Cümə günü, 2024-04-19, 6:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

MƏSCID ƏHLI OLMAĞIN FƏZILƏTI
2013-05-28, 4:24 AM
MƏSCID ƏHLI OLMAĞIN FƏZILƏTI
Həzrət Məhəmməd (s) buyurmuşdur:
  Allah-Təala söhbəti Quran ayələri və evi məscid olan hər kəsə Behiştdə bir ev inşa edər.
 (Merac gecəsi müşahidə etdiyi Behiştin bəzi qapılarına həkk olunmuş yazıları bəyan edərkən): Kim Behiştdəki yerini görmək istəyirsə, məscidlərdə məskunlaşsın. (orada ibadətə məşğul olsun)
  Bu dünyada (Allaha) qonaq olun ki, məscidlər eviniz olsun.
  «Allah-Təala (insanların) yeddi dəstəsini Tanrının (mərhəmət) sayəsindən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günü) Öz (rəhmət) sayəsinin altına alar: ... məsciddən çıxarkən‚ oraya bir də qayıtmaq üçün darıxan şəxs.»
 Məscidin divarına söykənmək ərəbin zahidliyi deməkdir. Həqiqətən də, möminin oturduğu yer məscid‚ istirahət yeri isə evidir.
  Şeytan adəm övladının canavarıdır. (Agah olun!) Sürüdən ayrılan qoyun qurda yem olar. Beləliklə‚ təfriqədən çəkinin‚ (həmişə) birliyə‚ həmrəyliyə və məscidə doğru üz tutun.
 Bir-birinizə salam verin ki, Allah-Təala sizi məscidlərdə görsun.
  Məscid hər təqvalı insanın evidir. Allah-Təala məscidi öz evi secən şəxsin (Qiyamət günü) rahat-asudə olmasına‚ Tanrının mərhəməti (sayəsində) qərar tutmasına və Sirat körpüsündən (əmin-amanlıq içində) keçməsinə zəmanət verir.
  Hər bir müsəlman məscidi ibadət etmək və Allahı xatırlamaq məqsədilə öz evi seçərsə‚ uzun müddət uzaq səfərdə olan (əziz) yaxınını görən ailə üzvləri kimi‚ Allah-Təala (da onun gəlişinə) sevinər.
 Hər kəs məscidlə ünsiyyət yaratsa‚ Allah-Təala da onunla ünsiyyət yaradar.
  Hər bir məscidin mələklərlə həmdəm olan «mismarlar»ı vardır. Onlar məscidə gəlmədikdə‚ mələklər onları axtarar. Əgər xəstələnsələr‚ onları yoxlamağa gedər, ehtiyacları olduqda isə onlara kömək edərlər.
  İmam Əli (ə): «(Merac haqqında olan hədisdə buyurulur): Allah-Təala buyurur: «Ey Əhməd! Hər kim sədaqətlə və tam səmimiyyətlə «Mən Allahı sevirəm!»-deyərsə‚ bil ki‚ məscidi öz evi seçər.»
  Əmirəl-möminin (ə): «Axirət aləmini düşünüb‚ dünyadan üz çevirən insanlar‚ necə də xoşbəxtdirlər! Onlar məscidləri xalça‚ onun torpağını yataq‚ suyunu təmizlik vasitəsi‚ Quran və duanı da özünə geyim vəsiləsi seçib, İsa ibn Məryəm (ə) kimi yaşayırlar.»
  İmam Zeynül-abidin (ə): «Musa ibn İmran (ə) dedi: «İlahi! Sənin (mərhəmət) sayəndən başqa heç bir sığınacağın olmadığı gündə (Qiyamət günündə) Öz (rəhmət) sayən altına alacağın kəslər kimdir?» Allah-Təala ona belə vəhy etdi: «Qəlbləri pak və təvazökar şəxslər... Onlar, qartalların yuvalarına sığındığı kimi, məscidlərə sığınarlar.»
  İmam Sadiq (ə): «Mürüvvət iki növdür: Evdə və səfərdə alicənab olmaq. Evdə comərd olmaq Qurani-kərimi oxumaqla və məscidlərə getməklə qazanılar.»
 İmam Kazım (ə): «Həzrət İsa Məsih (ə) həvarilərinə buyurdu: «Allahın məbədlərini bədənlərinizin və alınlarınızın zindanı qərar verin.»
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 585 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]