Cümə axşamı, 2024-03-28, 9:54 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Kəfən oğrusu alimin Quran təfsiri yazmasına vasitə olur
2013-03-15, 10:52 AM
Kəfən oğrusu alimin Quran təfsiri yazmasına vasitə olur

(İslami saytlara istinadən)

 Fəzl ibni Həsən Təbərsi "Məcməul-bəyan” təfsirinin müəllifidir. Onu İmam Rza (ə) hərəminin yanında dəfn edirlər. İmamın (ə) hərəminin ətrafını düzəldən zaman onun qəbri dağılır. Şahidlərin dediyinə görə 8 əsr bundan əvvəl vəfat etməsinə baxmayaraq, alimin cənazəsi təzə qalmışdı.

Alimin bu təfsiri yazması haqqında qəribə əhvalat nəql edilir. Alim ürək tutmasından özündən gedir, hamı elə bilir ki, dünyasını dəyişmişdir. Ona görə də ona qüsl verib, dəfn edirlər. Hamı gedəndən sonra alim özünə gəlir və özünü qəbirdə görür.

Allaha dua edir və nəzir edir ki, əgər bu qəbirdən nicat tapsa, Quranın təfsirini yazacaqdır.

Xoşbəxtlikdən alimi basdırandan sonra qəbir oğrusu onun kəfənini oğurlmaq istəyir. Oğru qəbri dağıdaraq, kəfəni açır və bu zaman Əllamə onun əlini tutur. Oğru çox qorxur. Alim onunla danışmağa başlayır. Oğru daha çox qorxur. Əllamə macəranı ona danışır və deyir: "Qorxma!”

Oğru alimi belinə alıb, evinə aparır. Alim ona çox miqdarda pul verir və kəfəni ona bağışlayır. Oğru tövbə edib, doğru yola gəlir.

Əllamə öz nəzirini yerinə yetirir və "Məcməul-bəyanı” on cilddə ərəb dilində yazır.



(Həvzəh/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 738 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]