Cümə axşamı, 2019-08-22, 2:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanın Quran qarşısında 4 vəzifəsi
2013-04-11, 5:37 AM
İnsanın Quran qarşısında 4 vəzifəsi

 Həzrət Peyğəmbərdən (s) gələn hədisdə oxuyuruq: "Allah yanında heç bir əməl Allahı zikr etməkdən daha sevimli deyildir, həmçinin bəndələr üçün dünya və axirətdə günahlarına nicat verəcək əməl - Allahı zikr etməkdir”. Bir nəfər soruşur: "Hətta Allah yolunda cihad belə?”. Peyğəmbər (s) buyurur: "Əgər Allahın zikrinə görə olmasaydı, cihada əmr verilməzdi”.


İmam Əli (ə) buyurur: "Allahın pəhrizkarlar üçün vəd etdiyi şeylərə əlaqə göstərin ki, Onun vədəsi ən sadiq vədədir”.

"Peyğəmbərlərin (ə) yoluna iqtida edin ki, ən yaxşı yoldur. Onun sünnətinə və göstərişinə əməl et ki, hidayət edən sünnədir”.

Şübhəsiz Allahın möminlərə verdiyi bu vədəsi - ən sadiq vədədir. Sünnətin mənası - göstəriş, əmr mənasındadır. İslam Peyğəmbəri (s) sonuncu peyğəmbərdir, təbiidir ki, onun gətirdiyi sünnət və adət - ən üstün sünnət və adətdir.

İmam Əli (ə) buyurur: "Quranı öyrənin ki, ən yaxşı kəlamdır! Onun haqqında düşünün ki, qəlbin baharıdır! Onun nurundan şəfa və dərman istəyin ki, qəlblərin şəfasıdır! Onu ən yaxşı şəkildə tilavət edin ki, ən faydalı sözlərdir!”.

İmam (ə) bu nurani kəlamında bizlərə dörd tövsiyə verir. İlk növbədə Quranı öyrənməyimizi tövsiyə edir. Onu "əhsənul-hədis” adlandırır.

Sonrakı mərhələdə onun mənası haqqında düşünməyə dəvət edir. Çünki qəlblərin baharıdır. Necə ki, bahar fəslində hər tərəfdə güllər açar və qönçələr olar, Quranın bərəkəti sayəsində də əxlaq fəzilətinin gülləri və İlahi maarifin qönçələri qəlb evini abadlaşdırar. O kəs ki, bu İlahi kitabdan bəhrələnməz, qurumuş ağac kimi olar.

Üçüncü mərhələdə isə əməl etməyi əmr edir. İlahi ayələrdən şəfa tapmağımızı əmr edir. Xəstələrin bir çoxu günəş nuru ilə şəfa tapdığı kimi Quran da xəstə qəlblərə və ruhlara şəfa verər.

Dördüncü mərhələdə əmr edir ki, Quranı ən yaxşı şəkildə tilavət edək ki, müştaqların qəlbi ona tərəf cəzb olunsun. Ondan uzaq düşənlər yaxına gəlsin.

İmam (ə) bu nurani kəlamında biz insanlara Quran qarşısında olan dörd vəzifəmizi müəyyən edir. Quran insanların arasında olan ən gözəl kəlam kitabıdır. Həm fəsahət, həm bəlağət baxımından əvəzsizdir. "Allah sözün ən gözəlini – ayələri biri digərinə bağlı və bir-birini açıqlayan, təfsir edən, (ayələrinin hamısı kəlmələrin fəsahəti, bəyanının möhkəmliyi və mənasının dərinliyi baxımından) bir-birinə bənzəyən kitab (şəklində) nazil etmişdir. Rəbblərindən qorxan kəslərin (bədənlərinin) dəriləri ondan (onu eşidəndə) titrəyər. Sonra onların dəriləri və ürəkləri yumşalar və onlar rahatlıq və Allaha inam taparlar. Bu (vəziyyət), Allahın hidayətidir ki, istədiyi kəsi onun vasitəsi ilə doğru yola istiqamətləndirir. Allah kimi azğınlıqda boşlasa (müvəffəqiyyəti ondan alsa), onun heç vaxt bir yol göstərəni olmayacaqdır”. ("Zumər” 23).

İmam (ə) buyurur: "Yəqinliklə, o alim ki, elminin əksinə əməl edir, sərgərdan cahil kimidir ki, heç bir zaman öz cəhalətindən özünə gəlməz! Bəlkə onun üçün hüccət ən əzim, həsrəti davamlı, Allah dərgahında məzəmmət edilməsi layiqlidir!”.

İmamın (ə) bu dəyərli sözlərindən görünür ki, öz elminə əməl etməyən bir alim cahildən də aşağı səviyyədədir. Onu, öz cəhalətindən heç bir zaman xəbər tutmayan bir cahilə bənzədir. Onun hidayət olması üçün ümid yoxdur. Çünki agah şəkildə yanlış yola qədəm basmışdır. Allah hidayət tofiqini ondan almışdır.

İmam (ə) bu alimin bədbəxtliyini üç cümlədə daha aydın şəkildə bizə çatdırır: "Hüccət ondan əzimdir”. Belə ki, hesab zamanı cahil öz cəhalətini üzürlü səbəb kimi göstərə bilər. Bəs bu alimin nə üzrü olacaqdır?

"Həsrəti davamlıdır”. Çünki o, səadət yolunu tanıyaraq bu qafilədən geridə qalır. Həyat səhrasında sərgərdan olur.

"O, Allah dərgahında cahildən daha çox məzəmmətə layiqdir”. Çünki İlahi hüccət ona tamamlanmış və ağlı hər bir sahəni dərk etmişdir. Bu cür insan məzəmmət edilməyə daha çox layiqldir.

İmam Sadiq (ə) buyurur: "Cahilin 70 günahı bağışlanar, halbuki alimin bir günahı bağışlanmaz”.



(Tebyan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 503 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]