Şənbə günü, 2024-04-20, 7:12 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hər bir şəraitdə Quran oxuyaq
2013-06-02, 2:44 PM
Hər bir şəraitdə Quran oxuyaq


Ən dəyərli ibadətlərdən biri Quran qiraət etməkdir. Bu məsələ o qədər əhəmiyyətlidir ki, Allah buyurur: "Siz (gecə namazından və) Qur’andan müyəssər olanı oxuyun”. ("Muzzəmmil” 20).

Peyğəmbərimizin (s) İmam Əliyə (ə) verdiyi tövsiyələrdən biri davamlı olaraq Quran oxumaq olmuşdur: "Hər halda və hər bir şəraitdə Quran tilavət et”.

İnsan xəstə olanda və ya səfərə çıxan zaman ibadətlərinin bir çoxunu tərk edir, ancaq Allah buyurur ki, belə olan halda belə Quran oxumağa davam edin. "O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qur’andan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin”. ("Muzzəmmil” 20).

İmam Sadiqdən (ə) nəql edilir ki, buyurub: "Quran - insanların Allahla peymanıdır. Ona görə də müsəlman üçün yaxşı olar ki, peymanına diqqətlə nəzər salsın və ondan hər gün 50 ayə oxusun”.

Qurandan 50 ayə oxumaq - ən az miqdardır. Hər bir müsəlman bu ibadəti etməyə çalışmalıdır. Peşəsindən və sənətindən asılı olmayaraq. Qədimdə tacirlərin əksəri hissəsi Quran oxumağa xüsusi şövq göstərirdilər. Çünki alış-veriş zamanı Allahı xatırlayır, şeytanın tələsindən və haram iqtisadiyyatdan uzaq olmağa çalışırdılar. Beləliklə Allahın sevimlisinə çevrilirdilər. Allah da onların ticarətinə bərəkət verirdi.



Quran oxumağın bu faydaları da vardır:

1. Quranı qiraət edərək İslam əhkamı ilə tanış olur və haramdan çəkinirsən.

2. Quran oxuyan şəxs naməhrəmə yan gözlə baxmaz. Çünki Quran onun imanını və təqvasını gücləndirmişdir və qəlbi pakdır.



Quranı hər gün tilavət etməyə çalışaq. Çünki bu ibadət bizim həm dünya və həm də axirətimiz üçün faydalıdır.



(Tebyan/Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 817 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 1
0  
1 GADİR   (2013-06-08 10:08 AM) [Daxil et]
ALLAH RAZI OLSUN  thumbup

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]