Çərşənbə axşamı, 2024-04-23, 10:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həyatda müvəffəqiyyət qazanmaq üçün bəzi tövsiyələr
2013-02-03, 11:40 PM
Həyatda müvəffəqiyyət qazanmaq üçün bəzi tövsiyələr

 Həzrət Peyğəmbərin (s) bəzi tövsiyəsi atalar və analar üçündür. Bəziləri qadınlar və bəziləri isə cavanlara aiddir. Allah Təala müxtəlif ayələrində Həzrət Peyğəmbərin (s) həyatındakı müvəffəqiyyətlərinə işarə edir. Əgər kimsə həyatda müvəffəqiyyət qazanmaq istəyirsə, gərək bu tövsiyələrə riayət etsin.


Birinci tövsiyə səbir və problemlər qarşısında mətanət göstərməkdir. "Odur ki, sənə əmr olunduğu kimi (əqidəndə, əməllərində və dininin təbliğ edilib çatdırılmasında) sabitqədəm və möhkəm ol və həmçinin səninlə birgə (Allah dərgahına) üz tutan kəslər (də belə olsunlar). Və həddi aşmayın. Həqiqətən O, etdiklərinizi görür”. (”Hud” 112).



İkinci tövsiyə cəmiyyətə qarşı laqeyd olmamaqdır. Allah Peyğəmbərə (s) tövsiyə edir: "Belə isə məbada onlara görə olan təəssüflər və kədərlər üzündən canın əldən gedə!” ("Fatir” 8). Həzrət Peyğəmbər (s) öz ümmətinə qarşı o qədər diqqətli və mehriban idi ki, Allah Peyğəmbərinə (s) bu cür bir tövsiyə edir.



Üçüncü tövsiyə isə başqaları ilə rabitə qurmaqdır. Allah buyurur: "Beləliklə, Allah tərəfindən olan rəhmətin bərəkəti sayəsində onlarla (öz ümmətinlə) mülayim oldun və əgər qaba və daşürəkli olsaydın, onlar mütləq sənin ətrafından dağılışardılar”. ("Ali-İmran” 159).



Bir insan əgər həyatda müvəffəqiyyət qazanmaq istəyirsə, vaxtından sərfəli istifadə etməlidir. Allah Təala bu dünyaya yenidən qayıtmaq istəyən insanlara belə buyurur: "Onlar orada dad-fəryad edərlər: «Ey Rəbbimiz, bizi (buradan) çıxart ki, (indiyədək) etdiklərimizdən fərqli olaraq, yaxşı işlər görək». (Onlara deyiləcək:) «Məgər sizə nəsihət qəbul etmək istəyən kimsənin öyüd-nəsihət ala biləcəyi qədər ömür vermədikmi? Və sizə bir qorxudan (peyğəmbər) gəlmədimi?! Belə isə, dadın (Cəhənnəmin əzabını). Əsla zalımların dadına yetən olmaz». ("Fatir” 37).

İnsanın boş vaxtı həyatının ən həssas anlarıdır. Bu fürsətlərdən sərfəli istifadə etmək üçün yaxşı bir proqram qurmağa ehtiyac vardır. İmam Musa Kazım (ə) buyurur: "Bir müsəlmanın vaxtı dörd hissəyə bölünər: bir hissəsi Allahla raz və niyaza, bir hissəsi ruzi qazanmaq üçün çalışmağa, bir hissəsi başqaları ilə rabitə qurmağa, bir hissəsi isə sağlam gəzintiyə ayrılmalıdır”.

İmamın (ə) bu tövsiyəsinə görə bir müsəlman gün ərzində həm fərdi, həm ictimai işlərini görə bilər və həm də istirahət edə bilər. Peyğəmbərimiz (s) də vaxtdan sərfəli istifadə etməyi və ömrə qarşı sımıc olmağı tövsiyə etmişdir. Yəni, boş vaxtına simiclik et.

Hədislərin bir çoxunda 20 yaşlı cavanlara tövsiyə edilir ki, öz zamanlarından ən yüksək səviyyədə istifadə etsinlər. Buyurur: "Allahın elə bir mələyi vardır ki, hər axşam yerə enər və səslənər: "Ey 20 yaşlılar! Çalışın və ciddi olun!””.

Cavanların əyri yola getməsinin səbəblərindən biri də yanlış dostlardır. Bu yanlış dostlar insanı bir anlıq elə bir bəlaya salır ki, bütün ömür boyu ondan çıxmaq mümkün olmur. Quran bu cür insanlara belə tövsiyə verir: "Və (yada sal) o gün(ü) ki, zalım öz əllərinin arxasını çeynəyərək deyəcək: «Kaş peyğəmbərlə birlikdə (mən də Allaha tərəf gedərək) bir yol tutaydım». «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Quranın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qurandan) yayındırdı». Şeytan insanı həmişə xar edib və (indi də) edir”. ("Furqan” 27-29).



İmam Əli (ə) buyurur: "Şər insanlarla dostluq etmə. Çünki sənin xasiyyətin özün də bilmədən onun şərindən ülgü götürər”. Həzrət (ə) başqa yerdə buyurur: "Əyri düşüncəli və nalayiq əməl sahiblərindən uzaq ol. Çünki insan dostunun təfəkkür tərzinə yiyələnər”.



İmam Sadiq (ə) buyurur: "Bax gör hər kim sənin dininə faydalı deyildir, ona etina etmə. Onunla dost olmağa əlaqə göstərmə ki, Allahdan qeyrisindən olan şey fani və məhv olandır. Hər əlaqə ki, Allahdan qeyrisi üçün olar, çirkin aqibətə və xoşagəlməz sona malik olar”.

Quran cavanlara tövsiyə edir ki, Quran oxusunlar. Quran onun əti və qanı ilə qarışar. Quran oxumaq Məsumların (ə) həyat tərzi idi. İmam Rza (ə) Quran oxuyan zaman behişt və ya cəhənnəm aid hissələrə çatanda ağlayardı. Allahdan behişti istəyərdi, cəhənnəmdən isə pənah verməyi arzu edərdi. İnsan Quranı başa düşməsə də, onu oxumaq belə bəndəyə İlahi feyz bağışlayar. Quranı qiraət etmək ibadətdir və bu ibadət insanı fikri ibadətə gətirər.

Beləliklə deyə bilərik ki, Məsumların (ə) bizə verdiyi bu tövsiyələrdən faydalansaq, həyatda müvəffəqiyyət qazananlardan olarıq.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 687 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]