Cümə günü, 2024-04-19, 9:09 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Başqalarının hiyləsinə qarşı hansı zikri deyək?
2013-08-20, 11:47 AM
Başqalarının hiyləsinə qarşı hansı zikri deyək?

İnsana rahatlıq bəxş edən amillərdən biri Allah Təalanı zikr etməkdir. Quran da bu məsələyə işarə edir. İnsanlar xüsusi zikrlər deyərək, böhranlı vəziyyətlərdən nicat tapır və rahatlığa çatırlar.
 
1. Qorxan zaman deyilən zikr. Qorxu nəticəsində insan rahatlıq və aramlığını əldən verər. Qorxu kimi heç bir şey insandan rahatlığı almaz. Bəs qorxan zaman hansı zikri deyək ki, ruhi rahatlıq tapaq? İmam Sadiq (ə) buyurur: "Təəccübdəyəm o kəsə görə ki, qorxu ona qələbə çalar, niyə bu zikrə pənah aparmaz: "Həsbunallahu və niməl-vəkil”. (Allah bizə kifayətdir və O, bizim ən yaxşı vəkilimizdir.)
Bir qrup döyüş meydanına yollanır və  bir qrup insanlar onlara deyirlər: "Düşmən ordusu toplaşıb və hərəkətə hazırdır. Onlardan qorxun. Lakin bu insanlar düşməndən qorxmadılar və dedilər ki, Allah bizə kifayətdir. Çünki O, ən yaxşı himayəçidir. Bu zikrin köməyi ilə rahatlıq tapıb qorxunu özlərindən uzaqlaşdıra bildilər. Düşmənə qalib gəldilər. Allah Təala onların haqqında buyurur: "Həmin o kəslər (üçün) ki, camaat onlara «(Məkkə) camaat(ı) sizin(lə vuruşmaq) üçün toplaşıb, onlardan qorxun» dedi, amma (bu xəbər) onların imanını artırdı və dedilər: «Bizə Allah kifayətdir və O, gözəl vəkildir». Beləliklə, Allah tərəfindən olan bir nemət (sağlamlıq və salamatçılıq) və bəxşiş (yollarında olan ticarətdən götürdükləri qazanc) ilə onlara heç bir pislik və ziyan dəymədən qayıtdılar və Allahın razılığına tabe oldular. Allah böyük fəzl (mərhəmət və bəxşiş) sahibidir”. ("Ali-imran” 173-174).
 
2. Qəmginliyi aradan aparan zikr. İnsanın rahatlığını aradan aparan amillərdən biri də narahatlığıdır. İnsan hər an qəmgin ola bilər. Bu qəmə qalib gəlmək üçün İmam Sadiq (ə) buyurur: "Təəccübdəyəm o kəsə görə ki, qəmgindir və bu zikrə pənah aparmır: "Lə iləhə illə əntə Sübhənəkə inni kuntu minəz-zalimin”. (Allahım! Səndən başqa Məbud yoxdur! Sən paksan! Mən zalımlardan olmuşam).
O zaman ki, Həzrət Yunus (ə) öz qəbiləsindən  ümidsiz olur, onların arasından gedir və gəmiyə minir. Bir müddət sonra dənizdə tufan olur və qərara gəlirlər ki, gəminin yüngülləşməsi üçün bir nəfəri dənizə atsınlar. Püşk atırlar və Həzrət Yunusa (ə) düşür. Onu dənizə atan zaman nəhəng bir balıq onu udur. Yunus da bu nəhəngin qarnında həbs olur. Allahı bu zikr ilə yada salır və Allah da ona nicat verir. Allah buyurur ki, hər kim narahat olan zaman Məni bu zikr ilə çağırsa, ona nicat verərəm. Necə ki, bu ayədə buyurur: "«(Ey Allah!) Səndən başqa bir məbud yoxdur, Sən (hər bir eyb və nöqsandan) uzaq və paksan! Mən doğrudan da (diqqətsizlik üzündən axirət payımın azalmasına səbəb olan iş gördüyüm üçün) zalımlardan olmuşam». Biz onun istəyini yerinə yetirdik və onu qəmdən (o böyük çətinlikdən) qurtardıq. Biz möminlərə bu cür nicat veririk”. ("Ənbiya” 87-88).
 
