Çərşənbə axşamı, 2024-04-23, 5:29 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hər kəsin simasının necəliyi öz əlindədir
2013-05-07, 10:01 AM
Hər kəsin simasının necəliyi öz əlindədir

 İnsanın üzü ancaq maddi şəklində olduğu kimi deyildir. Yəni, cavan, qoca, yorğun və çirkin şəklində deyildir. Dünyadakı insanların bir çoxunun siması və üzü gözəldir. Halbuki, sahibinin əsl siması çox çirkin və eybəcərdir. Dünyada bəzi insanların zahiri siması çirkin olsa da, daxilləri çox gözəl və nuranidir. İnsanın həqiqi siması - batini simasıdır.


Bu zahiri sima bizim üçün bir pərdə rolunu oynayır. Allah Səttarul-Uyubdur və bizim eyblərimizi gizlədib, üzlərimizi gözəl cilvələndirir. Əks halda insan əməl və imanına görə müxtəlif şəkillərdə olardı. Bu simanı özü-özü üçün qazanmışdır. Ona görə də hər bir insan zahirinin insan olmasına baxmayaraq, ola bilsin ki, həqiqi adam olmasın. Insan o kəsdir ki, İlahi hədəfləri olsun və ona çatmağa çalışsın.

Ona görə də Allah hər bir insanı adam adlandırmır. Çünki O, hər kəsin batinini görər. Ola bilsin ki, bəzi insanlar zahirdən çox gözəl və cəzbedici olsun. Ancaq Allah Təalanın yanında küfr və şirkinə görə heyvandan başqa bir şey deyildir. Belə ki, buyurur: "Yoxsa onların çoxunun (sənin dediklərini) eşitdiyini və ya düşündüyünü güman edirsən? (Xeyr,) onlar yalnız heyvanlar kimidirlər, hətta daha azğındırlar. (Çünki heyvanlar yaradılışın hədəf və məqsədi istiqamətindəki yollarını instinktlə düzgün gedirlər, bunlar isə yox!)” ("Furqan” 44).

Allah hər kəsin batinini gözəl xəlq etmişdir. Sonra da onlara iradə azadlığı vermişdir. Kamala tərəf hidayət etmişdir. Ona görə də hər kəsin simasının necəliyi öz əlindədir. Onu gözəl də edə bilər, çirkin də. Qiyamət günü özü üçün yaratdığı siması ilə məhşur olar. Allah ona görə bəzi insanların it və bəzilərinin də donuz cildində məhşur olacağını vurğulayır. Bu, onların dünyadakı həqiqi simalarıdır.

Quran buyurur: "De: «Sizə Allah yanında cəzaları (sizin irad tutduğunuz bu möminlərinkindən) daha pis olan kəslərdən xəbər verimmi? Onlar (sizin keçənlərinizdən) Allahın lənət etdiyi, qəzəbləndiyi,bəzisini meymunlar və donuzlar surətinə saldığı və Tağuta pərəstiş etmiş kəslərdir. Onlardır yerləri daha pis olan və düz yoldan daha çox azanlar!»” ("Maidə” 60).

İnsan olmaq - ağız və burunla deyildir. Çünki heyvanda da onlar vardır. İnsanın batini görən və eşidən olmalıdır."Doğrudan da Biz cin və insanların çoxunu (sanki) Cəhənnəm üçün yaratmışıq. Çünki onların qəlbləri var, amma onunla (həqiqətləri) dərk etmirlər, onların gözləri var, lakin onunla (ibrət üçün) baxmırlar və onların qulaqları var, amma onunla (haqq maarifi) eşitmirlər. Onlar heyvanlar kimi, bəlkə (onlardan) daha azğındırlar (çünki onlar inkişaf və təkamül istedadına malik olduqları halda, batil və puç yola gedirlər) və onlar həmin qafillərdirlər”. ("Əraf” 179).

Təbiidir ki, dünyada başqalarını məsxərə edənlər meymun kimi, təkəbbürlü insan qarışqa kimi məhşur olar. O insan ki, hansı yükü daşıdığını bilmir, uzunqulaq kimi olar.

Allah bu haqda buyurur: "Tövrat (elmi, əməli və təbliğinə dair bilgi) çiyinlərinə qoyulduqdan sonra onu daşımayan kəslər (yəhudi alimləri) neçə-neçə kitablar daşıyan (amma ondan heç bir bəhrəsi olmayan) ulağa bənzəyər. Allahın ayələrini (Tövratın buyruqlarına qarşı çıxmaqla) təkzib və inkar edənlər barədə (çəkilən məsəl) necə də pis məsəldir! Allah zalım qövmü doğru yola yönəltməz!” ("Cümə” 5).

Beləliklə deyə bilərik ki, insan özü, öz simasını müəyyən edər. Ona görə də çalışmalıdır ki, gizlilərin aşkar olduğu Qiyamət günü insan cildində məhşur ola bilsin.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 593 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]