Çərşənbə axşamı, 2024-04-23, 4:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Mömin – ömrünün dəqiqələrindən səmərəli istifadə edər, kafir isə boş buraxar
2013-04-11, 5:34 AM
Mömin – ömrünün dəqiqələrindən səmərəli istifadə edər, kafir isə boş buraxar

 İmam Əli (ə) buyurur: "Sən ədəddən başqa bir şey deyilsən. Hər nə qədər dəqiqə və zaman keçər, vücudunuzdan azalar”.


Bəli, İmamın (ə) buyurduğu kimi, biz bir neçə ədədə bənzəyirik və hər saniyə və dəqiqqə ilə bu ədəd dəyişir və azalır. Ancaq çox heyf ki, bəzilərimiz bunun yerinə necə zəngin olmağını düşünür. Bütün mağazalardan tutmuş banklara qədər ancaq gün ərzində düşündükləri şey - alıb-verəcəkləridir.

Məsumlardan (ə) belə bir hədisimiz vardır: "Sizin qəlb və ruhunuz Allahın hərəmidir. Qəlbiniz Allahın evidir. Ona görə Allahdan qeyrisini ora buraxmayın”.

Ancaq çox təəssüf ki, bir çox insanların qəlbində hər şey var, Allahdan başqa.

Allah buyurur: "Əgər əl çatan mallar və qısa və asan səfər olsaydı, onlar sənə mütləq tabe olardılar”. ("Tövbə” 42).

"(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. ("Təkasur” 1).

İmam Əli (ə) bu ayəni tilavət edən zaman buyurur: "Qəlbin nəyə görə xoşdur”.

"Onlar möminləri «məgər biz dünyada sizinlə deyildik?» (deyə) səsləyəcəklər. (Möminlər) deyəcəklər: «Bəli, lakin siz özünüzü həlakətə atdınız, (möminlər üçün hər cür fəlakət, şər) gözlədiniz, (haqq dinə) şübhə etdiniz, (batil) arzular sizi məğrur etdi və nəhayət, Allahın (sizin məhviniz barəsindəki) əmri gəlib yetişdi və yalançı şeytan sizi Allah barəsində aldatdı»”. ("Hədid” 14).

Hədislərin birində oxuyuruq: "Nə zaman Allah sizə lütf etsə, çalışın ki, o lütfü dərk edəsiniz”.

Bir kəndə su çəkmək üçün neçə dənə quyu qazarlar və bu quyuları bir-biri ilə birləşdirərlər. Nə zaman kəndə su gəlsə, əkinçi belini götürüb suyun ardınca gedər ki, su yolunu azmasın. Əks halda kəndə su gəlməz. Ona görə də əgər cavanlığımızın qədrini bilməsək və fürsəti dəyərləndirməsək, onu əldən vermiş olarıq.

Hədislərin birində oxuyuruq: "Mömin ömrünün dəqiqərlərindən istifadə edər, ancaq kafir boş buraxar”.

Başqa yerdə oxuyuruq: "Qocalmadan cavanlığının qayğısına qal, xəstələnmədən sağlamlığının qayğısına qal”.

Bir dəstə insan İmam Sadiqin (ə) yanına gəlir və onunla salamlaşırlar. İmam (ə) onlardan birinin peşəsini soruşur və da işsiz olduğunu söyləyir. İmam (ə) ondan üzünü çevirir və buyurur ki, mən bekar bir insana nəzər salmıram.

Ömründən faydalanan insanlar.

İmam Əli (ə) ayaqqabısını özü yamayardı və "Sübhənallah” deyərdi. Ondan soruşurlar ki, nə edirsən? Buyurdu: "Öz əlimlə yamayıram və dilimin də haram olması heyfdir”.

Meysəm Təmmar xurma satan idi, İmam Əlidən (ə) hədis nəql edərdi. Bəni-Uməyyənin əmri ilə əl və ayağını kəsirlər. Ancaq o elə bu halda insanlara deyirdi ki, mən cəmi bir neçə saat sağ qalacağam. Ona görə də kağız, qələm gətirin. Sizə bir neçə hədis deyim. Budur fürsətdən həqiqi istifadə.

İbn Ziyad Kufənin ordu başçısı Rəşid Hicrini istəyir. Ondan soruşur ki, sən Əhli-beyt (ə) davamçısısan? O, da cavab verir ki, mən xalis İmam Əli (ə) davamçısıyam. Bəni-Uməyyəyə ölüm olsun! Deyir: Əlidən mənə danış! Deyir: Əli (ə) mənə deyib ki, əlini, ayağını və dilini kəsəcəklər. İbni Ziyad deyir: "İndi mən göstərəcəyəm ki, Əli yalan demişdir”. Əlini və ayağını kəssinlər, ancaq dilini saxlasınlar. Onun əl-ayağını kəsən zaman o qədər hədis deyir ki, İbn Ziyad məcbur olur ki, dilini də kəssin.

Əbuzər Məkkədə şeytana daş atılan yerdə insanlara moizə deyərdi. İnsanlar ətrafında toplaşmışdı. Ona sual verir və o, da cavab verirdi. Bir kişi ona deyir: "Məgər hökumət deməyib ki, sizin minbərə çıxmağınız qadağandır? Hansı haqla moizə edirsiniz?”. Əbu Zər deyir: "Sən casussan. Əgər qılıncı mənim burama qoysan da mən ömrünün qalan dəqiqələrindən istifadə edərəm”.

İmam Səccad (ə) yol gedirdi və bir qoyunun kəsildiyini görür. Soruşur ki, ona su vermisiniz? Qəssab cavab verir ki, bəli. İmam buyurur: "Ancaq İmam Hüseynin (ə) Kərbəlada başını kəsdilər, ona su vermədilər”. Hər yerdə insanları Bəni-Uməyyənin cinayətlərindən agah edərdi.

Ona görə də ey Adəm övladı! Hələ ki, fürsətin var və hələ ki, bu dünyadasan, vaxtın dəyərini bil və onu boş şeylərə deyil, sənin dünyan və axirətin üçün faydalı olan işlərə sərf et!



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 614 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]