Cümə günü, 2024-04-26, 1:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Əməllərimizi nələr zay edir?
2013-02-06, 10:16 AM
Əməllərimizi nələr zay edir?
(Tebyan saytına istinadən)

 Batil əməl o əməldir ki, savabı aradan getmişdir. Batil əməl - yəni insanın əməli fasid olmuşdur, məhv olmuşdur deməkdir.

Yaxşı əməllərimizi bəzən başqa bir pis əməllə batil etmiş oluruq. Quran və hədislərdə oxuyuruq ki, bəzi bəyənilməyən əməllər vardır ki, bizim yaxşı əməllərimizi aradan aparır və məhv edir. Onlardan bir neçəsinə işarə edək:



Quranın nəzərinə görə əməli batil edən amillər:



1. Küfr və şirk.

"Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır”. ("Maidə” 5).

"Müşriklərə öz küfrlərinə şahid olduqları halda (küfrlə şirk tovhidlə bağlı əməllərə zidd olduğu üçün) Allahın məscidlərini abadlaşdırmaq (tikməkdən tutmuş digər bəzək işlərinə kimi) yaraşmaz, haqları yoxdur, şəriət və ağıl baxımından da düzgün deyildir. Onların bütün (xeyir) əməlləri hədərə gedib puç olmuşdur və onlar odda əbədi qalacaqlar”. ("Tövbə” 17).

Bu iki ayə açıq şəkildə əməllərin batil olmasının səbəbinin küfr və şirk olduğunu bəyan edir.



2. Nifaq.

"İman gətirənlər (münafiqlərin nifaqı üzə çıxan zaman bir-birlərinə) deyərlər: «Sizinlə birlikdə olmalarına dair Allaha möhkəm and içənlər bunlar idilər?!» (Doğrudan da) onların (münafiqlərin) əməlləri batil və puç oldu və onlar ziyana uğradılar”. ("Maidə” 53).

3. Allahın ayələrini və Qiyaməti inkar etmək.

"Bizim ayə və nişanələrimizi, eləcə də axirət görüşünü yalan sayan kəslərin (xeyir) əməlləri puç və batil olacaqdır. Məgər onlar etdikləri əməllərdən başqa bir şeyləmi cəzalandırılacaqlar?!” ("Əraf” 147).



Hədislərdə əməli batil edən amillər:



1. Səbəb olmadan namazı tərk etmək.

Ubeyd ibni Zərarə nəql edir: "İmam Sadiqdən (ə) "Maidə” 5 ayəsinin təfsirini soruşdum. Buyurdu: "Burada məqsəd o kəsdir ki, etiraf etdiyi əməli tərk edər”. Soruşdum: "Bu əməli tərk etməyin səviyyəsi nə qədərdir? Onlaırn hamısını tərk edər?” Buyurdu: "Yəni, o kəs ki, bilərəkdən səbəbi olmadan namazı tərk edər”.



2. Üsuliddinə şəkk və şübhə ilə əməl etmək.

Məfzəl deyir ki, İmam Sadiqdən (ə) eşitmişəm ki, buyurur: "O kəs ki, güman edər və ya şübhədə olar, ancaq həmin əməli görərsə, Allah əməlini məhv edər. Allahın hüccəti aydın hüccətdir”.

Məclisi bu hədisin şərhində buyurub: "O kəsin ki, yəqinə çatmaq imkanı vardır, üsuliddində şəkk etməsi caiz deyildir. Çünki İlahi hücccətin niyyəti aydındır. Ona görə də hər kəs üsuliddinin dəlillərini ardınca olmalıdır. Bu zaman yəqinə çatar və şəkk və şübhə üçün yer qalmaz”.



3. O qadın ki, ərinə deyər ki, mən səndən heç bir xeyir görməmişəm.

Çox vaxt qadının ailədəki vəzifəsi evləri səliqəyə salmaq, yemək bişirmək və uşaq saxlamaqdır. Ancaq əslində bunlar elə əməllərdir ki, qadına vacib deyildir. Əlbəttə Allah bu işlər qarşısında ona böyük mükafat verəcəkdir. Ancaq onun gördüyü bütün bu işlər ərini incitmək və ona minnətlə bir yerdə olarsa, gördüyü bütün işləri batil olar. İmam Sadiq (ə) buyurur: "O qadın ki, ərinə deyər ki, mən səndən heç bir xeyr görməmişəm, əməlinin savabı aradan gedər”.



4. İmam Əli (ə) vilayətinə kafir olmaq.

Əbi Həmzə deyir: "İmam Baqirdən (ə) "Ali-İmran” 90 ayəsi haqqında soruşdum. Həzrət (ə) buyurdu: "Bu ayənin batini Əmirəl-möminin (ə) vilayətinə kafir olmaqdır. Çünki iman sözünün bu ayədəki mənası Həzrət Əlidir(ə)”.

Ona görə də deyə bilərik ki, yaxşı əməllər pis əməllərin vasitəsilə məhv olar və aradan gedər. Eyni zamanda pis əməllər və günahlar da yaxşı əməl görən zaman da aradan gedər. Yaxşılıqlara çevrilər. Bu haqda gələn bir neçə misala nəzər salaq:



1. Vacib namazları yerinə yetirmək.

"Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır (günahın çirkinliyini nəfsdən, onun fəsadlarını aləmdən, onun ləkəsini əməl dəftərindən və əzaba düçar olmağı günah etmiş şəxsdən uzaqlaşdırır). Bu, yada salıb xatırlayanlar üçün bir öyüddür”. ("Hud” 114).



2. Kəbirə günahlardan çəkinmək.

"Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinsəniz, Biz sizin kiçik günahlarınızı silər və sizi şərəfli bir yerə daxil edərik”. ("Nisa” 31).

"Həmin o kəslərə ki, kiçik və təsadüfi günahlar istisna olmaqla, həmişə (dünyada şəri cəza, axirət üçün isə od vəd edilmiş) böyük günahlardan və (İslamda cəza təyin edilmiş) çirkin əməllərdən çəkinirlər. Sənin Rəbbinin əfvi doğrudan da genişdir. O sizi həm torpaqdan yaradanda, həm də analarınızın bətnində rüşeym halında olanda çox yaxşı tanıyır. Odur ki, özünüzü tərifləməyin. O, təqvalı olanı daha yaxşı tanıyır”. ("Nəcm” 32).



Beləliklə, bu deyilənlərdən belə nəticə çıxartmaq olar ki, insan daima yaxşı əməllərə tərəf meyl etməlidir. Çünki pis əməllərimiz bizə nə bu dünyada və nə də axirətdə xeyir gətirməyəcəkdir.

Həzrət Peyğəmbərdən (s) gələn hədislərin birində oxuyuruq ki, Həzrət (s) təsbihati-ərbəə haqqında buyurur: "Allah möminə buyurur ki, hər bir zikrə görə behiştdə onun üçün ağac əkər”. Bir nəfər deyir: "Onda bizim behiştdə nə qədər ağacımız vardır!”. Həzrət (s) buyurur: "Bəli! Ancaq ehtiyatlı olun ki, atəş göndərib onları yandırmayasınız”. Sonra isə bu ayəni tilavət etdi: "Ey iman gətirənlər! Allaha və Rəsuluna itaət edin. Əməlinizi batil etməyin”.

Allah Təala bizləri əməlisalehlərdən qərar versin!



Hazırladı: Məşhədi Xanım,

/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 720 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]