Cümə günü, 2024-04-19, 10:49 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Kiçik işlərlə Allaha tərəf böyük addımlar atmaq olar
2013-03-27, 6:01 AM
Kiçik işlərlə Allaha tərəf böyük addımlar atmaq olar

İnsan kiçik günahlarına qarşı laqeyd olmamalıdır, eyni zamanda xeyir əməllərinə də o cür. İnsan rahatlıqla xeyir iş görüb, yanından laqeydcəsinə keçib gedə bilər.

Hədilsərdə oxuyuruq ki, ən böyük günah - günahı kiçik hesab etməkdir. Ona görə də Allah müsəlmanlara həm kiçik və həm də böyük günahlardan çəkinməyi tövsiyə edir.

İmam Sadiq (ə) buyurur: "Peyğəmbər (s) ot-ələfsiz bir yerə gəlib çıxır. Səhabələrinə buyurur: "Bir az odun gətirin”. Dedilər: "Ya Rəsulallah! Bitkisiz bir yerə gəlmişik, burada odun yoxdur”. Həzrət (s) buyurur: "Hər kim nə tapsa, gətirsin”. Onlar yavaş-yavaş odun gətirdilər. Həzrətin (s) qarşısında yığdılar. Peyğəmbər (s) buyurdu: "Günahlar da bu cür cəm olur””.

Mərhum Seyyid Rza çox yaşamışdır. O, Ayətullah Birucerdinin nəzərinə görə həm alim, həm abid idi. İslam dinində inqilab etmişdi. Onun adına məscid vardır ki, həm məsciddir və həm də mədrəsədir. O, həmişə deyərdi ki, Allah mənə bu qədər neməti bir itə etdiyim yaxşılığa görə vermişdir.

O, nəql edir: Bir-iki gün idi ki, maddi vəziyyətim yaxşı deyildi. Bir qədər borc götürüb ərzaq almağa getdim. Qayıdanda gördüm ki, bir neçə it balası bir ana iti əmirlər. Bu itin də südü yoxdur, bu zaman qəlbim sızıldadı. Fədakarlıq edib, yeməyimi onun qabağına qoydum. Sonra qabı paklayıb, sahibinə qaytardım. O gündən hiss etdim ki, mənə xüsusi bir nuranilik gəldi. 6 ay sonra isə mənə dedilər ki, filankəs ölmüşdür və vəsiyyət etmişdir ki, sərvətinin üçdə biri sənə aiddir. Bu mal çox idi”.

Bu insan - mərcəyi-təqlid idi və həm də yüksək elmi biliyə malik idi. Bu qədər işin içində "Cəvahir fiqh dövrünü” yazır.

Ona görədir ki, İmam Sadiq (ə) buyurur: "Günahı kiçik hesab etmə, savabı da kiçik hesab etmə”.

Bir itin qəlbini sevindirməyin bu qədər bərəkəti varsa, bir möminin qəlbini sevindirməyin gör nə qədər bərəkəti vardır?

"Möminlər yalnız o kəslərdir ki, Allah zikr olunduqda qəlbləri qorxar, Onun ayələri onlara oxunan zaman imanlarını artırar və daim öz Rəbblərinə təvəkkül edərlər”. ("Ənfal” 2).

İmam Sadiq (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir: "Allah bizi mal toplamaq üçün məbus etməmişdir. Bəlkə onu infaq etmək üçün məbus etmişdir”.

İmam Səccad (ə) buyurur: "İnfaq etmək - möminin əxlaqındandır, yəni hərçənd yoxsuldur, ancaq infaqı əldən vermir. O qədər az imkanı və yoxsulluğu ilə infaq edir”.

Hədislərin birində oxuyuruq ki, İmam Əli (ə) buyurur: "O kəs ki, qısa əllə bağışlayar, uzun əllə mükafat alar”. Yəni insan öz malından nə qədərini ki, infaq edir, az olsa belə, Allah əvəzində ona daha çox savab verir. Çünki Allahın neməti insanın nemətindən daha çoxdur. Allahın neməti bütün nemətlərin əsasını təşkil edir. Ona görə də bütün nemətlər Allaha tərəf qayıdır.

Bu dünyada Allaha çatmağın çox yolları vardır. Kifayətdir ki, gözümüzü bir qədər açaq və bəzi işlərimizi kiçik hesab etməyək. Çünki bu kiçik işlərlə Allaha tərəf böyük addımlar atmaq olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 481 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]