Cümə günü, 2024-04-26, 2:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həzrət İbrahimin (ə) duası bizlərə nəyi öyrədir?
2013-04-04, 9:56 AM
Həzrət İbrahimin (ə) duası bizlərə nəyi öyrədir?

"Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim». (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. ("Bəqərə” 124).

"Və (xatırlayın) o zaman(ı) ki, İbrahim dedi: «Ey Rəbbim, buranı (bu diyarı) təhlükəsiz və əmin-amanlığı olan bir şəhər et və onun əhalisinə – Allaha və axirət gününə iman gətirənlərə – hər növ meyvə və məhsullardan ruzi ver». Buyurdu: «(Elə də edəcəyəm) və kim kafir olsa, onu bir az bəhrələndirəcək, sonra isə odun əzabına düçar edəcəyəm və ora pis bir qayıdış yeridir!». ("Bəqərə” 126).



Bu iki ayədə Həzrət İbrahimin (ə) Allaha etdiyi dualarını və istəklərini görürük. Birinci ayədə Həzrət İbrahim (ə) Allahdan gələcək övladları üçün imamət məqamını istəyir. Ancaq Allah cavabında buyurur ki, bu məqam zalımlara verilmir.



İkinci ayədə isə Həzrət İbrahim (ə) nemət və ruzini ancaq möminlər üçün istəyir. Ancaq Allah bu məhdudiyyəti qəbul etmir. Kafirə də ruzi verməkdən imtina etmir. Yəni ruzi mühüm deyildir, həm möminə və həm də kafirə əta edilər. Ancaq mənəvi məqam çox mühümdür. Hər kəsə verilməz.

Həzrət İbrahimin (ə) duasına nəzər salan zaman görmək olur ki, Həzrət (ə) ilk növbədə Allahdan təhlükəsizlik və əmin-amanlıq istəyir. Ondan sonra iqtisadi nemət arzulayır. Bunun özü bizlərə bu həqiqəti çatdırır ki, bir ölkədə təhlükəsizlik bərqərar olmayınca, iqtisadi nemətin mənası olmaz. Çünki belə olan halda sağlam iqtisadiyyat yaratmaq mümkün deyildir. Bu ayədə adı çəkilən səmərə sözünü müxtəlif cür təfsir edirlər.

Belə ki, İmam Sadiq (ə) bu haqda buyurur: "Məqsəd - qəlblərin meyvəsidir”. Yəni, Allah insanlar arasında sevgi və məhəbbət bağlarını gücləndirir.

Allah ikinci ayədə İbrahimə (ə) xitab edərək buyurur ki, kafirə də az da olsa, həmin səmərədən verəcəyəm. Ancaq o biri aləmdə isə onu əzaba düçar edəcəyəm. Bu Allahın həmin ümumi rəhmət məfhumudur. Yəni, Allahın Rəhman sifəti bütün insanlara şamil olur. İstər mömin olsun və istərsə də kafir. Ancaq o biri aləm onun Rəhim sifətinə layiq olan insanların yeridir. Kafirlər isə bu rəhmətdən məhrumdurlar və onların yeri cəhənnəmdir.

Bu ayələrdən belə nəticə çıxartmaq olar:

1. Peyğəmbərlər (ə) insanları hidayətlə yanaşı, onların maddi ehtiyaclarına və təhlükəsizliyinə də diqqət edərdilər. Onlar üçün çalışar və dua edərdilər.

2. Nemətdən bəhrələnmək anları - ən əziz anlardır. Əgər bu anlar amanda və təhlükəsizlikdə olsa, insanın durumu daha aram və iztirabsız olar.

3. Dua edən zaman başqalarını yaddan çıxartmayaq.

4. İlahi sünnət belədir ki, möminlərlə yanaşı, kafilərə də ruzi və nemət bəxş edər.

5. Maddi nemətlər hər nə qədər çox olsa da, axirət nemətləri qarşısında azdır.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 563 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]