Çərşənbə günü, 2024-04-24, 11:23 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bilikli olmağın ilk mərhələsi odur ki, biləsən ki, bilmirsən...
2013-03-13, 8:53 AM
Bilikli olmağın ilk mərhələsi odur ki, biləsən ki, bilmirsən...

Dünya o kəsin kamında xoşdur ki, dünya kamında olmaz.




Dünya gözəldir, ancaq xəbərdar ol.



Dünyanın qədəhi boşdur, kamı nakamlıqdır. Dünyaya ürək bağlamaq xamlıqdır, çünki pis sonluq hasil olar.



Hər kim dünyaya razı olarsa, ondan narazı gedər.



Dünyada hər kəs özü üçün sənət hazırlayar.



Hər şeyə ürək bağlamaq olmaz.



Hər kəsin şəxsiyyətini əxlaq tərəzisi ilə ölçün.



Dünyada hər kimin çörəyini yeməsələr, öləndə adını çəkməzlər.



Bəziləri şəxsiyyətinin həndəsəsini əyri xətlərlə çəkər.



Münafiqin qəlbi şeytanın qara təlimidir.



O kəs ki, öz ayaqları üstə durar, başqasının əsasına möhtac olmaz.



Ehtiyatsız insan ölümün gəlinidir.



Bilikli olmağın ilk mərhələsi odur ki, biləsən ki, bilmirsən.



Hər kim sözünü ölçməz, cavabından inciyər.



Həmişə o qədər deyin ki, eşidə biləsiniz.



Alimin sükutu nadanın fəryadından ucadır.



Sükut böyük sözdür ki, Allah danışan dillərə bağışlayar.



O iş ki, qürur ilə başlayar, məğlubiyyətlə sona çatar.



Napak göz şeytanın gözüdür.



Qəflət, şeytan ruhlarına aşnadır.



Həftədə bir dəfə uzun arzularınızı qayçılayın.



Hər kim xəyanət edər, arxası titrəyər.



Arzu pis deyildir, tüğyanı pisdir.



Vaxtı öldürmək - özünü öldürmək deməkdir.



Hər günah şeytanın bir bəndidir. Şeytanın bir neçə bəndi ilə öz səadət yolunuzu bağlayarsınız.



Günahkar şeytanın gəlinciyidir.



Günahın sonu ahdır.



(Həvzəh/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 748 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]