Cümə axşamı, 2024-04-25, 8:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsan qocaldıqca, bu 2 xislət cavanlaşar
2013-04-09, 5:14 AM
İnsan qocaldıqca, bu 2 xislət cavanlaşar

 Əxlaqın gec sağalan rəzil sifətlərindən biri - hərislikdir. Hərislik və tamah əgər həddini aşarsa, insan əlində olanlardan ləzzət almaz. Hər zaman əli çatmayan şeylərin axtarışında olar. Əlində olanlardan faydalana bilməz. Ona görə də bu cür insan öz zəlilliyini qəbul edər. İzzət və kəramətdən uzaq olar.


Əxlaq alimləri hərisliyə belə tərif vermişdilər: "Nəfsani bir sifətdir ki, insanı ehtiyac olduğundan da çox şey toplamağa vadar edər. Bu sifət dünya sevgisinin bir parçası hesab edilir”.

Deyirlər ki, bir gün Harun ər-Rəşid xidmətçilərinə əmr edir ki, onun yanına elə bir insanı gətirsinlər ki, Peyğəmbəri (s) öz gözləri ilə görmüş və ondan hədis eşitmiş olsun. Xidmətçilər belə bir adamı çox axtarırlar. Ancaq qoca bir kişidən savayı heç kimi tapmırlar. Onun da hay-hayı getmiş, vay-vayı qalmışdı. Onu bir zənbilə qoyub böyük çətinliklə saraya gətirirlər. Ehtiyatla onu Harunun sarayına daxil edib, yanına apardılar. Harun onu görüb çox sevindi və öz məqsədinə çatdı. O, Peyğəmbəri (s) görən və ondan hədis eşidən bu qocanı gördüyünə və arzusuna çatdığı üçün sevinirdi.

Harun ona dedi: "Ey qoca! Özün Peyğəmbəri (s) görmüsən?” Dedi: Bəli. Harun soruşdu: "Nə zaman görmüsən?” Dedi: "Mən kiçik olanda atam əlimdən tutub məni Peyğəmbərin (s) xidmətinə aparmışdı”. Harun dedi: "Ondan bir söz eşitdinmi?” Qoca dedi: Bəli. "O günü Peyğəmbərdən (s) bu söz eşitdim ki, buyurur: "Adəm övladı qocalır, hər nə qədər qocalığa tərəf gedərsə, onda iki sifət cavanlığa doğru gedər. Biri hərislikdir və o biri isə uzun arzular”. Harun çox sevindi ki, bu hədisi ancaq bir nəfərin vasitəsilə Peyğəmbərdən (s) eşitmişdir. Əmr edir ki, qocaya bir kisə qızıl versinlər və sonra onu apardılar. Onu sarayın qapısından çıxartmaq istəyən zaman kişi qışqırmağa başladı və dedi: "Məni Harunun yanına qaytarın ki, ona sözüm var”. Dedilər ki, olmaz. Deyir: "Başqa çarəm yoxdur, gərək Haruna bir sual verəm”. Qocanı zənbillə bir yerdə yenidən Harunun yanına gətirdilər. Harun dedi: "Nə xəbərdir?” Qoca dedi: "Sualım var.” Harun dedi: De. Kişi dedi: "Cənab sultan, bilmək istəyirəm ki, mənə verdiyiniz bu bəxşiş illik bəxşişdir, yoxsa hər il verəcəksiniz?”

Harunun gülüş səsi ucaldı. Təəccüblə dedi: "Peyğəmbər (s) düz deyirmiş ki, adəm övladı hər nə qədər qocalığa tərəf gedərsə, hərisliyi və uzun arzuları cavanlaşar”.

Bu qoca bu qədər zəif və gücsüz olamsına baxmayaraq, elə hesab edir ki, hələ çox yaşayacaqdır. Hələ qapıdan çıxmamış gələn il üçün arzular qurur. Hərisliyi ona qalib gəlir və o, Harunun sarayına bu halı ilə geri qayıdır.

İbharim Ədhəm Bələxi, Bələxdə şahzadə idi və o, mal və məqamını tərk edir. Nəfsini islah etməklə və zahidliklə məşğul olur. Yazırlar ki, bir gün sarayında əyləşmişdi. Bayıra tamaşa edirdi. Görür bir yoxsul kişi sarayın kölgəsində əyləşir, köhnə çörək kisəsini açır və çörək götürüb yeyir. Üstündən su içib rahat yatır.

İbrahim özünə deyir: "Əgər insan nəfsi bu qədər yeməyə qənaətlənər və rahat yatarsa, bəs mən niyə dünya neməti üçün özümü bu qədər zəhmətə salmışam?” Ona görə də məmləkətini tərk edir və yoxsul libasını geyinir. Nəql edirlər ki, bir gün hamama girmək istəyir. Hamamçı onun köhnə paltarını görüb onu hamama buraxmır. İbrahim deyir: "Çox təəccüblüdür ki, malı olmayan insanı hamama buraxmırlar. Bəs itaət etmədən və yaxşı əməl görmədən, behiştə necə daxil olmaq olar ki?”.

Beləliklə deyə bilərik ki, hərislik - əxlaqın rəzil sifətidir. Din alimləri və Məsumları (ə) bizləri həmişə ondan xəbərdar etmişdilər. Bu sifət insana İlahi fəzayil səmasında uçmağa imkan verməz, bir quşa bənzəyər ki, qanadlarının hər ikisinə daş asılmışdır. Nəticədə yerə düşür və uça bilmir.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 642 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]