Şənbə günü, 2019-08-24, 11:21 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanlarla yaxşı münasibət qurmaq üçün 4 dəyərli məsləhət
2013-03-17, 8:04 AM
İnsanlarla yaxşı münasibət qurmaq üçün 4 dəyərli məsləhət

O kəsin ki, ünsiyyətə hövsələsi yoxdursa, ictimai və əxlaqi ruhiyyədən bəhrəsiz qalar. Nəticədə baqşalarına etdiyi ehsanın miqdarı az olar və bu izzət və kəramətindən kəsilmiş olar.
Ünsiyyətin optimal olması üçün tövsiyələrə nəzər salaq.
 
1.Səbirli olmaq.
İmam Əli (ə) buyurur: "O kəs ki, qardaşına səbir etməz, heç bir zaman seyyidliyə və ağalığa çatmaz”.
Dostluq aləmində səbirli olmaq məhbub olmağın rəmzidir. Əgər başqaları kobudluq edir və əgər sizin üçün çətinlik yaradarsa, əsəbi olarsa, küsərsə, hövsələsizlik göstərərsə, bütün bunlara mülayimliklə cavab verərsinizsə, ruhi əzəmət nümayiş etdirmiş olarsınız. Bu əməl sizə izzət və məhbub olmaq hissini əta edər.
Qardaşlıq elə bir böyük nemətdir ki, davamlı olması üçün səbirə və hövsələyə ehtiyacı vardır. Bu cür insanların cazibəsi daha çox olar.
 
2. Məhbubiyyətin yolu.
İmam Əli (ə) buyurur: "Kişinin bağışlanması onu rəqiblərinin və müxaliflərinin yanında məhbub edər. Paxıllığı onu övladlarının yanında mənfur edər”.
Bəzən yaxınlar insandan uzaqlaşar, qohumlar biganə olar. Onun amilini rəftarlarından axtarmaq lazımdır. Baxmaq lazımdır ki, onları məhbub edən nədir, mənfur edən nədir?
Dostlar və qohumlar bəxşiş şahidi olmazlarsa, yavaş-yavaş insandan uzaqlaşar, rabitələri azaldar. Əgər xeyir görsələr, cəzb olunarlar. Bu, heç də bəyənilən bir sifət deyildir. Ancaq hər halda bəşər elə xəlq edilmişdir ki, bəxşiş edənlərə tərəf cəzb olunarlar.
 
3. Deyilməyənlər.
İmam Əli (ə) buyurur: "İnsanlar sənə hər nə desələr, insanlara demə və qaytarma. Həmin nadanlıq kifayətdir”. Aqil insanın nişanələrindəndir ki, demədikləri dediklərindən çox olsun. Yazmadıqları yazdıqlarından çox olsun. Eşitdiklərimiz və oxuduqlarımız çoxdur. Ancaq aqilcəsinə deyildir ki, eşitdiklərimizi və oxuduqlarımızı yüksək səslə təkrar edək. Ölçək, biçək, yalan və düz olduğuna baxaq və dəyərləndirək.
O zaman ki, şayiə bazarı qaynar olar, bəziləri yalan çörək yeyər, töhmət vurarlar. Qulağımıza dedikləri bəzən yalan çıxar.
Belə olan yerdə insan ağlını işə salmalıdır, eşitdiklərini araşdırmalı və yanlışları kənara atmalıdır.
 
4. Xoş ətirlilərlə oturub-durmaq.
İmam Əli (ə) buyurur: "Yaxşı insanlarla oturub-durmaq yaxşılıq gətirər. Külək kimi xoş iydən ötən zaman özü ilə xoş iy gətirər”.
İnsan ətrafında olanların iy və rəngini özünə götürər. Saleh insanlarla oturub-durmaq onu da bu sifətlərə yiyələndirər. Ancaq pis dostlarla oturub-durmaq əksinə rəftar və düşüncələrinə təsir qoyar. Külək kimi insana ancaq pis xasiyyətlər aşılayar.
Beləliklə deyə bilərik ki, səbirli və hövsələli olmaq, bəxşiş etməyi bacarmaq, çox şeyi dilə gətirməmək, yaxşı insanlarla oturub-durmaq insanı başqalarının yanında məhbub və sevimli edər.
 
(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 461 | Downloads: 0 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]