Çərşənbə axşamı, 2024-04-23, 5:10 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanda təkəbbür yaradan 6 amil
2013-06-26, 4:34 AM
İnsanda təkəbbür yaradan 6 amil
 İnsanda təkəbbürün yaranması üçün bir neçə amil şərait yaradar ki, onları tanımağa çalışaq.
 
1. Həqarət hissi.
Təkəbbürün yaranmasına səbəb olan amillərdən biri də həqarət hissidir. Bir insanın maddi və mənəvi çatışmamazlıq hiss etməsidir. Bu insan təkəbbür edərək, həmin hissi təmin etmək istəyir. Bu həqarət ailədən də qaynaqlana bilər, məktəb və cəmiyyətdən də, habelə, bir insanın çirkin qiyafəli və ya az istedadlı olmağından da qaynaqlana bilər.
İmam Sadiq (ə) buyurur: "Heç bir insan təkəbbür etməz, məgər nəfsində gördüyü zillətə və həqarətə görə”.
İmam Əli (ə) buyurur: "Təkəbbür - alçaqlığı və həqarəti aşkar edər”.
 
Bəzən uşaq yoxsul ailədə böyüdüyü üçün ətrafdakılar onu xor görür və alçaldırlar. Belə bir uşaq nəfsində həqarət hiss edir. Ona görə də ruhunda hiss etdiyi bu alçaqlığı təkəbbür göstərərək aradan qaldırmağa çalışır.
 
2. Xaliqi və varlıq aləmini tanımamaq.
Əgər insan başa düşsə ki, bu varlıq aləmi ilə müqayisədə nə qədər kiçik və həqirdir, heç bir zaman təkəbbür etməz. "Və yer üzündə təkəbbür və məğrurluqla yol getmə. Çünki sən (nə qədər qüvvətli olsan da) heç vaxt (öz addımlarınla) yeri yara bilməz və heç vaxt ucalıqda dağlara çata bilməzsən”. ("İsra” 37).
Əgər ayağını yerə çırpsan, onu parçalamaq istəsən, bil ki, bir qarışqaya bənzəyərsən. Ya da sanki ağcanadsan, bir ağaca qonan zaman onun nə qədər böyük olduğunu görərsən. Ya da nə qədər çalışsan da boyun dağlara çatmaz. Yer kürəsinin özü isə bu qədər əzəmətinə baxmayaraq, Günəşlə müqayisədə çox kiçikdir.
İnsan İmam Əlinin (ə) buyurduğu kimi, ilk əvvəl iylənmiş bir su olmuşdur. Sonda isə iylənmiş murdar olar. Bu iki iylənmiş cismin qarşısında təkəbbür etməyimiz yersiz deyildirmi?
 
3. Maddi nemətlərdən aldanmaq.
Bəzən insan elmi texnologiyaya malik olduğu üçün, ya sərvətə, ya vəzifəyə, ya zahiri gözəlliyə görə, ya xoş səsə malik olduğu üçün özü ilə qürurlanırlar. Nəticədə isə başqalarına təhqiramiz gözlə baxar.
 
4. Zadəganlarla, vəzifə sahibləri ilə qohum olmaq.
Bəzi insanların təkəbbür əhli olmasına səbəb - zadəgan nəslindən olmasıdır. Bunun iki halı vardır:
- Ya bu insanlar həqiqətən, böyük alimlərin, ariflərin və ya seyyidlərin nəslindəndirlər.
- Ya da zəngin insanlardandır. Ancaq bu dünya elə bir yerdir ki, burada ata sərvəti ilə lovğalanmağa dəyməz. "Dedi: "Mən ondan daha yaxşıyam. Çünki məni oddan, onu isə gildən yaratmısan (od gildən daha yaxşıdır. Buna görə də daha yaxşıdan yaradılan daha yaxşı olacaqdır)””. ("Sad” 76).
 
5. Zalımın özünü başqalarından üstün bilməsi.
Təkəbbürə səbəb olan amillərdən biri də özünü başqalarından üstün bilməkdir. Bu cür insanlardan biri də zalımlardır. Onlar özlərini başqalarından üstün bilir və çirkin fikirlərini zəif insanların zehninə yeridərlər. Öz nəsəbinə görə özünü başqalarından üstün bilər. Öz sərvətinə görə özünü başqalarından üstün bilib, təkəbbür edərlər.
 
6. Cahil və riyakarcasına ibadət.
Təkəbbürə bəzən ibadətlər də səbəb olur. O ibadət ki, Allah rizası üçün olmaz, insan öz işlərinin xeyrinə olaraq, öz namazlarına görə qürurlanar. Ya da başqalarının diqqətini cəlb etmək üçün riyakarlıq edər, özünü nümayiş etdirər.
Öz-özünə deyər ki, mən ki, bu qədər dua və təvəssül edirəm, başqalarından daha üstünəm və mən Allaha daha yaxınam.
Şeytan da 6 min il ibadət edir, hətta mələklərin pişnamazı da olmuşdur. Ancaq onun bu qədər ibadəti təkəbbürünə görə bada gedir. Bir neçə ibadət etməklə insan belə düşünür ki, Allah üçün çox böyük bir iş görmüşdür. Halbuki, bu ibadəti özü üçün edir, Allah üçün deyil. Allahın isə bizim heç bir ibadətimizə ehtiyacı yoxdur.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 624 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]