Cümə axşamı, 2024-04-18, 7:52 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hər bir məqamda olan insan nəsihət eşitməyə hazır olmalıdır
2013-04-16, 9:34 PM
Hər bir məqamda olan insan nəsihət eşitməyə hazır olmalıdır


Hacı Molla Hadi Səbzivarinin ömrünün son illərində bir nəfər dərsinə gəlir. Xəbər verdi ki, qəbiristanlıqda bir şəxs var ki, bədəninin yarısı qəbirdə və yarısı isə bayıra çıxmışdır. Daima üzü səmaya baxır. Uşaqları mane olmaq istəyəndə onlara etina etmir.

Hacı dedi: "Özüm gərək onunla görüşəm”. Ona görə həmin kişinin yanına gedir, onu görəndə çox təəccüb edir. Kişi heç hacıya da etina etmir.

Bir müddətdən sonra hacı ona deyir: "Sən kimsən və nəçisən? Mən səni dəli hesab etmirəm, ancaq rəftarın da aqilcəsinə deyildir”.

Kişi dedi: "Mən nadan və xəbərsiz bir insanam. Ancaq iki şeyə yəqinim vardır. Əvvəl başa düşdüm ki, mənim və bu aləmin, Böyük Xaliqi vardır. Onu tanımaqda və Ona bəndəlik etməkdə gərək səhlənkarlıq etməyək. İkincisi, başa düşdüm ki, bu dünyada qalmayacağam. Öləndən sonra başqa dünyaya gedəcəyəm. Ancaq bilmirəm ki, mənim o biri dünyadakı halım necə olcaqdır? Mən bu iki mövzudan pərişan olmuşam. İnsanlar məni dəli hesab edir. Siz ki, özünüzü müsəlmanların alimi hesab edirsiniz, bu qədər elminiz var, bəs niyə heç dərdiniz yoxdur, heç fikirləşmirsiniz?”.

Bu nəsihət alimin qəlbinə ox kimi batdı. Evinə qayıdan zaman halı dəyişmişdi. Ondan sonra qalan az ömrünü axirəti fikirləşərək keçirtdi. Bu yolda bir qədər azuqə toplamışdı ki, dünyasını dəyişir.

İnsan hər məqamda olursa-olsun, nəsihət eşitməyə hazır olmalıdır. Eşitdiyi şeyə görə elmi olsa, bu moizə onun üçün təzəkkür olar. Çünki, insan unutqandır. Həmişə yada salana ehtiyacı vardır. Əgər cahil olsa, bu nəsihət onun üçün elm və mərifət olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 706 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]