Şənbə günü, 2024-04-20, 9:02 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Məhsulu məhv olan əkinçi kimi olmayaq
2013-02-14, 7:21 AM
Məhsulu məhv olan əkinçi kimi olmayaq
 Təsəvvür edək ki, bir əkinçi toxumu əkməmişdən qabaq onun ən alisini və keyfiyyətlisini seçir. Məhsuldar torpaqlara onu səpir. Gecə və gündüz onu becərməyə çalışır. Bu toxumlar cücərər və böyüyərlər. Sonra isə gözəl buğdaya çevrilərlər. Məhsul yığıma hazır olar. Yığım günü əkinçi görür ki, sünbüllərinə xəstəlik düşüb və hamısı məhv olubdur.

Bu məsələ bizim rəftar və əməllərimizdə də baş verir. Yəni biz insanlar bəzən yaxşı əməllərimizi məhv edə bilirik, onları yandıra bilirik.

Hər bir aqil insan istəmir ki, öz maddi və mənəvi sərmayəsini əldən versin. Ona görə də çalışar ki, yaxşı əməlləri məhv olmasın. Halbuki, bizlərdən bir çoxlarımız bilərəkdən bu gözəl əməllərimizə od vururuq.

"Hər kim bir zərrə ağırlığında yaxşı iş görmüşsə, onu(n qarşılığını, yaxud eyni ilə təcəssümünü) görəcəkdir. Və hər kim bir zərrə ağırlığında pis iş görmüşsə, onu görəcəkdir”. ("Zəlzələ” 7-8).

Bəli, insan gördüyü bütün yaxşı və pis işlərin nəticəsini axirətdə görəcək və onlara görə ya mükafatlandırılacaqdır, ya da cəzalandırılacaq. Quran biz müsəlmanlara xəbərdarlıq edir ki, ömrümüzün axırına qədər bu yaxşı əməllərimizi qorumağa çalışaq. Yəni pak və faydalı əməl o əməldir ki, əvvəldən eybsiz və nöqsansız olmuşdur və onu ömrünün sonuna qədər insan olduğu kimi qorusun. Yəni yaxşı əməllərini yandıra biləcək günahlardan uzaq olmalıdır. Bu məsələ də Allaha xalis itaətlə baş verir. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, əməli qorumaq onu etməkdən daha çətindir.

Allah Təala buyurur: "Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır”. ("Maidə” 5).

Ona görə deyə bilərik ki, həqiqi mömin yaxşı əməl görməklə yanaşı, onun məhv olmasına da imkan verməməlidir. Bəli, yaxşı əməlləri məhv edən amillər çoxdur. Hər kim günah işlətməkdə davam edərsə, Allaha küfr edərsə, Məsumları (ə) qəbul etməzsə, onların dediklərinə itaət etməzsə, vacibatlarını axsadarsa, maddi vacibatlarını yerinə yetirməzsə, haram ruzi qazanarsa, insanların haqqını tapdalayarsa və bir çox kəbirə günahlar işlədərsə - elədiyi yaxşı əməllərini bir göz qırpımında yandırıb külə döndərər. Hədislərdə oxuyuruq ki, insan bir yaxşı iş görən zaman Allah behiştdə onun üçün ev tikər, bağ salar. Ancaq bir günahı ilə bütün bunları yandırıb külə döndərər.

Axı biz işlətdiyimiz hər bir günahla həm Allahı narazı edirik, həm də İmam Zamanın (ə.f) zühurunu təxirə salmış oluruq. İmam (ə.f) hər birimizin yaxşı işlərinə sevinər, pis işlərimizə isə kədərlənər. Elə bir iş görməyək ki, Allahı, İmamımızı (ə.f) kədərləndirmiş olaq. Ailəmizə sahib çıxaq, valideynlərimizə yaxşılıq edək, əmanəti sahibinə olduğu kimi qaytaraq, çəkidə insanları aldatmayaq, yalan danışaraq insanlara nifaqa və təfriqəyə tərəf sürükləməyək, şeytanın tələsindən uzaq olmağa çalışaq. Yəni bir sözlə təqvalı olaq və həqiqi mömin kimi yaşamağa çalışaq. Bu dünyadan gedən zaman isə yaxşı əməllərimizin olduğu kimi qalmasına şahid olaq və sevinək. Axı hər əkinçi kimi insan da axirətdə çəkdiyi zəhmətin bəhrəsini görmək istəyir. Məgər belə deyil?



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 711 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]