3. Hiyləyə qarşı zikr. O zaman ki, baqşalarının bizə hiylə qurduğunu başa düşürük üzümüz qızarır və əl-ayağımız titrəməyə başlayır. Rahatlığı əldən veririk. İmam Sadiq (ə) buyurur: "Təəccübdəyəm o kəsə görə ki, hiylə və məkrə düçar olmuşdur, ancaq bu zikrə pənah aparmır: "Və-əfəvvizu əmri İləllahi İnnəllahə bəsirun bil-ibəd”. (Mən işlərimi Allaha tapşırmışam. Çünki Allah bəndələri(n halını) görəndir).
Fironlulardan biri Həzrət Musaya (ə) iman gətirmişdi, ancaq imanını gizlədirdi. Bir müddətdən sonra imanını aşkar edir. İnsanları Allahpərəstliyə dəvət edir. Fironlular onu öldürmək üçün plan cızırlar. Ancaq bu mömin şəxs həmin zikr deyir və Allah da onu bu hiylədən xilas edir. Quran buyurur: Həmin şəxs deyir: "Mən öz işimi Allaha tapşırıram. Çünki Allah bəndələri(n halını) görəndir”. Beləliklə Allah onu onların hiylələrinin şərindən qorudu və fironçulara ağır bir əzab gəldi və onları bürüdü”. ("Ğafir” 44-45).
 
4. Yoxsulluğa görə zikr. Bəzən maddi imkansızlıq bizə əziyyət verir və rahatlığımızı əlimizdən alır. İmam Sadiq (ə) buyurur: "Təəccübdəyəm o kəsə görə ki, dünyanı və dünya zinətini tələb edir, ancaq bu zikrə pənah aparmır: "Məşallahu lə qüvvətə illə Billəh”. (Güc və qüvvət ancaq Allah vasitəsilədir).
Allah Təala "Kəhf” surəsində iki kişinin əhvalatını nəql edir ki, biri yoxsul və o birisi isə zəngin olur. Bu ikisi bir-biri ilə ilə söhbət edir. Zəngin kişi qürurla deyir: "Mən ümid etmirəm ki, bu bağ nə vaxtsa məhv olsun. Mənim Qiyamətə əslən etiqadım yoxdur. Əgər Qiyamət olsa belə, mənim Allah yanındakı məqamım dünyadakından yüksəkdir.” Yoxsul kişi imanlı idi və o, deyir: "Bağa daxil olan zaman niyə demirsən ki, bu, Allahın verdiyi nemətdir. Güc və qüvvət ancaq Allah vasitəsilədir. Əgər mən yoxsulamsa, eybi yoxdur, Allah sənin bağından daha yaxşısını mənə verəcəkdir. Sənin bağını isə bir gecədə məhv edər”. Yoxsul kişi bu zikri deyir və qəlb qüvvəti əldə edir. Allah da bu zikrini təsdiq edir.
 
"(Əqidə və əməlinin pisliyi baxımından) özünə zülm etdiyi halda, (yoldaşı ilə birgə) öz bağına daxil olaraq dedi: «Bu bağın nə zamansa məhv olmasını güman etmirəm». «Həmçinin Qiyamətin qopmasını (da) güman etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam da, şübhəsiz (o aləmdə) bundan daha yaxşı dönüş yeri tapacağam». Onunla söhbət etməkdə olan (mömin) yoldaşı (Qiyamətin inkarını rədd edərək) ona dedi: «Səni torpaqdan, sonra isə nütfədən yaradan, daha sonra kamil bir kişi surətinə salana küfr etdin?» (Özünün və zahiri səbəblərin müstəqil olması etiqadı ilə Qiyaməti inkar etmək Allah qarşısında rübubiyyətdə şirk və haqqa küfr etməkdir). Lakin mən, «mənim Rəbbim O Allahdır və mən heç kimi Rəbbimə şərik qoşmuram» (deyirəm). Nə üçün öz bağına daxil olanda «Allah hər nə istəsə (o olacaqdır); güc və qüvvət yalnız Allahın vasitəsi ilədir» demədin?! Əgər məni mal və övlad baxımından özündən aşağı görürsə (bu elə də mühüm bir iş deyildir)». ("Kəhf” 35-39).
 
Allah Təala bizləri zikr əhlindən qərar versin.
 
Hazırladı: Məşhədi Xanım,
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 726 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]