Cümə axşamı, 2024-03-28, 4:20 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

4 şeyə malik olan, 4 şeydən məhrum olmaz
2013-05-30, 6:07 AM
4 şeyə malik olan, 4 şeydən məhrum olmaz

 İmam Əli (ə) öz nurani kəlamında dörd nemətə işarə edir və buyurur ki, nə zaman bu dörd nemət yerinə yetər, başqa dörd nemət də ardınca gələr. Həzrət (ə) buyurur: "O kəs ki, dörd şeyin tofiqinə malik olar, dörd şeydən məhrum olmaz. 1. O kəs ki, dua etmək tofiqinə malik olar, yerinə yetməkdən məhrum olmaz”.




Belə ki, bu İlahi vəddir ki, Allah buyurur, siz dua edin, Mən də qəbul edim.

Dua etmək - ən mühüm ibadət və bəşər həyatını dəyişə bilən məsələlərdəndir. İnsan gərək səy və çalışmalarını düzgün hədəfə çatmaq üçün işə salsın. Ancaq çox zaman aciz və gücsüz qalır. Əli hər yerdən kəsilər. Elə bu zaman üzünü İlahi dərgaha tutar. Öz acizliyini bəyan edərək, Allahdan yardım istəyər. Əgər həmin nemət onun faydasına olarsa, Allah bu neməti ona verər. Əgər olmazsa, axirəti üçün saxlayar.



"2. O kəs ki, tövbə tofiqinə malik olar, onun qəbul olmasından məhrum olmaz”. İnsan hər an günah işlətmək təhlükəsindədir. Çünki şeytan onu vəsvəsə edir və dünya gözəllikləri onu özünə bağlayır. Əgər tövbə qapısı üzünə açılmazsa, məyus olar. Günah dənizində qərq olar. Ancaq Rəhim və Rəhman Allah tövbə qapılarını onun üzünə açır. Tövbənin qəbul olmasına görə ona vədd verir.

İmam Səccad (ə) buyurur: "Allahım! Sən o Kəssən ki, tövbə qapılarını bəndələrinin üzünə açmısan. Adını da tövbə qoymusan və buyurmusan: Hamınız Allaha tərəf qayıdın və xalis tövbə edin”.



"3. O kəs ki, istiğfar tofiqinə malik olar, bağışlanmadan məhrum olmaz”.

Tövbə - keçmişə görə peşman olub, Allaha tərəf qayıtmaqdır. İstiğfar da onun şərtlərindən biridir. Bəzən istiğfar ilə tövbə eyni mənada istifadə edilir. Hər bir halda Allah vədə vermişdir ki, istiğfar edənlərə məhəbbət göstərəcəkdir. Onları öz məğfirətinə şamil edəcəkdir.



"4. O kəs ki, şükür etmək tofiqinə maik olar, nemət çoxluğundan məhrum olmaz”.

Belə ki, şükür edən insan bu əməli ilə nemətinin artmasına ləyaqət əldə etmişdir. Allahın hər bir işi hikmət və hesab üzərinə olduğu üçün, bu cür insanlara daha çox nemət verər.

Əlbəttə, şükür təkcə dillə olmaz. Onun əsl mərhələsi əməldir. Yəni, hər neməti öz yerində istifadə etməkdir. İlahi nemətlə Allaha üsyan etməsin.



"Rəbbiniz buyurdu: «Məni çağırın ki, Mən də duanızı qəbul edim”. ("Ğafir” 60).

"Əslində (qəbulu ilahi vədəyə əsasən) Allahın öhdəsində olan tövbə, çirkin işi nadanlıq üzündən etmiş, sonra tez (ölümlə qarşılaşmamışdan qabaq) tövbə edən kəslər üçündür. Allahın, tövbələrini qəbul etdiyi kəslər onlardır. Allah həmişə bilən və hikmət sahibidir”. ("Nisa” 17).

"Hər kim pis bir iş görsə, yaxud özünə zülm etsə (özünə və ya başqasına zülm etsə, yaxud etiqad və ya əməldə günah etsə), sonra Allahdan bağışlanmaq diləsə, Allahın bağışlayan və mehriban olduğunu görər”. ("Nisa” 110).

"Və (yada salın) o zaman(ı) ki, Rəbbiniz (belə) elan etdi: «Əgər şükür etsəniz, sizə (olan nemətləri) mütləq artıraram və əgər kafir olsanız, ya naşükürlük etsəniz, Mənim əzabım, əlbəttə çox şiddətlidir»”. ("İbrahim” 7).



Həzrət Peyğəmbər (s) buyurur: "Ən yaxşı ibadət - istiğfardır”.

İmam Əli (ə) buyurur: "Sübhan Allah qarşısında sizə vacib olan ilk şey - Onun nemətlərinə şükür etmək və Onun razılığını əldə etməkdir”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 724 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]