013-08-14, 0:27 AM
Müvəffəqiyyət qazanmaq üçün həyatın düsturu

İmam Əli (ə) "Nəhcul-bəlağə” kitabında bizlərə müqəffəqiyyətin yollarını göstərmiş və tövsiyələr vermişdir. İmam (ə) buyurur: "Ey insanlar! Hər kim Allahı öz mürşidi və xeyirxahı qərar verərsə, tofiqə çatar. Hər kim Onun buyurduqlarını öz yolgöstərəni qərar verərsə, daha möhkəm yola və dinə hidayət olar. Çünki Allahın qonşusu amandadır. Düşməni qorxudadır”.
 
Bu xütbədən göründüyü kimi, əziz İmam (ə) bizlərə müvəffəqiyyət qazanmağın iki yolunu göstərir.
 
1. Həyatında daima Allahı öz mürşidin və xeyirxahın qərar verməlisən.
2. Həyat tərzin Allahın buyurduqlarına, tövsiyələrinə və əmrlərinə uyğun olmalıdır.
 
 Məsumların (ə) özü də bu iki yoldan istifadə edər və bəşəri hidayət edərdilər. Bu iki yolu öz müvəffəqiyyətlərinin bünövrəsi adlandırardılar. Həmçinin Şueyb (ə) peyğəmbər öz qövmünə belə buyurur: "Dedi: «Ey mənim qövmüm, mənə bir deyin (görüm), əgər mən Rəbbim tərəfindən açıq-aydın bir dəlilə və (öz peyğəmbərliyim barəsində) möcüzələrə əsaslanmış olsam və O, Öz tərəfindən mənə gözəl ruzi (peyğəmbərlik və kamil bir din) vermiş olsa (onda mənim dəvətim yenə də puç və səfehlikdir)? Və mən özüm sizi çəkindirdiyim işin əksinə getmək istəmirəm. Mən yalnız bacardığım qədər (cəmiyyətin vəziyyətini) islah etmək istəyirəm və mənim uğurum yalnız Allahın köməyi ilədir. Ona təvəkkül etdim və Ona tərəf qayıdacağam»”. ("Hud” 88).
İmam Sadiqin (ə) tövsiyəsi.
İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: "O zaman ki, Allah bəndəsi İlahi əmrə itaət edir, Müqəddəs Zatının əmrlərinə vəzifələnir, o, müvəffəq bəndə hesab edilir. O zaman ki, günah işlətmək üçün iradə edər, Allah onunla günah arasında sədd yaradar və bunun əsasında günahı tərk edər. Bu tərk etmək Allah Təalanın tofiqi ilə yerinə yetər. Nə zaman Allah günah ilə günahkar arasında fasilə qoymaz, onu öz halına buraxarsa, günaha düçar olar. Allah həmin bəndəsini tərk edər, yardım və tofiqindən bəhləndirməz”.
 
Həzrət (ə) bu hədisdə o kəsləri müvəffəq adlandırır ki, İlahi əmrlərə itaət edir, həyat tərzlərini Allahın əmrləri əsasında qururlar. Nəticədə bu insan əgər səhv və ya günah edərsə, bu zaman Allah onunla günah arasına bir sədd çəkər və günahın ona yaxınlaşmasına imkan verməz. İnsan da buna görə günahı tərk edər. Allah icazə vermir ki, bu bəndəsi günaha bulaşsın. Bundan böyük müvəffəqiyyət ola bilərmi? Allah həmin bəndənin günah işlətdiyi zaman, onun yar və yavəri olur. Şübhəsiz ki, bu cür insan həyatın bütün sahələrində müvəffəqiyyət qazana bilər.
 
Məsumların (ə) bu tövsiyəsinə qulaq verək və müvəffəqiyyət qapılarını üzümüzə açaq.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 587 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]