Çərşənbə axşamı, 2024-04-16, 11:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hələ ki, fürsət var, aqillərdən olaq
2013-03-14, 6:23 AM
Hələ ki, fürsət var, aqillərdən olaq


"İbrahimin dinindən öz qədir-qiymətini bilməyən və özünü nadanlığa vurandan başqa kim üz döndərər?! Şübhəsiz, Biz onu bu dünyada (peyğəmbərlik, imamlıq və hikmət üçün) seçdik və o, axirətdə (də) mütləq saleh (bəndə)lərdən olacaqdır”. ("Bəqərə” 130).

Həqiqətdə insanda dəyər yaratmağın ilk addımı ixlas və paklıqdır. Həzrət İbrahim (ə) tamamilə Allaha təslim olmuşdu. Allah Təala onu seçdi, onu və məktəbinin adını tanıtdı.

Həzrət İbrahimin (ə) həyatı ömrünün ilk anlarından axırına qədər əvəzsiz olmuşdur. Onun bütpərəstlər və ulduzpərəstlərlə mübarizəsi düşməni Nəmrudu belə öz təsiri altına salır. Ona görə də özündən ixtiyarsız halda deyir: "Əgər kimsə Allah seçmək istəsə, gərək İbrahimin Allahını seçsin”.

Həmçinin Həzrət İbrahim (ə) həyat yoldaşı və südəmər oğlunu susuz səhraya gətirməsi, Həzrət İsmayili (ə) qurban kəsmək istəməsi - onun imanın ucalığından və təqvasından xəbər verir.

Ona görə də bu Həzrətin (ə) dəvətinə səfeh və nadan insanlardan başqa kim etiraz edə bilər ki? Onun dini o qədər dəyərlidir ki, İslam Peyğəmbəri (s) onun yolunu davam etdirdiyi üçün fəxr edərdi.

"(İbrahim öz-özlüyündə və ya onların bəzilərinin yanında dedi:) «And olsun Allaha ki, (bayram toplantısı keçirilən yerə) üz tutub bütxananı arxada qoyduğunuz zaman sizin bütləriniz barəsində mütləq bir çarə qılacağam. Beləliklə (gördüyü işi boynuna yıxmaq və) bəlkə ona üz tutsunlar deyə (bircə) böyüklərindən başqa onların (bütlərin) hamısını parça-parça etdi”. ("Ənbiya” 57-58).

Həzrət İbrahimin (ə) duasına bir nəzər salaq və onun məqamının ucalığını görək: «Ey Rəbbim, mənə əqli, dini elmlər bəxş et və məni salehlərə qovuşdur». ("Şüəra” 83).

Quran mədəniyyətində o insanlar ki, həqiqətləri görməməzliyə vurur, nemətə küfr edirlər, səfeh adlandırılır. Necə ki, Bəni-İsrayil qibləyə görə irad tutduğu halda Quran onları səfeh adlandırmışdı.

Hədislərə nəzər salanda görmək olur ki, şərab içən insanlar səfeh adlandırılır. Belə ki, Məsumlardan (ə) biri buyurur: "O kəs ki, şərab içir - səfehdir”.

Bu cür insan halal içəcəklər yerinə, haram içəcəklərin sorağına gedir. O kəslər ki, haqq yolunu qoyub əyri yola gedirlər, səfehdirlər. O kəs ki, rəhbər və ya məktəb seçməkdə düzgün addım atar, aqildir. Hədislərin birində oxuyuruq:"Ağıl həmin o şeydir ki, onun vasitəsilə Allaha ibadət edilir”.

Beləliklə deyə bilərik ki, səfeh o insandır ki, haqq yolunu görməməzliyə vurar və öz həvəslərinin ardınca gedər. Heç bir İlahi məqam səbəb olmadan heç kimə tapşırılmamışdır. Allah İbrahimin (ə) bütün ruhu ilə Onun qarşısında təslim olmasına görə ona belə bir böyük məqamı əta etmişdi. "O zaman Rəbbi (tovhid dəlillərini göstərdikdən sonra, ilham yolu ilə) ona «təslim ol!» buyuranda o, «aləmlərin Rəbbinə təslim oldum» dedi. Həmçinin (peyğəmbər kimi seçilərək göndərildikdən sonra, vəhy yolu ilə) ona «əmrə təslim ol!» buyuranda o, «Allahın əmrlərinə təslim oldum» dedi”. ("Bəqərə” 131).

Nəticədə demək olar ki, haqq yol - Allaha bütün ruhunla təslim olmaq deməkdir. Allah bütün yollar arasından haqq olaraq din yolunu seçmişdir. Ona görə də hələ ki, fürsət var, aqillərdən olaq.



(Tebyan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 730 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]