Cümə günü, 2024-04-19, 1:07 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İmam Əlinin (ə) nəzərində dünyanın müsbət və mənfi cəhətləri
2013-03-15, 9:40 PM
İmam Əlinin (ə) nəzərində dünyanın müsbət və mənfi cəhətləri

 İmam Əli (ə) dünyanın mənfi tərəflərini bəyan etdiyi kimi onun müsbət tərəflərini də şərh etmişdir.


İmam Əli (ə) dünyanın müsbət tərəfləri haqqında buyurur: "Dünya o kəs üçün ki, onu düzlüyü və həqiqəti ilə qavrayır, düzlük sarayıdır. Dünyanı düzgün dərk edənlər üçün təhlükəsizlik evidir. Ondan axirət üçün azuqə götürən üçün isə qüdrət yeridir. O kəs üçün ki, nəsihət alar, moizə sarayıdır. Allah dostlarının səcdəgahı və İlahi mələklərin namazxanasıdır. İlahi vəhyin nazil olduğu yer və Həzrət Haqq dostlarının ticarətxanasıdır. Orada İlahi rəhmət əldə etməklə məşğul olarlar. Onlara nəsib olan mənfəət cavidan behiştdir”.

İmam Əli (ə) dünyanın mənfi tərəflərini də bəyan edir və buyurur: "Siz ey ərəb camaatı! Siz yaxınlaşan müsibətin hədəfisiniz. Nemət məstliyindən qorxun. İntiqam bəlasından çəkinin”.

İmam (ə) İslam ümmətinə nazil olan bu qədər nemətə görə dünyaya bağlananları məzəmmət edir və özü həyatında onlara zidd bir həyatla yaşayırdı. Xəlifə olan zaman elə ilk işi bu vəziyyətlə mübarizə etmək olmuşdu.

İslam dininin bəyənmədiyi mövzu insanın dünyaya bağlanmasıdır. Bu bağlılıq da həm düzgün ola bilər və həm də yanlış. İnsanın bu dünyaya bağlanması həm fitridir və həm də sonradan kəsb edilir. O sevgi ki, fitridir, onun hədəfi ali hədəf üçündür.

Quran bu haqda buyurur: "Onların yanında aramlıq tapasınız deyə, sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. ("Rum” 21).

Bu sevgi və əlaqə bir növ insanlar arasındakı rabitə kanallarıdır. Bu olmadan insan təkamülə çata bilməz. Ona görə də İslam dini bizə dünyanı məzəmmət və məhkum edilmiş bir dünya kimi görməyə icazə vermir. İcazə vermir ki, insanlar arasında rabitə yaradan kanalları qət edək. Bu əlaqə və rabitədir ki, varlıq aləminin bir hissəsini təşkil edir. İlahi Övliyalar bu sevgiyə ən ali dərəcədə malik idilər.



İnsanla dünyanın rabitəsi.

İslamın nəzərinə görə, insanla dünyanın rabitəsi zindanla məhbusun və quyu ilə ora düşənin rabitəsinə bənzəmir. İmam Əli (ə) dünyanı məzəmmət edən bir kişiyə səhvini başa salan zaman buyurur: "Dünyanın insanla rabitəsi əkinçi ilə tarlanın məsəlinə bənzəyir. İslamın nəzərinə görə dünya - insan mədrəsəsi və onun təkamül yeridir”.

Beləliklə İmamın (ə) nurani kəlamlarından belə başa düşürük ki, dünya heç də faydasız və məzəmmətlənmiş bir yer deyildir. Ancaq o kəslər üçün ki, onu qısa müddətdə dayanıb yoluna davam edəcəyi bir dayanacaq kimi görsün.

Ona görə də Həzrət (ə) buyurur: "Dünya yaxşı bir evdir. Ancaq o kəs üçün ki, onu öz evi bilməsin”.

"Dünya yol üstündə olan evdir. Əsl və daimi ev deyildir”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 731 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]