Cümə axşamı, 2024-04-25, 1:43 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Düzgün olmayan və düzgün olan ümidlər
2013-06-26, 4:25 AM
Düzgün olmayan və düzgün olan ümidlər

 
"Həqiqətən (həm) iman gətirmiş kəslər və (həm də) hicrət edərək Allah yolunda cihad etmiş kəslər Allahın rəhmətinə ümidvardırlar. Allah çox bağışlayan və mehribandır”. ("Bəqərə” 218).
 
Həzrət Peyğəmbər (s) buyurur: "Zirək insan o kəsdir ki, özünü hesaba çəkər. Ölümündən sonrası üçün əməl edər. Nadan isə o kəsdir ki, nəfsi istəklərinin ardınca gedər, əməl etmədən Allaha ümid bəsləyər”.
 
Şeytani ümid
Həzrət Peyğəmbərin (s) bizə buyurduğu kimi, nadanların ümidi - şeytani ümiddir. Şeytan bu yolla insanları rahatladar və müxtəlif cür günahlara həvəsləndirər. Şeytan qoymaz ki, bu cür insan özünü müalicə etsin. Zəlalət quyusundan çıxmağa imkan verməz.
 
Bəzi insanlar deyir ki, Allaha ümid edirəm. Ancaq saleh əməllərə üz çevirməzlər. Onlar yersiz arzular etmiş və ona görə də günahlarının sayını artırmışdırlar. O kəs ki, Allaha ümid edər, gərək Onu əməlinin vasitəsi və mehvəri qərar versin. O kəs ki, İlahi əzabdan qorxar, gərək günahları tərk etsin. Əməli olmadan ümid bəsləmək - ağılsızlıqdır.
Belə insanlar bərzəx aləminə girən zaman pərdələr kənara çəkilər. Fəryad çəkərlər ki, gördük və eşitdik. Bizi geri qaytar ki, saleh əməl yerinə yetirək.
"Və insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur”. ("Nəcm” 39).
 
Həzrət Peyğəmbər (s) duasından buyurur: "Allahım! Mənə fayda verməyən elmə və təvazökarlıqla bəzənməyən qəlbə, maddiyyatdan doymayan nəfsə və yerinə yetməyən duaya görə Sənin müqəddəs Varlığına pənah aparıram”.
Ona görə də ey insan! Tənbəllik və süstlük etmə! Yolunu şeytanın yolundan ayır! Allaha pənah apar və Ondan istə ki, sənə həqiqi iman versin və saleh əməl görmək üçün inayət etsin. Çünki o kəs ki, iman əhlidir və saleh əməl sahibidir - qarşıda onu cəhənnəm deyil, behişt gözləyir.
 
Düzgün ümid
İnsan öz eybini və nöqsanı bilməzsə, onu aradan qaldırmaq üçün çalışmaz. Allaha olan sevgisini ibadət və günahdan uzaq olmaqla büruzə verər. Bu əməl onun həm batinini və həm də zahirini aydınladar. İnsanı ilahi qürbə tərəf hidayət edər.
Həyata düzgün ümidlə baxan insan, tövbə etməyi sevər. Tövbə insanın günahla müxalifətlik etməsi və öz insanlığına geri qayıtmasıdır. Peşmançılıq tövbənin düzgün olduğunun əlamətidir.
Belə bir insan qorxu və nigarançılıq içində olar. Nigaran olar ki, bəlkə Allah ondan razı deyildir, nigaran olar ki, birdən əlində olanları da itirə bilər. Ona görə də daima Allahla rabitədə olar, dua edər, Allahı çağırar. Özünü Allahın qarşısında o qədər aciz və dəyərsiz bilər ki, təvazökarlığın pik nöqtəsinə çatar.
Ona görə də həqiqi insan olmaq üçün ilk əvvəl özümüzə bir nəzər salaq və eyblərimizi görüb, onları aradan qaldırmağa çalışaq. Ondan sonra isə Allaha və Onun lütf və kərəminə ümid bəsləyək.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 534 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]