Çərşənbə axşamı, 2019-08-20, 2:52 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Çətinliklərimizdə güvənəcəyimiz qapı
2013-02-16, 10:13 PM
Çətinliklərimizdə güvənəcəyimiz qapı

Günahımızın bağışlanması və əzabımızın azalması üçün Allah dərgahında günahımızı boynumuza alaq və etiraf edək. İnsan bu yolla özünün Allah qarşısından aciz və dəyərsiz olduğunu iqrar edər.


İnsanın öz zillətinə və Allahın əzəmətinə diqqət etməsi, günahını etiraf etməsi o deməkdir ki, insan öz kiçikliyini və aciziyini boynuna alır. Əgər günahkar öz əməlindən peşman olarsa, Allah tərəfindən bağışlana bilər.

Allah insana bu qədər nemət bəxş edir, ancaq insan nankorluq edib, ona naşükürlük edir. Günah işlədib, nemətinin haqqını tapdalayır.

"Və (dil, əməl və ya təbiətinizlə) Ondan istədiyiniz hər bir şeydən sizə əta etdi. Və əgər Allahın nemətlərini saysanız, sayıb hesablaya bilməzsiniz. Həqiqətən insan çox zalım və nankordur”. ("İbrahim” 34).

"Məgər Allahın göylərdə və yerdə olanları (onlardan öz mənfəətləriniz üçün istifadə edəsiniz deyə) sizin üçün ram etdiyini və Öz aşkar və gizlin (bədənlərinizin istifadə etdiyi görmə, eşitmə və s. beyinlərinizin bəhrələndiyi əql, şüur, fəhm və s.) nemətlərini sizə bol və geniş şəkildə bəxş etdiyini görmürsünüzmü?!” ("Loğman” 20).

"Onun məqamına layiq meyarla ölçmədilər və tanımadılar”. ("Zumər” 67).

Bəli, insan nə qədər çalışsa da Allahın haqqını olduğu kimi verə bilməz və Ona şükür edə bilməz. Ancaq bir tövbənin bərəkəti sonsuz İlahi nemətləri xatırladar. İnsan bir tövbəsi ilə İlahi nemətlərin sayını artırar.

O kəs ki, İlahi nemətin qədrini həqiqətən bilərsə, heç bir zaman günahın ardınca getməz. Bu cür insan günah işlətsə belə Allah qarşısında çox xəcalət çəkər.

Mərhum Şeyx Əbdülkərim Hamid buyurur: "Günahı etiraf etmək və özünü Allah dərgahında təqsirkar bilmək yaxşı bir əməldir. Keçmiş zamanda əgər kimsə 20 il ibadət etsəydi, adı abid olardı. Bir şəxs 20 il ibadət edir və sonra Allahdan hacətini istəyir. Ancaq hacəti yerinə yetməyən zaman özünü məzəmmət etməyə başlayar. Öz-özünə deyər: "Allah paxıl deyildir və ona görə də mənim özümdə eyb vardır”. Özünə bədgüman olandan sonra ona ilham olur ki, özünü danladığı həmin qısa müddət 20 il ibadətdən daha yaxşıdır”.

İmam Baqir (ə) buyurur: "Allaha and olsun ki, Allah insandan iki şeydən başqasını istəməmişdir:



1. İlahi nemətləri (dildə və əməldə) etiraf etmək. Bu zaman Allaha insan verdiyi nemətləri artırar.



2. Günahı etiraf etmək və bu zaman Allah onu bağışlayar”.



İmam Sadiqdən (ə) nəql edilir ki, buyurub: "O zaman ki, Həzrət Adəm (ə) tərki-əvla etdiyi üçün behiştdən xaric edilmişdi, Məkkəyə gələr. Mina və Ərəfatda həcc mərasimini yerinə yetirir. Kəbəni təvaf edəndən sonra (dua edilən yerə) gedir. Cəbrayil (ə) ona nazil olur və ona deyir: "Bu məkanda günahlarını etiraf et”. Adəm (ə) o yerdə dayanır və deyir: "Pərvərdigara! Hər bir əməl sahibinə savab verərsən. Mən də əməl etmişəm (tövbə etmişəm və əmrinə itaət etmişəm), mükafatım nədir?” Allah ona vəhy edir: "Ey Adəm! Hər kim sənin zümrəndən və övladlarından tövbə üçün bura gələrsə, günahını etiraf edərsə, günahlarını bağışlayaram””.

Həzrət Yunis də (ə) balığın qarnında olan zaman günahını etiraf edir və deyir: "Ey Allahım! Sən paksan, mən (özümə) zülm etdim”. Allah onun bu duasını yerinə yetirir və ona nicat verir.

Beləliklə, deyə bilərik ki, bizim çətinliklərdə gedə biləcəyim tək pənah yerimiz - Sübhan Allahdır. Ona yaxın olmağın yollarından biri - tövbədir. İnsan tövbə edərək, günahlarını etiraf edir və Allah dərhagında nə qədər aciz və zəlil olduğunu boynuna alır. Onun bu halı Allahın ən çox bəyəndiyi haldır. Günahımızı etiraf edək və nemətlərinə naşükürlük etməyək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 441 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]