Cümə günü, 2024-04-19, 5:35 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həyatda iki gün möhlət verilərsə, bir gününü ədəb öyrənməyə sərf etmək...
2013-08-04, 4:52 AM

Həyatda iki gün möhlət verilərsə, bir gününü ədəb öyrənməyə sərf etmək...

 

Ədəbi öyrənmək hər bir möminin həyat zərurətlərindəndir. İnsan ədəbi öyrənəndən sonra gərək özünü bu gözəl libasa bürüsün.

İnsan əxlaqını inkişaf etdirməyə təsir edən amillərdən biri danışıqda və rəftarda əxlaqi dəyərlərə bağlı qalmaqdır. Həqiqətdə əxlaqi dəyərlər insan şəxsiyyətini nişan verər. Əxlaq - fərdi və ictimai sağlam həyatın qurulmasında mühüm məsələdir. İnsanın əxlaqi dəyərlərə riayət etməsi Məsum İmamların (ə) əmridir. Həzrət Əli (ə) cavanlara buyurur: "Cavanın səadət və xoşbəxtliyi rəzilikdən uzaq olmaq və insani fəzilətləri əldə etməklə olur. Çirkinliklərdən və alçaqlıqlardan uzaq olmaq cavanın fitrəni pak edər”.

 

Başqa yerdə İmam Əli (ə) buyurur: "Cavanın səadətindəndir ki, fəziləti rəzillik vasitəsilə kamil olmasın”. Cavanlar uşaqlıq dövrünü geridə qoyur və düşüncə yaşına qədəm basarlar. Ona görə də pak düşüncə ilə, Quran və sünnətin təlimlərinin köməyi ilə bir çox dəyərləri tanıyar və özlərini günahdan qoruyarlar.

Ədəbi öyrənmək mömin insanın həyat zərurətlərindəndir. İmam Sadiq (ə) bu haqda buyurur: "Əgər həyatda iki gün möhlət verilərsə, bir günü ədəbi öyrənməyə qərar ver ki, ölüm günü ondan yardım alasan”.

Bütün bəşər cəmiyyətində mətanət və vüqar fəzilət sayılır. Bu xüsusiyyət cavanlar üçün mənəvi bir gözəllik, şəxsiyyətin və ağlın inkişafının nişanəsidir. Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı cavanlarınız o kəslərdir ki, özlərini ağsaqqallar kimi vüqarlı qərar verərlər. Ən pis qocalarınız o kəslərdir ki, özlərini cavanlara bənzədərlər”.

İslam dini müsəlmana əmr edir ki, həm cismi və həm də mənəvi ehtiyaclarını təmin etsin. İmam Sadiq (ə) buyurur: "Ruh və canını onun üçün ziyan olan şeylərdən uzaq saxla. Canın səndən ayrılmamışdan qabaq, ölümün çatmamışdan qabaq canını azad etmək üçün çalış”.

Cavanlıq dövründə gərək iki zəminədə çalışasınız. Ancaq heç bir zaman müqəddimələri görməməzliyə vurmaq olmaz. Çünki qeyri-zəruri işlərdə səy etmək insanı təkamül yolundan saxlayar. Cavanlıq fürsəti məhduddur. Proqramlaşdırmaqla və uzaqgörənliklə bu qızıl fürsəti dəyərli müvəffəqiyyətləri əldə etmək üçün sərf edək.

İmam Əli (ə) buyurur: "O kəs ki, özünü qeyri-zəruri işlərlə məşğul edər, zəruri işləri əldən verər”. O cavan ki, cavanlığının dəyərli fürsətlərindən agah olar, fürsəti yandırmaz. Hər şeydən əvvəl öz nəfslərini pak və islah edər. Bu məsələdə səhlənkarlıq etməz.

İmam Əli (ə) buyurur: "Daxilini islah etməyi boş buraxma. Çünki səy və çalışmadan başqa heç bir şey nəfsinə yardım etməz”.

Bu cavanın özüdür ki, fərdi səy və çalışması ilə dini təlimlərin əsasında şəxsiyyətini qurar. Bu məsələdə nəfsini islah etmək çox zəruridir. Ona görə də ədəbli olmağa çalışaq və ədəbi öz həyatımızın zərurətlərindən qərar verək.

 

(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 667 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]