Çərşənbə günü, 2024-04-24, 6:17 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Çətinlikdən çıxmağın 14 yolu Mərhum arif və alim Ayətullah Şeyx Hüseynəl
2013-02-07, 8:19 PM
Çətinlikdən çıxmağın 14 yolu
Mərhum arif və alim Ayətullah Şeyx Hüseynəli İsfəhani Noxudəki buyurur: "Bilin ki, əgər Haqq yolunda bir yerə çıxımışıqsa gecə oyaq qalmağa, müstəhəb əməllərə və məkruhları tərk etməyə görə olmuşdur. Ancaq bütün bu əməllərin əsli uzun müddət Rəsulallaha (s) xidmət etməklədir”.

Ayətullah Noxudəki dövrünün böyük alim və arifi idi. Həzrət öz oğluna çətinlikdən necə nicat tapmağın yollarını tövsiyə etmişdir. Biz də bu 14 tövsiyədən ibrət götürək.

Həzrət İsaya (ə) sual verirlər: "Kiminlə oturub-duraq? Buyurur: "O kəslə oturub-durun ki, onu görən zaman Allahı yada salarsınız. Sözləri sizin elminizi artırar. Əməli sizi axirətə mail edər”.



İmam Sadiq (ə) oğlu İsmayilə buyurur: "Oğlum, elm öyrənəndə sonsuz gizli sirlər vardır. Güman olunandan da çoxdur. Oğlum, hər kim zahiri və aşkar elmi öyrənər, gizli elmdən üz çevirər. Həlakətə düşər və səadətə çatmaz. Oğlum, əgər istəyirsənsə ki, Allah bu sirr elmini sənə öyrətsin, dünyaya düşmən gözü ilə bax. Salehlərə xidmət etməyin əhəmiyyətini tanı. Ölmək üçün şərait və vəziyyətini möhkəmləndir. Əgər bu üç sifət səndə cəm olarsa, Allah Təala sənə bu sirri elmini ikram edər”.



Ayətullah Noxudəkinin 14 tövsiyəsi bunlardır:

1. Vacib gündəlik namazlarını vaxtında yerinə yetir.

2. İnsanların hacətini yerinə yetirməkdə bacardığın qədər çalış. Belə düşünmə ki, filan işi mən görə bilmərəm. Çünki əgər Allah bəndəsi haqq yolunda addımlayarsa, Allah ona yardım edər.

3. Seyyidlərə çox hörmət və ehtiram göstər. Nəyin varsa, onlar üçün xərclə. Əgər kasıb olsan, bir daha vəzifən qalmaz.

4. Gecə namazından qəflət etmə.

5. O qədər təhsil al ki, təqliddən azad olasan.

6. Bil ki, məkruh əməl Allah bəndəsinin məqamının süqut etməsinə səbəb olar. Əksinə, müstəhəbləri yerinə yetirmək onun dərəcəsini qaldırar.

7. Bil ki, əgər Haqq yolunda bir yerə çıxımışıqsa, gecə oyaq qalmağa, müstəhəb əməllərə və məkruhları tərk etməyə görə olmuşdur. Ancaq bütün bu əməllərin əsli uzun müddət Rəsulallaha (s) xidmət etməklədir.

8. Əsas iki mövzudur: biri halal qida və ikincisi namaza diqqət və onu islah etməkdir. Əgər bu ikisi düzgün olarsa, qalanları da düz olar. "Ya Həyyu, ya Qəyyum” zikri də səhər çağı bunun üçündür.

9. Gün çıxana qədər olan vaxtı dörd hissəyə böl: biri zikr və təsbih üçün, biri dua üçün, biri Quran qiraəti üçün və nəhayət keçən gündə etdiklərin əməlləri düşünmək üçün. Əgər itaət etməyə müvəffəq oldun, şükür et. Əgər Allah etməsin günah işlətsən, istiğfar et.

10. Hər gün sədəqə ver. Qədr gecələrində dünyanın etibasızlığı haqqında düşün.

11. Zikrdən əvvəl bir neçə salavat göndər və qəlbini hazırlayandan sonra zikrlə məşğul ol.

12. İşlərinin açılması üçün hər səhər Quran tilavətindən, xüsusilə də "Yasin” surəsini oxumaqdan qafil olma.

13. Pis və şər insanlarla ünsiyyətdən yaranan hərarəti, yaxşı və saleh insanlarla edilən ünsiyyət vasitəsilə soyutmaq olar.

14. Alimlər munkirlərin məclisində iştirak etməyi qadağan edir. Bir vəsvəsənin yaratdığı ziyan uzun illər ərzində aradan gedə bilir.



(Tebyan/ Deyerler.org)

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 741 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]